Əli Əsədov Hindistanı Ermənistanı silahlandırmamağa ÇAĞIRDI 

Əli Əsədov Hindistanı Ermənistanı silahlandırmamağa ÇAĞIRDI 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Baş naziri Hindistanı Ermənistanı silahlandırmamağa çağırıb. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib. 

Qeyd olunub ki, Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Hindistanın ticarət və sənaye üzrə dövlət naziri xanım Anupriya Patel ilə görüşüb. 

Görüşdə Bakıda keçirilən Azərbaycan və Hindistan arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının önəmi vurğulanıb. 

İclasda qəbul edilən qərarların və imzalanan sənədlərin iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminlik ifadə olunub. 

Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti barədə danışan Ə.Əsədov ötən dövrdə ölkənin gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təşkilatın beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi onun Hərəkata sədrliyinin daha bir il uzadıldığını bildirib. 
İkinci Qarabağ müharibəsindən sonra regionda cərəyan edən proseslər barədə fikirlərini bölüşən Baş nazir ötən dövrdə Azərbaycanın ciddi səylərinə baxmayaraq, Ermənistanın öz silahlı qüvvələrini Qarabağ ərazisindən çıxarmaqdan boyun qaçırdığını, üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini davamlı olaraq pozduğunu, müxtəlif hərbi təxribatlara əl atdığını deyib. 

Vurğulanıb ki, sentyabr ayında baş vermiş növbəti təxribatdan sonra Azərbaycan qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində öz suverenliyini tam şəkildə təmin edib.

Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığı qeyd edilib. 

Bildirilib ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün tarixi şərait yaranıb.

Diqqətə çatdırılıb ki, belə bir həssas məqamda Ermənistan tərəfinin fəal şəkildə silahlanması sülh prosesinə ciddi zərbə vurur, Cənubi Qafqaz bölgəsində sülh və sabitlik üçün yeni təhdidlər yaradır. 

Görüşdə həmçinin Azərbaycan-Hindistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Azərbaycanda yeni ombudsman seçiləcək

Azərbaycanda yeni ombudsman seçiləcək

Əsrimizin BƏLASI – Kişilər emosional cəhətdən niyə tükənir? – SƏBƏBLƏR və ÇIXIŞ YOLLARI

Əsrimizin BƏLASI – Kişilər emosional cəhətdən niyə tükənir? – SƏBƏBLƏR və ÇIXIŞ YOLLARI

Ukraynanın Rusiyanı BMT-dən çıxarmaq planı var – “Foreign Policy”

Ukraynanın Rusiyanı BMT-dən çıxarmaq planı var – “Foreign Policy”

Azərbaycanın beynəlxalq sanksiya siyahısı YENİLƏNDİ

Azərbaycanın beynəlxalq sanksiya siyahısı YENİLƏNDİ

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Şəmkirdə maşın dərəyə aşdı - Sürücü xəsarət aldı

Şəmkirdə maşın dərəyə aşdı - Sürücü xəsarət aldı

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Həyat yoldaşım iki ev arasında qalıb"

Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar QƏBUL ETDİ

Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar QƏBUL ETDİ

Dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirəcək

Dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirəcək

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Binalarda elektrik sobalarına keçid tələbi nədir? - Rəsmi

Binalarda elektrik sobalarına keçid tələbi nədir? - Rəsmi

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Banan bahalaşır – Qiymətlər son 10 ilin rekordunu qıra bilər

Banan bahalaşır – Qiymətlər son 10 ilin rekordunu qıra bilər

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlətdi – Oğurlanıb gəlin paltarı GEYİNDİRİLDİ

“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlətdi – Oğurlanıb gəlin paltarı GEYİNDİRİLDİ

Avro bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı – YENİ MƏZƏNNƏ

Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT

Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT

Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir - FOTO

Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir - FOTO

Bakının bu ərazilərində qaz olmayacaq

Bakının bu ərazilərində qaz olmayacaq

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi – FOTO

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi – FOTO

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

18-ci mərtəbədən yıxılsa da, SAĞ QALDI

18-ci mərtəbədən yıxılsa da, SAĞ QALDI

“ChatGPT” tibbi tövsiyə verdi, qadın vəfat etdi - Şirkət məhkəməyə VERİLDİ

“ChatGPT” tibbi tövsiyə verdi, qadın vəfat etdi - Şirkət məhkəməyə VERİLDİ

End of content

No more pages to load

RADİO