Xəbər verdiyimiz kimi, bu gün Qarabağda qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan Ermənistana keçmək istəyərkən Laçın nəzarət-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Bizim.Media xəbər verir ki, o, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
Vardanyanın həbs olunması görüntülərini təqdim edirik:
Bizim.Media