“Azərbaycanın antiterror tədbirləri yalnız legitim hərbi hədəflərə qarşı olub” - Elçin Əmirbəyov

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri yalnız erməni silahlı birləşmələrinin legitim hərbi hədəflərinə qarşı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “BBC News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu hadisələr zamanı Qarabağın mülkü əhalisi arasında itkilərin olmaması üçün bütün səylər göstərilib.
“Əməliyyat ildırım sürəti ilə həyata keçirilib, bir sutkadan az davam edib. Tədbirlər Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindəki legitim hərbi hədəflərinə qarşı olub”, - E.Əmirbəyov deyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar.

Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsini istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" – VİDEO

Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" – VİDEO

Zimbabve "ASAN xidmət" modelini tətbiq edəcək - FOTO

Zimbabve "ASAN xidmət" modelini tətbiq edəcək - FOTO

ABŞ Türkiyəyə qarşı sanksiyaları LƏĞV EDƏCƏK

ABŞ Türkiyəyə qarşı sanksiyaları LƏĞV EDƏCƏK

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu - FOTO

YAP Qusar rayon təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu - FOTO

Tramp Avropanı hədələdi: “Daha mövcud olmayacaq"

Tramp Avropanı hədələdi: “Daha mövcud olmayacaq"

Ceyhun Bayramov ABŞ senatorunu qəbul etdi - FOTO

Ceyhun Bayramov ABŞ senatorunu qəbul etdi - FOTO

Bakıya gətirilən bahalı dərmanlar gömrükdə SAXLANILDI

Bakıya gətirilən bahalı dərmanlar gömrükdə SAXLANILDI

Tramp: “Ora ABŞ nəzarət etməlidir”

Tramp: “Ora ABŞ nəzarət etməlidir”

Elman İmamverdiyev başçının birinci müavini TƏYİN EDİLDİ

Elman İmamverdiyev başçının birinci müavini TƏYİN EDİLDİ

“İnstagram”da satılan arıqlama məhsullarında TƏHLÜKƏLİ MADDƏ aşkarlandı - FOTO

“İnstagram”da satılan arıqlama məhsullarında TƏHLÜKƏLİ MADDƏ aşkarlandı - FOTO

"Roketsan" Azərbaycanda raket istehsalı müəssisəsi açacaq

"Roketsan" Azərbaycanda raket istehsalı müəssisəsi açacaq

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ

Milli Məclisin növbəti iclasının gündəliyi: 22 məsələ müzakirə olunacaq

Milli Məclisin növbəti iclasının gündəliyi: 22 məsələ müzakirə olunacaq

Gənc xanəndənin atası qəzada VƏFAT ETDİ

Gənc xanəndənin atası qəzada VƏFAT ETDİ

Valideynlərini ziyarət etməyə gəldi, kənd sakinlərinin evini taladı

Valideynlərini ziyarət etməyə gəldi, kənd sakinlərinin evini taladı

Binəqədidə səkidə böyük çuxur yaranıb: "Çox adam bura düşür" - VİDEO

Binəqədidə səkidə böyük çuxur yaranıb: "Çox adam bura düşür" - VİDEO

Tramp Zelenski ilə Putinin mümkün görüşü HAQDA: "Tezliklə..." – VİDEO

Tramp Zelenski ilə Putinin mümkün görüşü HAQDA: "Tezliklə..." – VİDEO

Avstraliyanın Baş naziri Kayli Minoq haqda dediklərinə görə ÜZR İSTƏDİ

Avstraliyanın Baş naziri Kayli Minoq haqda dediklərinə görə ÜZR İSTƏDİ

Zelenski Azərbaycana TƏŞƏKKÜR ETDİ - VİDEO

Zelenski Azərbaycana TƏŞƏKKÜR ETDİ - VİDEO

Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı məhkəmə iddiası rədd edilib - SƏİDƏ BƏKİRQIZININ VƏKİLİNDƏN AÇIQLAMA

Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı məhkəmə iddiası rədd edilib - SƏİDƏ BƏKİRQIZININ VƏKİLİNDƏN AÇIQLAMA

Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu

Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu

Rahidə Baxışova müflis oldu

Rahidə Baxışova müflis oldu

Bir stəkan çay müalicəni puç edə bilər

Bir stəkan çay müalicəni puç edə bilər

Trampdan F-35 qırıcılarının Türkiyəyə satışı ilə bağlı AÇIQLAMA - VİDEO

Trampdan F-35 qırıcılarının Türkiyəyə satışı ilə bağlı AÇIQLAMA - VİDEO

End of content

No more pages to load

RADİO