"27 sentyabr şanlı və müqəddəs yürüşdür".
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 27 Sentyabr - Anım Günü ilə bağlı "X"də yazıb.
Onun sözlərinə görə, 27 sentyabr Qarabağın işğalının 30 illik kədərini zəfər sevincinə çevirən 44 günlük Vətən müharibəsinin başladığı gündür:
"Zəfərlərimiz şanlı və uğurlu olsun. Şəhidlərimiz ən ali qürur mənbəyidir. Şəhidlər ölməz! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı".



Bizim.Media