Azərbaycandakı mina problemi ABŞ-da beynəlxalq platformada təqdim edilib - FOTO 

Azərbaycandakı mina problemi nüfuzlu beynəlxalq platformada təqdim edilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. 

Bildirilib ki, Azərbaycanın ABŞ-dakı səfirliyi, ANAMA və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təmsilçilərindən ibarət nümayəndə heyəti ABŞ-ın Ayova ştatında “Norman Borloq Beynəlxalq Ərzaq Təhlükəsizliyi üzrə Dialoq” tədbirində iştirak edib. 
Tədbir çərçivəsində ərzaq təhlükəsizliyinin bir hissəsi kimi təsərrüfata yararlı torpaqların becərilməsi üçün ərazilərin minalardan təmizlənməsinin əhəmiyyəti vurğulanıb, qabaqcıl təcrübələr təqdim edilib.

Təqdimatlar çərçivəsində ANAMA tərəfindən partlayıcı sursat qalıqlarından hazırlanan əkin üçün bel təhlükəsizlik və sülhün nümunəsi kimi təntənəli şəkildə tədbir səhnəsinə gətirilərək, Sülhün Kökləri beynəlxalq humanitar təşkilatın rəhbəri Heidi Kühn tərəfindən iştirakçılara təqdim edilib. Bu təqdimat Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, habelə dünyanın minalarla çirklənmiş ölkələrində təhlükəsiz həyat və inkişafın simvolu olaraq nümayiş etdirilib. 

Həmçinin, tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti dünyanın tanınmış beynəlxalq qurumlarının təmsilçiləri ilə görüşlər keçirib, ölkəmizin mina problemi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Azərbaycan nümayəndə heyətinin tərkibində yer alan qadın minaaxtaran və mina partlayışı nəticəsində xəsarət almış şəxs mərasim çərçivəsində keçirilmiş mətbuat konfransında öz hekayələrini bölüşüb. 

Sözügedən tədbir çərçivəsində “Ümumdünya Ərzaq Mükafatı”nın "Sülhün Kökləri" təşkilatının təsisçisi Heidi Kühnə təltif etmə mərasiminin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Heidi Kühn 2023-cü ilin may ayında “Ümumdünya Ərzaq Mükafatı”na layiq görüldüyü zaman ANAMA və BAMF-ın dəvəti ilə Azərbaycanda səfərdə olub. 

Qeyd edək ki, “Ümumdünya Ərzaq Mükafatı” 1970-ci ildə Nobel Mükafatını qazandıqdan sonra Norman Borloq tərəfindən təsis edilib. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

Siyəzəndə qazın verilməsi dayandırlacaq

Siyəzəndə qazın verilməsi dayandırlacaq

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım

“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım

Bakıda kafe KÜLƏ DÖNDÜ - VİDEO

Bakıda kafe KÜLƏ DÖNDÜ - VİDEO

“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

“Sumqayıt”ın baş məşqçisi futbolçularla əlbəyaxa dava edib? – KLUBDAN AÇIQLAMA

“Sumqayıt”ın baş məşqçisi futbolçularla əlbəyaxa dava edib? – KLUBDAN AÇIQLAMA

Türkiyəli məşhur müğənni saxlanılıb

Türkiyəli məşhur müğənni saxlanılıb

“Bölgəmizdə müharibənin ən qısa zamanda bitməsini arzu edirəm” – Ziya Öztürklər

“Bölgəmizdə müharibənin ən qısa zamanda bitməsini arzu edirəm” – Ziya Öztürklər

İcra məmurları ilə bağlı yeni qaydalar...

İcra məmurları ilə bağlı yeni qaydalar...

Bu ərazilərdən yağış suları çəkildi - VİDEO

Bu ərazilərdən yağış suları çəkildi - VİDEO

Sumqayıtda qazdan zəhərlənən uşaqlar ailədən alındı - RƏSMİ

Sumqayıtda qazdan zəhərlənən uşaqlar ailədən alındı - RƏSMİ

Xınalıq yolunda SÜRÜŞMƏ – Sürücü son anda XİLAS oldu – VİDEO

Xınalıq yolunda SÜRÜŞMƏ – Sürücü son anda XİLAS oldu – VİDEO

AFFA Ehtiram Quliyevin açıqlamasına görə “Turan Tovuz”u CƏRİMƏLƏDİ

AFFA Ehtiram Quliyevin açıqlamasına görə “Turan Tovuz”u CƏRİMƏLƏDİ

Yüksək vəzifəyə təyin olunan Yaşar Əməşov kimdir? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Yaşar Əməşov kimdir? - DOSYE

Cəlilabadda 58 yaşlı kişini əmisioğlu BIÇAQLADI

Cəlilabadda 58 yaşlı kişini əmisioğlu BIÇAQLADI

Rusiya 1000 əsgərin cəsədini Ukraynaya təhvil verdi

Rusiya 1000 əsgərin cəsədini Ukraynaya təhvil verdi

Tovuzda bir ailə üç uşağından imtina etdi

Tovuzda bir ailə üç uşağından imtina etdi

Avropa çempionu Aida Kərimovaya pul mükafatı təqdim olundu – FOTO

Avropa çempionu Aida Kərimovaya pul mükafatı təqdim olundu – FOTO

Azyaşlı qızına avtomobili idarə etməyə verən ata cəzalandırıldı - VİDEO

Azyaşlı qızına avtomobili idarə etməyə verən ata cəzalandırıldı - VİDEO

Metyu Brayza: “İrana qarşı quru əməliyyatları başlaya bilər” – EKSKLÜZİV

Metyu Brayza: “İrana qarşı quru əməliyyatları başlaya bilər” – EKSKLÜZİV

Xameneinin qırx mərasimi kilsədə keçirildi – VİDEO

Xameneinin qırx mərasimi kilsədə keçirildi – VİDEO

End of content

No more pages to load

RADİO