Avropa İttifaqı (Aİ) Ukraynaya 6,1 milyard avro həcmində yeni hərbi dəstək vəsaiti elan edib.
Bizim.Media APA-ya istinadən bildirir ki, vəsait əsasən hava hücumundan müdafiə sistemlərinə, raketlərə, radarlara, sursatlara sərf olunacaq.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, Rusiya hücumlarını intensivləşdirdikcə Aİ də Ukraynanın müdafiəsinə dəstəyi artırır.
“Avropa Ukrayna ilə həmrəydir və Ukraynaya nə dəstək lazımdırsa, veriləcək”, — o qeyd edib.
Bizim.Media