"Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür".
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ABŞ Dövlət Departamentinin Azərbaycanın Qarabağ bölgəsində müşahidə missiyası yaratmaq təklifinə münasibət bildirərkən səsləndirib.
“Biz burada konkretlik görmürük, istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz İrəvan və Bakı ilə, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdirəcəyik”, - deyə o, qeyd edib.
Bizim.Media