Prezidentdən İƏT Nazirlər Şurasının Şuşada keçirilən 27-ci iclasının iştirakçılarına MÜRACİƏT 

Prezidentdən İƏT Nazirlər Şurasının Şuşada keçirilən 27-ci iclasının iştirakçılarına MÜRACİƏT 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciət ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada İƏT-in Nazirlər Şurasının 27-ci iclası KEÇİRİLİR 


"Hörmətli iclas iştirakçıları! 

Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası münasibətilə Sizi səmimi-qəlbdən salamlayıram. 
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir.

Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Bir neçə gün öncə Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsinə görə təşəkkürümü bildirirəm. 

Siz olduqca əlamətdar və tarixi dövrdə Azərbaycana gəlmisiniz. Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır.

Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir. 
 

Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb.

Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb. 

2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra burada irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində bu ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir.

Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür edirəm. Biz bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndiririk. 

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub.

Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.

30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir.

Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir. 

Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir.

Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir. 

Azərbaycan, eyni zamanda, etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik.
Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunub.

Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. 

Əminəm ki, bu iclas ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platforma olacaq, qarşılıqlı faydalı tərəfdaşlığın yeni məzmunla zənginləşməsinə töhfə verəcək. 

Sizə ən xoş arzularımı yetirir, iclasın işinə uğurlar diləyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Dələduzluq edən "vəzifəli şəxs" həbs olundu

Azərbaycandan göndərilən növbəti humanitar yardım Ukraynaya təhvil verildi – FOTO

Azərbaycandan göndərilən növbəti humanitar yardım Ukraynaya təhvil verildi – FOTO

Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Paşinyandan parlamentdəki davaya REAKSİYA “Lazım gəlsə, o deputatın əlini sındıracağıq”

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlandı – FOTO

AKP-çilərin “müttəfiqi”ndən Türkiyəyə bayram “hədiyyəsi” – Cümhuriyyət bayramı günü Fələstin lideri Yunan Kiprində

AKP-çilərin “müttəfiqi”ndən Türkiyəyə bayram “hədiyyəsi” – Cümhuriyyət bayramı günü Fələstin lideri Yunan Kiprində

Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi

Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi

Rusiya Kiyev vilayətində quşçuluq fabrikinə zərbə endirdi

Rusiya Kiyev vilayətində quşçuluq fabrikinə zərbə endirdi

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit həlak oldu

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit həlak oldu

Yüz manatlıq geyimin pulunu bir qəpiklərlə də ödəyə bilərsiniz – Marketlər imtina edərsə...?

Yüz manatlıq geyimin pulunu bir qəpiklərlə də ödəyə bilərsiniz – Marketlər imtina edərsə...?

Paşinyan: "Müstəqillik Bəyannaməmizin mətni antidövlət xarakterlidir"

Paşinyan: "Müstəqillik Bəyannaməmizin mətni antidövlət xarakterlidir"

Evdən çıxanda telefonun bu funksiyalarını söndürün

Evdən çıxanda telefonun bu funksiyalarını söndürün

Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir? - Foto

Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir? - Foto

“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

“Keşikçidağ”la bağlı dezinformasiyaya görə həbs edilmiş gürcü jurnalist azadlığa buraxıldı

Evdə çəkilən foto ünvanınızı tapa bilər - ABŞ-da yeni süni intellekt qalmaqalı

Evdə çəkilən foto ünvanınızı tapa bilər - ABŞ-da yeni süni intellekt qalmaqalı

Bu sahələrə ƏDV tətbiq olunmayacaq

Bu sahələrə ƏDV tətbiq olunmayacaq

Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı

Kartdan-karta köçürmələrdə limit buna görə qoyulub - Taleh Kazımov açıqladı

Rusiya ordusu Dneprdə elektrik qatarına hücum etdi: 13 ölü, 5 yaralı var - VİDEO

Rusiya ordusu Dneprdə elektrik qatarına hücum etdi: 13 ölü, 5 yaralı var - VİDEO

Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım etdi – FOTO

Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım etdi – FOTO

ADY-dən sərnişinlərə çağırış: Qatarda əşya unudularsa, nə etməli? – VİDEO

ADY-dən sərnişinlərə çağırış: Qatarda əşya unudularsa, nə etməli? – VİDEO

Canavar səkkiz yaşlı qıza hücum etdi

Canavar səkkiz yaşlı qıza hücum etdi

Məktəbdə jurnalistin hücuma məruz qalmasına Mətbuat Şurasından REAKSİYA

Məktəbdə jurnalistin hücuma məruz qalmasına Mətbuat Şurasından REAKSİYA

Qurban Qurbanov “Fənərbaxça”nın baş məşqçisi postuna namizəddir?

Qurban Qurbanov “Fənərbaxça”nın baş məşqçisi postuna namizəddir?

Azərbaycan Türkiyə və Rusiyanı geridə qoydu – Gürcüstanda gözlənilməz VƏZİYYƏT

Azərbaycan Türkiyə və Rusiyanı geridə qoydu – Gürcüstanda gözlənilməz VƏZİYYƏT

Hacı Vəliyevin cəzası azaldıldı

Hacı Vəliyevin cəzası azaldıldı

End of content

No more pages to load

RADİO