Kamran Əliyev TDT-yə üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak edib - FOTO 

Kamran Əliyev TDT-yə üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak edib - FOTO 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərinə işgüzar səfərə gedib. 

Bizim.Media xəbər verir ki, tədbirdən öncə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbir ziyarət edilib, böyük Atatürkün əziz xatirəsi ehtiramla yad edilib. 

TDT-yə üzv Dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında açılış nitqi ilə çıxış edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin, Ali Məhkəmənin sədri Mehmet Akarca, ədliyyə naziri Yılmaz Tunç, TDT-nin Baş katibi Kubaniçbek Ömüralıyev və Ağsaqqal Şurasının sədri Binəli Yıldırım iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb. 
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.

TDT Baş Prokurorları Şurasının 2-ci toplantısının Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyəti qeyd edilib. 

Kamran Əliyev üç il əvvəl Azərbaycan torpaqlarının otuz illik işğalına son qoyulduğunu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini vurğulayıb. İşğal bitsə də, onun ağır fəsadlarının hələ də qalmaqda olduğunu bildirən Baş prokuror Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndinin Ermənistan tərəfindən vəhşicəsinə dağıdıldığını qeyd edib. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğu və ya ağır yaralandığı bildirilib. 

Həmçinin, Baş prokuror Azərbaycan Ordusu tərəfindən 1 ay öncə lokal xarakterli antiterror tədbirlərinə başlanıldığı və qarşıda duran bütün vəzifələrin cəmi bir gün ərzində yerinə yetirilərək ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu xüsusi vurğulayıb. 

Bu ilin 15 oktyabr tarixində isə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizin üçrəngli bayrağının əzəli torpaqlarımız olan Ağdərə, Xocavənd, Xocalı, Əsgəran və nəhayət Xankəndidə qaldırıldığı qeyd olunub. 

Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını, bugün həmin ərazilərdə ölkə rəhbərliyinin diqqət və qayğısı ilə sürətli yenidənqurma işlərinin uğurla aparıldığı vurğulanıb. 
Bundan başqa, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilə və konvensiyalardan irəli gələn öhdəliklərə əməl olunması, o cümlədən cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, cinayət törətmiş şəxslərin verilməsi, cinayət təqibinin həyata keçirilməsi ilə bağlı sorğuların və digər sənədlərin icrasının həyata keçirildiyi bildirilib. 

İclasın sonunda Ankara bəyanatı qəbul edilib, növbəti iclasın Qırğızıstanda keçirilməsi qərara alınıb. 

Baş Prokurorluğun nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir. 

Kamran Əliyev TDT-yə üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak edib - FOTO  - foto 1
Kamran Əliyev TDT-yə üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak edib - FOTO  - foto 2
Kamran Əliyev TDT-yə üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak edib - FOTO  - foto 3
Kamran Əliyev TDT-yə üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak edib - FOTO  - foto 4
Kamran Əliyev TDT-yə üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak edib - FOTO  - foto 5
Kamran Əliyev TDT-yə üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak edib - FOTO  - foto 6
Kamran Əliyev TDT-yə üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak edib - FOTO  - foto 7

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Saxarada 4 min ildən çox yaşı olan sirli məzar aşkarlandı

Saxarada 4 min ildən çox yaşı olan sirli məzar aşkarlandı

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Azərbaycanda yeni ombudsman seçiləcək

Azərbaycanda yeni ombudsman seçiləcək

Əsrimizin BƏLASI – Kişilər emosional cəhətdən niyə tükənir? – SƏBƏBLƏR və ÇIXIŞ YOLLARI

Əsrimizin BƏLASI – Kişilər emosional cəhətdən niyə tükənir? – SƏBƏBLƏR və ÇIXIŞ YOLLARI

Ukraynanın Rusiyanı BMT-dən çıxarmaq planı var – “Foreign Policy”

Ukraynanın Rusiyanı BMT-dən çıxarmaq planı var – “Foreign Policy”

Azərbaycanın beynəlxalq sanksiya siyahısı YENİLƏNDİ

Azərbaycanın beynəlxalq sanksiya siyahısı YENİLƏNDİ

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Şəmkirdə maşın dərəyə aşdı - Sürücü xəsarət aldı

Şəmkirdə maşın dərəyə aşdı - Sürücü xəsarət aldı

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Həyat yoldaşım iki ev arasında qalıb"

Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar QƏBUL ETDİ

Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar QƏBUL ETDİ

Dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirəcək

Dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirəcək

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Binalarda elektrik sobalarına keçid tələbi nədir? - Rəsmi

Binalarda elektrik sobalarına keçid tələbi nədir? - Rəsmi

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Banan bahalaşır – Qiymətlər son 10 ilin rekordunu qıra bilər

Banan bahalaşır – Qiymətlər son 10 ilin rekordunu qıra bilər

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlətdi – Oğurlanıb gəlin paltarı GEYİNDİRİLDİ

“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlətdi – Oğurlanıb gəlin paltarı GEYİNDİRİLDİ

Avro bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı – YENİ MƏZƏNNƏ

Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT

Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT

Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir - FOTO

Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir - FOTO

Bakının bu ərazilərində qaz olmayacaq

Bakının bu ərazilərində qaz olmayacaq

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi – FOTO

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi – FOTO

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

Abşeronda kişi borc aldığı arvadını bıçaqladı

End of content

No more pages to load

RADİO