İlham Əliyev Koreya Respublikasının Ticarət və Sənaye Palatası sədrini qəbul edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Koreya Respublikasının Ticarət və Sənaye Palatasının və “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Bizim.Media xəbər verir ki, Çey Tae-von ölkəmizdə sonuncu dəfə 12 il əvvəl olduğunu qeyd edərək, ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda baş verən inkişaf proseslərinin və qazanılan nailiyyətlərin onda dərin təəssürat oyatdığını deyib, bununla bağlı təbriklərini çatdırıb. 

Qonaq Azərbaycan ilə Koreya Respublikası arasında müxtəlif istiqamətlərdə iqtisadi əməkdaşlıq imkanlarını qeyd edib. 
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqi ilə bağlı Koreya Respublikası şirkətinin təcrübəsi, Azərbaycanın zəngin bərpaolunan enerji potensialının reallaşdırılması, həmçinin ölkəmizin böyük mineral ehtiyatları, informasiya-kommunikasiya texnologiyaları, təhsil və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Ölkələrimiz arasında turizm əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, 1953-cü ildə təsis olunan və baş ofisi Seul şəhərində yerləşən “SK Group” Koreya Respublikasının ikinci ən böyük şirkətlər qrupudur. Şirkətin ötənilki gəliri 150,9 milyard, aktivlərinin həcmi isə 246,9 milyard ABŞ dollarıdır.

Qlobal miqyasda törəmə şirkətlərinin və filiallarının sayı 512, dünya üzrə əlaqəli şirkətlərinin sayı isə 198 olan “SK Group”un müxtəlif ölkələrdə 100 mindən çox işçisi var.

Şirkət energetika və kimya, informasiya-kommunikasiya texnologiyaları, yarımkeçiricilər və qabaqcıl materiallar, logistika, xidmətlər, biosəhiyyə və əczaçılıq istiqamətlərində fəaliyyət göstərir. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təbrizli qızın milli rəqsi İranda gündəm oldu - VİDEO

Təbrizli qızın milli rəqsi İranda gündəm oldu - VİDEO

Hikmət Hacıyev Buxaradan maraqlı paylaşım edib – FOTO

Hikmət Hacıyev Buxaradan maraqlı paylaşım edib – FOTO

İlham Əliyev Buxaradadır - VİDEO

İlham Əliyev Buxaradadır - VİDEO

Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı

Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı

Hər il təkrarlanan "Kəpənəklərin ölüm rəqsi"nin səbəbi bilindi – Erkəyini öldürən dişilər

Hər il təkrarlanan "Kəpənəklərin ölüm rəqsi"nin səbəbi bilindi – Erkəyini öldürən dişilər

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

Kolleclərə ixtisas seçiminin aparılacağı tarix məlum olub

Azərbaycan Prezidenti: “Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”

Azərbaycan Prezidenti: “Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”

5 limitlə işləriniz dayanmasın

5 limitlə işləriniz dayanmasın

İlham Əliyev Zelenskini təbrik edib

İlham Əliyev Zelenskini təbrik edib

Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır – VİDEO

Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır – VİDEO

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO

Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - FOTO/VİDEO

Aİ rəhbəri: “Ukraynaya nə dəstək lazımdırsa, veriləcək”

Aİ rəhbəri: “Ukraynaya nə dəstək lazımdırsa, veriləcək”

Ağdaşda ailə FACİƏSİ – Kişi arvadını və oğlunu BIÇAQLADI

Ağdaşda ailə FACİƏSİ – Kişi arvadını və oğlunu BIÇAQLADI

Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb

Azərbaycanda "Netflix" və "eBay" vergi uçotuna alınıb

Prezident bu gün Buxaraya gedəcək — VİDEO

Prezident bu gün Buxaraya gedəcək — VİDEO

Azərbaycan nümayəndə heyəti Buxaranın Ark qalasında – VİDEO

Azərbaycan nümayəndə heyəti Buxaranın Ark qalasında – VİDEO

Magistr olmaq istəyənlərə ŞAD XƏBƏR - Boş qalan yerlərə qəbul elan edilir

Magistr olmaq istəyənlərə ŞAD XƏBƏR - Boş qalan yerlərə qəbul elan edilir

Yumurta yeyəndə qaraciyərdə nə baş verir?

Yumurta yeyəndə qaraciyərdə nə baş verir?

Evini yandırmazdan öncə balta ilə mətbəxi DAĞITDI - VİDEO

Evini yandırmazdan öncə balta ilə mətbəxi DAĞITDI - VİDEO

"Uzak Şehir"in məşhur aktrisası paraşütlə həyəcan yaşatdı

"Uzak Şehir"in məşhur aktrisası paraşütlə həyəcan yaşatdı

Deputatlarımız Qazaxıstandakı seçki prosesini izləyiblər - FOTO

Deputatlarımız Qazaxıstandakı seçki prosesini izləyiblər - FOTO

Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI

Rubl bahalaşdı, avro ucuzlaşdı

Rubl bahalaşdı, avro ucuzlaşdı

End of content

No more pages to load

RADİO