Dünya
Bu gün 10:28

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. “Bitcoin”in qiyməti yenidən 80 min dollardan aşağı düşüb.
Bizim.Media xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 1,46% ucuzlaşaraq 79 696,70 ABŞ dollarına enib.
Kriptovalyutanın qiyməti son 7 gündə 3,78%, son 30 gündə isə 4,06% azalıb.
“Ethereum” 2,09% ucuzlaşaraq 2 303,39 dollara, BNB 0,05% azalaraq 745,08 dollara düşüb. “Zcash” 6,24% dəyər itirərək 1 235,73 dollara, “Monero” isə 2,67% geriləyərək 583,80 dollara enib.
Bizim.Media