"Azərbaycanın suverenliyinə göz dikməyə cəhd edən hər hansı aqressor məhv ediləcək" - Korotçenko

“8 noyabr-Zəfər Günü Azərbaycanın milli tarixində çox mühüm gündür. Bu, Azərbaycan xalqının yaralarına son qoyduğu, suverenliyini bərpa etdiyi gündür. Bu, o gündür ki, işğalçının ayağı birdəfəlik Azərbaycan torpağından kəsilib”.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu fikirləri Moskvada 8 noyabr-Zəfər Gününə həsr olunan tədbirdə iştirak edən Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

O, Rusiyanın ekspert cəmiyyəti və 10 milyonlarla Rusiya vətəndaşının simasında Azərbaycan xalqını, rəhbərliyini, Prezident İlham Əliyevi İkinci Qarabağ müharibəsində qazanılan Qələbəyə həsr olunan Zəfər günü münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün Azərbaycan öz suverenliyini, ərazi bütövlüyün tam bərpa edib.

“Azərbaycan bu gün gələcəyə istiqamətlənən güclü, effektiv və müasir dövlətdir. Azərbaycan Silahlı Qüvvələri öz effektivliyi ilə həm 2020-ci ilin müharibəsi zamanı, həm də bu ilin sentyabrında keçirdiyi antiterror tədbirləri ilə hər kəsi heyran edib. Azərbaycan Ordusu 1 sutkadan az çəkən antiterror əməliyyatı ilə öz effektivliyini bütün dünyaya göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev Ali Baş Komandan kimi bir daha ölkəsinin güc və xarici siyasət xəttində triumf nümayiş etdirdi. Xankəndidə hərbi parad keçən müddətdə baş verən dəyişikliklərin toxunulmazlığını göstərir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

Ona görə də, Xankəndidə hərbi parad regionda baş verən dəyişikliklərin əbədi olduğuna işarədir. Bu, həm də ona işarədir ki, Azərbaycan güclü və effektiv ölkədir və Azərbaycanın suverenliyinə göz dikməyə cəhd edən hər hansı aqressor məhv ediləcək. Bu mənada, düşünürəm ki, buna heç kəsin şübhəsi yoxdur. Bəli, Azərbaycanın nüfuzlu düşmənləri var.
Biz onların səsini, yalanlarını, böhtanlarını eşidirik. Lakin Azərbaycanın qələbəsi və effektiv dövlət quruculuğu ilə müqayisədə bu düşmənlər uğursuzluğa, məhv olmağa məhkumdur. Azərbaycan güclü, özünə əmin ölkədir. İlham Əliyev kimi prezidentlə Azərbaycan kimi ölkə ancaq uğura layiqdir”, - Korotçenko fikrini yekunlaşdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mənzil bazarında QEYRİ-MÜƏYYƏNLİK - Rieltor xidmətləri niyə qanunla tənzimlənmir?

Mənzil bazarında QEYRİ-MÜƏYYƏNLİK - Rieltor xidmətləri niyə qanunla tənzimlənmir?

Pezeşkiandan XALQA MÜRACİƏT: “İran üçün canımı verməyə hazıram” - FOTO

Pezeşkiandan XALQA MÜRACİƏT: “İran üçün canımı verməyə hazıram” - FOTO

Əli Xamenei niyə DƏFN OLUNMUR? - DETALLAR

Əli Xamenei niyə DƏFN OLUNMUR? - DETALLAR

İran yaponiyalı jurnalisti həbsdən azad etdi

İran yaponiyalı jurnalisti həbsdən azad etdi

Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

Bakıda mənzillərin artan satış və kirayə QİYMƏTLƏRİ

Bakıda mənzillərin artan satış və kirayə QİYMƏTLƏRİ

İsraildən iranlılara xəbərdarlıq:"Bu gün saat 21.00-a qədər..."

İsraildən iranlılara xəbərdarlıq:"Bu gün saat 21.00-a qədər..."

Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ

Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ

Zəngilan sakinlərinə şad xəbər

Zəngilan sakinlərinə şad xəbər

Rusiya məktəblərində QANLI İNSİDENT– Şagird müəllimi bıçaqla öldürdü - VİDEO

Rusiya məktəblərində QANLI İNSİDENT– Şagird müəllimi bıçaqla öldürdü - VİDEO

Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

“Xamenei huşsuz vəziyyətdədir”

“Xamenei huşsuz vəziyyətdədir”

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

Gürcüstanda azərbaycanlı merin qardaşı TUTULDU

Gürcüstanda azərbaycanlı merin qardaşı TUTULDU

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Bu ərazilərdə su kəsiləcək

Bu ərazilərdə su kəsiləcək

Milli Məclisin növbəti iclasının VAXTI və GÜNDƏLİYİ

Milli Məclisin növbəti iclasının VAXTI GÜNDƏLİYİ

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Xocavəndə növbəti köç YOLA SALINDI

Xocavəndə növbəti köç YOLA SALINDI

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

End of content

No more pages to load

RADİO