İlham Əliyev Yaşar Güləri QƏBUL ETDİ  

İlham Əliyev Yaşar Güləri QƏBUL ETDİ  
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib. 

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulanıb.

Bu baxımdan ölkəmizin müxtəlif yerlərində “Mustafa Kamal Atatürk - 2023” Azərbaycan-Türkiyə birgə taktiki təliminin keçirilməsindən, təlim zamanı yüksək peşəkarlığın və bacarığın nümayiş etdirilməsindən məmnunluq ifadə olunub. 

Türkiyə Respublikasının milli müdafiə naziri bu təlimlərin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb. 

Söhbət zamanı Azərbaycanın və Türkiyənin dövlət başçılarının mütəmadi görüşlərinin və təmaslarının münasibətlərimizin inkişafında rolu qeyd olunaraq, bu ilin sentyabrında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərinin əhəmiyyətinə toxunulub. 

Görüşdə Azərbaycanın ötən ay həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğu xüsusi qeyd edilib. 

Söhbət zamanı Yaşar Gülərin Azərbaycana səfərinin əlaqələrimizin inkişafına, o cümlədən hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Azərbaycanda yeni ombudsman seçiləcək

Azərbaycanda yeni ombudsman seçiləcək

Əsrimizin BƏLASI – Kişilər emosional cəhətdən niyə tükənir? – SƏBƏBLƏR və ÇIXIŞ YOLLARI

Əsrimizin BƏLASI – Kişilər emosional cəhətdən niyə tükənir? – SƏBƏBLƏR və ÇIXIŞ YOLLARI

Ukraynanın Rusiyanı BMT-dən çıxarmaq planı var – “Foreign Policy”

Ukraynanın Rusiyanı BMT-dən çıxarmaq planı var – “Foreign Policy”

Azərbaycanın beynəlxalq sanksiya siyahısı YENİLƏNDİ

Azərbaycanın beynəlxalq sanksiya siyahısı YENİLƏNDİ

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Şəmkirdə maşın dərəyə aşdı - Sürücü xəsarət aldı

Şəmkirdə maşın dərəyə aşdı - Sürücü xəsarət aldı

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Həyat yoldaşım iki ev arasında qalıb"

Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar QƏBUL ETDİ

Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar QƏBUL ETDİ

Dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirəcək

Dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirəcək

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Binalarda elektrik sobalarına keçid tələbi nədir? - Rəsmi

Binalarda elektrik sobalarına keçid tələbi nədir? - Rəsmi

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Banan bahalaşır – Qiymətlər son 10 ilin rekordunu qıra bilər

Banan bahalaşır – Qiymətlər son 10 ilin rekordunu qıra bilər

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlətdi – Oğurlanıb gəlin paltarı GEYİNDİRİLDİ

“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlətdi – Oğurlanıb gəlin paltarı GEYİNDİRİLDİ

Avro bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı – YENİ MƏZƏNNƏ

Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT

Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT

Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir - FOTO

Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir - FOTO

Bakının bu ərazilərində qaz olmayacaq

Bakının bu ərazilərində qaz olmayacaq

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi – FOTO

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi – FOTO

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

18-ci mərtəbədən yıxılsa da, SAĞ QALDI

18-ci mərtəbədən yıxılsa da, SAĞ QALDI

“ChatGPT” tibbi tövsiyə verdi, qadın vəfat etdi - Şirkət məhkəməyə VERİLDİ

“ChatGPT” tibbi tövsiyə verdi, qadın vəfat etdi - Şirkət məhkəməyə VERİLDİ

End of content

No more pages to load

RADİO