Ermənistan Arazdəyəndəki zavodla bağlı Azərbaycanla danışıqlara hazır olduğunu AÇIQLADI 

Ermənistanın ətraf mühit naziri ölkəsinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində, Arazdəyən (Yerasx) qəsəbəsi yaxınlığında metallurgiya zavodunun inşası ilə bağlı BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibinə müraciət ünvanlayaraq Azərbaycanla danışıqlara hazır olduğunu bildirib. 

Bizim.Media xəbər verir ki, Ermənistanın Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində, Arazdəyən (Yerasx) qəsəbəsi yaxınlığında 16,500 kvadratmetr sahədə, illik istehsal gücü 108,000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən 3 iyun 2023-cü ildə sosial media hesabında məlumat və bu faktı təsdiq edən videogörüntülər yayılıb. 

Ermənistan 1991-ci il BMT-nin Avropa İqtisadi Komissiyasının “Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası”nın (bundan sonra – “Konvensiya”) 3.1-ci bəndinə əsasən, sərhədyanı zonada tikiləcək metallurgiya zavodu barədə təsirə məruz qala biləcək ölkə kimi Azərbaycanı rəsmi xəbərdar etməyə və Konvensiyanın 5-ci bəndinə əsasən Azərbaycanla müvafiq məsləhətləşmələr aparmağa dair öhdəliklərə malikdir.

Bu xüsusda qeyd edilməlidir ki, sözügedən fəaliyyət Konvensiyasının 1-ci əlavəsində transsərhəd təsiri gözlənilən fəaliyyətlərin siyahısına daxildir.

Lakin Ermənistan tərəfindən mövcud olan kommunikasiya kanalları vasitəsilə Azərbaycana bu barədə hər hansı rəsmi bildiriş verilməyib və Azərbaycanla məsləhətləşmələrə başlanılmayıb. 

Məlumat mətbuatda açıqlanan zaman Azərbaycan tərəfindən məsələyə operativ reaksiya verilib və Ermənistan tərəfinə məktub ünvanlanıb. Məktubda Ermənistandan Konvensiya üzrə öhdəliklərinə əməl edilməsi, layihənin zərərli transsərhəd təsirlərini müəyyən etmək məqsədi ilə məsləhətləşmələrə başlamaq üçün zəruri məlumatların təqdim edilməsi və zavodun tikintisinin həmin ərazidə dayandırılması tələb edilib. 

Ermənistan tərəfinin cavab məktubunda Konvensiya üzrə öhdəlikləri pozulmadığı, sözügedən fəaliyyətin Azərbaycanın ətraf mühitinə əhəmiyyətli mənfi təsir etməyəcəyi bildirilib və Azərbaycanın məsləhətləşmələr aparmaq, sənədləri təqdim etmək və zavodun tikintisinin həmin ərazidə dayandırılması ilə bağlı tələbləri rədd edilib. 
Bunu nəzərə alaraq, cari ilin sentyabr ayında Azərbaycan Konvensiyasının 3.7-ci maddəsinə və 4-cü Əlavəsinə əsasən məsələnin araşdırılması üçün BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibinə müraciət ünvanlayıb.

Müraciətdə Katiblikdən təcili olaraq zavodun transsərhəd təsiririni müəyyən etmək üçün təhqiqat komissiyasının yaradılması, ətraf mühitə təsir müəyyən edilənədək zavodun inşasının dərhal dayandırılması üçün Ermənistana müraciət edilməsi, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və mümkün təsirlərin azaldılması tədbirləri daxil olmaqla, inşaatla bağlı mümkün məlumatların əldə edilməsinə Azərbaycana köməklik edilməsi xahiş edilib. Müraciətin surəti Ermənistan tərəfinə də müvafiq qaydada çatdırılıb. 

2023-cü il oktyabrın 13-də icraçı katib adından Azərbaycan tərəfinə cavab məktub ünvanlanıb. Məktubda Ermənistanın müzakirələr aparmağa, ətraf mühitə təsir və layihə sənədlərinin təqdim edilməsinə dair öhdəliklərinin olduğu təsdiq edilib. 
Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinə müraciəti və Ermənistana qarşı davamlı hüquqi-diplomatik təzyiqləri nəticəsində 2023-cü il oktyabrın 31-də Ermənistanın iqtisadiyyat naziri zavodun inşasının (sərhəddən uzaq olan) yeni yerə keçirilməsi barədə mətbuata açıqlama verib. Eyni zamanda, Ermənistanın ətraf mühit naziri icraçı katibə müraciət ünvanlayaraq Azərbaycanla danışıqlara hazır olduğunu bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təbrizli qızın milli rəqsi İranda gündəm oldu - VİDEO

Təbrizli qızın milli rəqsi İranda gündəm oldu - VİDEO

Hikmət Hacıyev Buxaradan maraqlı paylaşım edib – FOTO

Hikmət Hacıyev Buxaradan maraqlı paylaşım edib – FOTO

İlham Əliyev Buxaradadır - VİDEO

İlham Əliyev Buxaradadır - VİDEO

Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı

Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı

Hər il təkrarlanan "Kəpənəklərin ölüm rəqsi"nin səbəbi bilindi – Erkəyini öldürən dişilər

Hər il təkrarlanan "Kəpənəklərin ölüm rəqsi"nin səbəbi bilindi – Erkəyini öldürən dişilər

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

Azərbaycan Prezidenti: “Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”

Azərbaycan Prezidenti: “Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”

5 limitlə işləriniz dayanmasın

5 limitlə işləriniz dayanmasın

İlham Əliyev Zelenskini təbrik edib

İlham Əliyev Zelenskini təbrik edib

Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır – VİDEO

Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır – VİDEO

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO

Aİ rəhbəri: “Ukraynaya nə dəstək lazımdırsa, veriləcək”

Aİ rəhbəri: “Ukraynaya nə dəstək lazımdırsa, veriləcək”

Ağdaşda ailə FACİƏSİ – Kişi arvadını və oğlunu BIÇAQLADI

Ağdaşda ailə FACİƏSİ – Kişi arvadını və oğlunu BIÇAQLADI

Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb

Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb

Prezident bu gün Buxaraya gedəcək — VİDEO

Prezident bu gün Buxaraya gedəcək — VİDEO

Azərbaycan nümayəndə heyəti Buxaranın Ark qalasında – VİDEO

Azərbaycan nümayəndə heyəti Buxaranın Ark qalasında – VİDEO

Magistr olmaq istəyənlərə ŞAD XƏBƏR - Boş qalan yerlərə qəbul elan edilir

Magistr olmaq istəyənlərə ŞAD XƏBƏR - Boş qalan yerlərə qəbul elan edilir

Yumurta yeyəndə qaraciyərdə nə baş verir?

Yumurta yeyəndə qaraciyərdə nə baş verir?

Evini yandırmazdan öncə balta ilə mətbəxi DAĞITDI - VİDEO

Evini yandırmazdan öncə balta ilə mətbəxi DAĞITDI - VİDEO

"Uzak Şehir"in məşhur aktrisası paraşütlə həyəcan yaşatdı

"Uzak Şehir"in məşhur aktrisası paraşütlə həyəcan yaşatdı

Deputatlarımız Qazaxıstandakı seçki prosesini izləyiblər - FOTO

Deputatlarımız Qazaxıstandakı seçki prosesini izləyiblər - FOTO

Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Rubl bahalaşdı, avro ucuzlaşdı

Rubl bahalaşdı, avro ucuzlaşdı

End of content

No more pages to load

RADİO