"Ermənistan məğlub olub, amma erməni xisləti davam edir"

Ermənistan son günlər yaşadığı isterika onun çıxılmaz durumda olduğundan xəbər verir. Müxtəlif cəhdlərlə Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəni kölgə altına salmaqla bərabər, beynəlxalq təşəbbüslərdə də ölkəmizin əleyhinə getməyə cəhd göstərir.

Sonuncu addımlarından biri kimi, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə dünyanın 133 ölkəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bu təşəbbüsə qoşulmaqdan imtina etdi.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Hacızadə: “Azərbaycan heç bir halda təxribatçıları birtərəfli azad etməməlidir” - FOTO


Bütün dünya üçün vacib olan belə bir çağırışa qarşı Ermənistanın münasibəti, onun Azərbaycanın liderliyinə dözümsüzlüyünü bir daha ortaya qoydu.

Azərbaycan Prezidenti İlham Əliyevin bəşəri ideyalara xidmət edən çağırış və planları erməni siyasi elitası tərəfindən həzm edilə bilmədi.

Ermənistan müxtəlif instansiyalarda bu qətnamənin qəbul olunmasının qarşısını almağa çalışdı və dünya ermənilərin bu işinə mat qaldı. Axı söhbət hansısa dövlətin və ya xalqın marağından getmirdi. Milyarddan yuxarı imkansız, kasıb insanın taleyi idi söhbət mövzusu.

Azərbaycan bəşəriyyət üçün çalışdığı halda Ermənistanın hansı cılız hislərlə yşadığı və konstruktiv bir ölkə olmadığı üzə çıxdı, necə deyərlər rüsvay oldu.

Eyni zamanda Ermənistanın qətnaməyə yamaq kimi hazırladığı bir sıra təklifləri də müzakirələr zamanı rədd edildi.

Məsələn, Ermənistan bildirib ki, Azərbaycanda 2020-ci ilin noyabrında “ermənilər yaşayan Qarabağ”da dezinfeksiya aparılmasını əks etdirən poçt markası dövriyyəyə buraxılıb. Guya bununla Azərbaycan belə bir mesaj verirdi ki, ermənilər virusdur və buna görə də aradan qaldırılmalıdır.

Təbii ki, situasiya gülməlidir və ermənilər ən rəzil formada belə gündəmdə olmağa çalışırlar. Bu dəfə isə alınmadı. Bəs Ermənistanı qəzəbləndirən səbəblər hansılardır?

Ermənistan II Qarabağ müharibəsində yaşadığı ağır məğlubiyyəti həzm edə bilmir. 30 il işğal altında saxladığı torpaqlarda törətdiyi vəhşilikləri müxtəlif adlar altında ört-basır eləməyə çalışır.

Bundan başqa işğal edilmiş ərazilərimizdə vurduğu maddi-mənəvi ziyanın təzminat şəklində geri qaytarılmasından yayınmağa yol axtarır.

Bu məsələlərdə öz xalqını da alət edərək regional komunikasiya xətlərinin işə düşməsinə maneçilik törətməyə çalışır.

Eyni zamanda 10 noyabr razılaşmasından sonra 62 nəfər terroristin Azərbaycan Ordusu tərəfindən tərkisilah edilərək həbs edilməsinə qeydi-qanuni əsaslarla siyasi don geyindirməyə çalışır. Bununla da Azərbaycana beynəlxalq təzyiqin artırılması yolu ilə həmin terroristlərin azad edilməsini istəyir.

Ermənistanın bu qəzəbi başa düşüləndir, amma zaman indi onun xeyrinə işləmir və Azərbaycan regionda kəskin söz sahibi olduğu göz önündədir.

Bütün hallarda unudur ki, indi Azərbaycan müasir çağırışlara açıq və konstruktiv dövlət kimi, bütün əngəlləri öz gücünə həll etmək iqtidarındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTOLAR

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Gəncədə evin həyətində ocaq partladı: 70 yaşlı qadın yaralandı

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Prezidentin səfəri etdiyi şəhərdə Azərbaycan bayraqları və bannerlər quraşdırılıb

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Sumqayıt sakinlərinin nəzərinə: Qazınız kəsiləcək

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Qaxda dəhşətli qəzada ölən və yaralananların adları MƏLUM OLDU

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Elmar Məmmədov: Psixoloqların mediasiyaya cəlb olunması münaqişələrin həllidir

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bu il hepatit diaqnozu qoyulanların sayı AÇIQLANDI

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Bakı Qızlar Universitetində oxuyan tələbələrin taleyi necə olacaq? – Rəsmi qərar

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Qarabağ kanalında bir nəfər batıb – FHN axtarış aparır - VİDEO

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Baş nazirdən görkəmli alim Kərim Kərimovla bağlı QƏRAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Həyətdə od qalayanların NƏZƏRİNƏ – Cəriməsi VAR

Notarius məhkəmə zalında həbs edildi

Notarius məhkəmə zalında həbs edildi

Bakı Qızlar Universiteti bağlandı

Bakı Qızlar Universiteti bağlandı

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

Anar Ələkbərov: "44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

CeyLo əkizləri ilə Romada – FOTO

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edildi

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

End of content

No more pages to load

RADİO