“Anti-Azərbaycan” kampaniyasının ikinci mərhələsi

Son həftə beynəlxalq qurumların Azərbaycana qarşı iki siyasi həmləsi ilə yadda qaldı. Belə ki, ilk olaraq “Human Rights Watch” (HRW) təşkilatı bu yaxınlarda Azərbaycanda saxlanılan erməni müharibə əsirlərinə qarşı pis rəftarın olduğu iddia edildiyi hesabatını yayımladı.

Hesabatın ardınca isə martın 23-də Avropa Parlamentinin üzvləri, Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Azərbaycan üzrə daimi məruzəçi Yelena Zovko və Ermənistan üzrə daimi məruzəçi Andrey Kovaçev tərəfindən Birgə Bəyanat verildi.

Diqqət çəkən əsas məqam isə hesabat və bəyanatın yalnız Ermənistanın mövqeyini ifadə etməsi və Azərbaycan tərəfinə bu və ya digər formada yer verilməməsidir.

 

MÖVZU İLƏ BAĞLI:

Ombudsmandan “Human Rights Watch” təşkilatının iddialarına TUTARLI  CAVAB


İlk olaraq qeyd edək ki, Azərbaycana qarşı yuxarıdakı formatda bəyanatların veriləcəyi gözlənilən idi. Çünki 2020-ci ilin sonlarından etibarən Ermənistan xarici siyasət istiqamətləri içərisində “əsirlər məsələsi” xüsusi yer almağa başlamışdı.

Hətta Ermənistan xarici işlər naziri Ara Ayvazyan xarici əlaqələrinin, telefon danışıqlarının hər birində Azərbaycan tərəfindən əsirlikdə saxlanıldığını iddia etdiyi şəxsləri gündəmə gətirməyə çalışır, Avropadakı havadarlarından və erməni diasporasının imkanlarının istifadə edərək “əsirlər” məsələsinin fərqli formada təqdim edilməsinə cəhd göstərirdi.
Ermənistan sadəcə vasitədir...

Oxşar tendensiya təkcə Ermənistan üçün yox, bir sıra Avropa ölkələri üçün əvəzolunmaz fürsətdir. Verilən hesabatın və bəyanatın təkcə Ermənistanın maraqlarını ifadə etmədiyi aydındır.

Qarabağ münaqişəsi son 30 illik müddət ərzində Azərbaycana əsas təsir vasitəsi kimi qəbul edilirdi. Xüsusilə bəzi Avropa ölkələri Qarabağ münaqişəsindən istifadə etməklə Cənubi Qafqazdakı maraqlarını reallaşdırmağa çalışırdı. 

Ancaq Qarabağ münaqişəsinin hərbi yolla və Azərbaycanın xeyrinə həll olunması bəzi qüvvələrin əlindəki bu təsir mexanizmini sıradan çıxardı.

Demək ki, artıq yeni və effektiv təsir mexanizmlərinə ehtiyac var.

 

Bu baxımdan Ermənistanın gecə gündüz dilə gətirdiyi “əsirlər məsələsi” ideal bir şansdır. Yəni ki, məsələ heç də Ermənistanın “güclü” siyasi strategiyasının nəticəsi deyil, əksinə bəzi maraq qruplarının Azərbaycana təsir etmək üçün “diversant” kartından istifadə etməsidir. 


10 noyabrda münaqişənin hərbi müstəvidən çıxması ilə Ermənistan Azərbaycana qarşı destruktiv mövqeyini fərqli sferalarda ortaya qoymağa çalışır. Lakin sadaladığımız problemlər hələ nəhəng buz dağının görünün tərəfidir.

Hər kəsə məlumdur ki, istənilən halda erməni diversantlarla bağlı problemin həlli Azərbaycanın əlindədir. Son sözü Azərbaycanın deyəcəyi bu problemin uzun müddət davam edəcəyi də ehtimal edilmir. Ancaq “əsirlər məsələsi” irəlidə həyata keçirilməsi planlaşdırılan daha böyük kampaniyanın başlanğıcıdır.

“Əsrlər məsələsi” planın birinci mərhələsidir

Bildiyimiz kimi, hələ 10 noyabr sülh sazişindən sonrakı ilk günlərdə bir qrup erməni vətəndaşı “Hadruta qayıtmaq” şuarları ilə İrəvanın mərkəzində aksiya keçirmişdi.

Sonrakı müddətdə Erməni hakimiyyəti bir neçə dəfə Hadrut məsələsini dilə gətirsə də, sonradan nə üçünsə bu mövzuya toxunulmadı.

 

Bu təbii ki, Ermənistanın artıq Hadrut məsələsində güzəştə getdiyi və “qaçqın məsələsini” gündəmə gətiməyəcəyi düşüncəsini oyandırdı. Ancaq bu gün erməni diversantlarla bağlı aparılan iş Hadrut məsələsinə yenidən qayıtmalı olduğumuzu göstərir.


Əgər Ermənistan 73 nəfər diversant üçün Avropa Parlamentini və beynəlxalq hüquq təşkilatlarını prosesə cəlb edə bilirsə, Hadrut məsələsində də ən azından eyni miqyaslı işlər görə biləcəklərini təxmin etmək mümkündür.

Verilən bəyanat və hesabat da bu baxımdan Ermənistanın yeni “Hadrut qaçqınları” planı üçün ilkin hazırlıqdır. 

Üstəlik bu məsələ bir neçə diversatdan daha ciddi və Qərbin nəzərində daha çox səs küyə səbəb olacaq bir məsələdir. Hadrutdakı erməni “qaçqınlar”la bağlı məsələnin beynəlxalq ictimaiyyət qarşısında qaldırılması Azərbaycana daha böyük təsir mexanizmidir, nəinki 73 diversant məsələsi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Notarius məhkəmə zalında həbs edildi

Notarius məhkəmə zalında həbs edildi

Bakı Qızlar Universiteti bağlandı

Bakı Qızlar Universiteti bağlandı

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

End of content

No more pages to load

RADİO