Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.
Görüş zamanı oktyabrın 5-də Qranada şəhərində Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin planlaşdırılan görüşünə hazırlıq məsələləri müzakirə olunub.
Bizim.Media