İlham Əliyevin Bişkekdə Putinlə görüşü olub - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyevin Bişkekdə Putinlə görüşü olub - YENİLƏNİB/FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. 

Bizim.Media xəbər verir ki, Prezident Vladimir Putin çıxış edərək deyib: 

“Hörmətli İlham Heydər oğlu, Sizi görməyimə çox şadam. Biz sonuncu dəfə Sizinlə telefonla danışmışdıq. Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir. Bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir.
Təklif edirəm ki, işimizi aşağıdakı kimi quraq: onda biz ikinci hissədən başlaya bilərik, həmkarlarımıza öz fikirlərini söyləməyə, danışmağa imkan verək. Sonra bir daha üz-üzə qalaq və söhbət edək, məsələlərin bütün kompleksi, o cümlədən belə desək, həssas məsələlər üzrə danışaq”. 

Prezident İlham Əliyev də öz Rusiyalı həmkarını salamlayıb:

“Vladimir Vladimiroviç, sağ olun. Sizi yenidən görməyimə şadam. Sizin də qeyd etdiyiniz kimi, biz bu yaxınlarda söhbət etmişik. Sevindirici haldır ki, Siz Qırğızıstana dövlət səfəriniz çərçivəsində görüşmək üçün vaxt tapdınız. Əslində, məsələlər çoxdur. 

Hesab edirəm ki, Sizin təklifiniz tamamilə məntiqlidir. Biz həmkarlarımızla ikitərəfli gündəliklə bağlı danışacağıq, həm də bizim danışmağa mövzularımız çoxdur.

Bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var. Sonra isə regional mövzulara və təhlükəsizlik məsələlərinə keçərik. Görüşə görə bir daha təşəkkür edirəm”. 

Prezident Vladimir Putin: Sağ olun. 
 

*** 18:25

Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Bişkekdə Putinlə sülhməramlıların sonrakı fəaliyyətini müzakirə edəcək

 



İlham Əliyevin Bişkekdə Putinlə görüşü olub - YENİLƏNİB/FOTO/VİDEO - foto 1
İlham Əliyevin Bişkekdə Putinlə görüşü olub - YENİLƏNİB/FOTO/VİDEO - foto 2
İlham Əliyevin Bişkekdə Putinlə görüşü olub - YENİLƏNİB/FOTO/VİDEO - foto 3
İlham Əliyevin Bişkekdə Putinlə görüşü olub - YENİLƏNİB/FOTO/VİDEO - foto 4
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir? - Foto

Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir? - Foto

“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

Evdə çəkilən foto ünvanınızı tapa bilər - ABŞ-da yeni süni intellekt qalmaqalı

Evdə çəkilən foto ünvanınızı tapa bilər - ABŞ-da yeni süni intellekt qalmaqalı

Bu sahələrə ƏDV tətbiq olunmayacaq

Bu sahələrə ƏDV tətbiq olunmayacaq

Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı

Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı

Rusiya ordusu Dneprdə elektrik qatarına hücum etdi: 13 ölü, 5 yaralı var - VİDEO

Rusiya ordusu Dneprdə elektrik qatarına hücum etdi: 13 ölü, 5 yaralı var - VİDEO

Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım etdi – FOTO

Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım etdi – FOTO

ADY-dən sərnişinlərə çağırış: Qatarda əşya unudularsa, nə etməli? – VİDEO

ADY-dən sərnişinlərə çağırış: Qatarda əşya unudularsa, nə etməli? – VİDEO

Canavar səkkiz yaşlı qıza hücum etdi

Canavar səkkiz yaşlı qıza hücum etdi

Məktəbdə jurnalistin hücuma məruz qalmasına Mətbuat Şurasından REAKSİYA

Məktəbdə jurnalistin hücuma məruz qalmasına Mətbuat Şurasından REAKSİYA

Qurban Qurbanov “Fənərbaxça”nın baş məşqçisi postuna namizəddir?

Qurban Qurbanov “Fənərbaxça”nın baş məşqçisi postuna namizəddir?

Azərbaycan Türkiyə və Rusiyanı geridə qoydu – Gürcüstanda gözlənilməz VƏZİYYƏT

Azərbaycan Türkiyə və Rusiyanı geridə qoydu – Gürcüstanda gözlənilməz VƏZİYYƏT

Hacı Vəliyevin cəzası azaldıldı

Hacı Vəliyevin cəzası azaldıldı

Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO

Ceyhun Bayramov TDT-nin iclasında iştirak etdi – FOTO

Hörmüzdə üç neft tankeri minaya düşdü – VİDEO

Hörmüzdə üç neft tankeri minaya düşdü – VİDEO

Ceyhun Bayramovu Hakan Fidan qarşıladı – FOTO

Ceyhun Bayramovu Hakan Fidan qarşıladı – FOTO

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb

Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurdu - VİDEO

Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurdu - VİDEO

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş – FOTO - VİDEO

Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş – FOTO - VİDEO

Makron etiraz aksiyalarına görə nazirləri Yelisey sarayına ÇAĞIRDI

Makron etiraz aksiyalarına görə nazirləri Yelisey sarayına ÇAĞIRDI

Vəzifəliləri buna görə CƏZA gözləyir

Vəzifəliləri buna görə CƏZA gözləyir

Rusiyada zirehli jiletlər üçün xammal istehsal edən zavoda zərbə endirildi – VİDEO

Rusiyada zirehli jiletlər üçün xammal istehsal edən zavoda zərbə endirildi – VİDEO

Qanunsuz əldə edilən əmlak dövlətə qaytarılacaq

Qanunsuz əldə edilən əmlak dövlətə qaytarılacaq

End of content

No more pages to load

RADİO