İrəvanın MƏKRLİ PLANI – Qarabağdan qaçan ermənilərdən necə İSTİFADƏ OLUNACAQ?

Son 2 gündə Azərbaycanı 3 min erməni tərk edib. Son bir ayda gedən ermənilərin sayı isə 10 minə yaxındır. Nəzərə alaq ki, əvvəllər Qarabağı tərk edən ermənilər əsasən ikili vətəndaşlığı olanlar idi. Bu təsadüfi deyil. Çünki, Azərbaycan dəfələrlə bəyan edib ki, 1989-cu ilə qədər Qarabağda pasport qeydiyyatı olan  və hərbi cinayətlərdə əli olmayan ermənilər qalıb yaşaya bilər. 

Ona görə də son 30 ildə müxtəlif vədlərlə Qarabağa köçürülən əcnəbi vətəndaşlığı olan ermənilər sabahı gözləmədən indidən yır-yığış edirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağı tərk edən ermənilərin sayı 1050-yə çatdı


Qarabağdakı ermənilər siyasi girovdur

Ermənistan siyasi hakimiyyəti və bəzi xarici qüvvələr Qarabağdakı erməniləri  girov kimi saxlayırlar. Çünki, Qarabağdakı ermənilərin dünya ilə əlaqəsi yalnız Ermənistan üzərindəndir. Ona görə də münaqişədə maraqlı qüvvələr əksər erməniləri Qarabağda zor gücünə saxlayırlar. 

Amma indi vəziyyət dəyişir. Artıq ermənilərin Azərbaycana reinteqrasiyası başlayıb. Bu isə o deməkdir ki, Qarabağdakı ermənilər artıq girovluqdan xilas olurlar. Artıq Azərbaycan vətəndaşlığı üçün müraciət edənləri də var.

Digər qism erməni isə Azərbaycan üzərindən üçüncü ölkələrə köç edəcək. Buna da normal baxmaq olar. Lakin, bir günlük lokal antiterror tədbirlərindən sonra uzun müddət Qarabağda yaşayan ermənilərin də Ermənistana sürətli köçü başlayıb.

Ermənilərin növbəti məkrli planı

Sentyabrın 21-dən başlayaraq ermənilər Xankəndi və ətraf ərazilərdəki evlərini yandıraraq kütləvi şəkildə mənzillərini tərk edirlər. Maraqlıdır ki, həm Ermənistan, həm də Qarabağdakı separatçılar bu köç kampaniyasına rəvac verirlər. Məsələn, Paşinyan ötən şənbə bəyan etdi ki, Qarabağdan gələn erməniləri qarşılamaq və yerləşdirmək üçün hökümət bütün zəruri tədbirləri görüb. Ötən gün  separatçıların liderlərindən biri David Babayan isə bildirdi ki,  Qarabağda yaşayan etnik ermənilərin 99 faizi köçmək istəyir.

Erməni siyasilərin köç kampaniyasına bu qədər isti yanaşması təbii ki, müəyyən suallar doğurur. Axı, ermənilərin Qarabağda qalıb yaşaması və hətta hansısa səviyyədə status almaları üçün ermənilər və onların xarici havadarları uzun illərdir ki, dəridən-qabıqdan çıxırlar. Bəs, necə oldu ki, birdən-birə fikirləri 180 dərəcə dəyişdi? Deməli, ermənilər və onların xarici havadarları növbəti məkrli plan hazırlayır. 

Bildiyimiz kimi, ermənilər və onların xarici havadarları artıq Azərbaycan reallıqları ilə mübarizə aparmağı bacarmırlar və geri çəkilmək məcburiyyətində qalıblar.

Lakin, geri çəkilərkən belə məkrli planlar qururlar. Plansa o ola bilər ki, yaxın zamanlarda beynəlxalq aləmdə Azərbaycana qarşı “etnik təmizləmə” yalanı ilə bağlı kampaniya başlanılsın. Bu kampaniya isə Azərbaycana qarşı iqtisadi sanksiyaların qəbuluna hesablanıb. 

Məlum olduğu kimi Fransa bu planın üzərində iki ildir işləyir. Hətta Aİ tərəfindən Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı Fransada petisiya da təşkil olunmuşdu. Üstəlik, Fransa  Milli Assambleyası Azərbaycana qarşı iqtisadi sanksiyaların qəbul edilməsi ilə bağlı Aİ-yə müraciət etmişdi. Doğrudur, fransızların bütün təşəbbüsləri nəticəsiz qaldı. Lakin, rəsmi Paris məkrli niyyətindən qəti geri çəkilmir. 

Yada salaq ki, ötən həftə Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef  Borrel Avropa İttifaqı ölkələrini Azərbaycana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırdı.

Çox təssüf ki, bir sıra Avropa dövlətləri Borrelin təklifinə isti yanaşdı.

Yalnız dost Macarıstanın etirazından sonra məsələnin müzakirəsi yarımçıq qaldı. Ona görə də Fransa və bəzi ermənipərəst ölkələr yeni fürsət gözləyir. Ermənilərin Qarabağdan getməsi isə həmin məkrli qüvvələr üçün növbəti şans ola bilər.

Bəs, bu fürsətdən bədnam qüvvələr nə qədər yararlana biləcək? Bunu artıq zaman göstərəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sülh danışıqlarında “HİZBULLAH DÜYÜNÜ” – Necə ÇÖZÜLƏCƏK?

Sülh danışıqlarında “HİZBULLAH DÜYÜNÜ” – Necə ÇÖZÜLƏCƏK?

“Hizbullah” lideri: “Müqavimət son nəfəsədək davam edəcək”

“Hizbullah” lideri: “Müqavimət son nəfəsədək davam edəcək”

Yağıntı intensivləşəcək, sel keçəcək – XƏBƏRDARLIQ

Yağıntı intensivləşəcək, sel keçəcək – XƏBƏRDARLIQ

15-yə yaxın meyitin orqanı başqasına həyat verib

15-yə yaxın meyitin orqanı başqasına həyat verib

Vüsal Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Vüsal Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO

Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO

Dövlət Komitəsi: Qədirov qardaşlarının iddiaları əsassızdır

Dövlət Komitəsi: Qədirov qardaşlarının iddiaları əsassızdır

Putinin reytinqi aşağı düşdü

Putinin reytinqi aşağı düşdü

Yazıçılar Birliyində CANLANMA - Bu dəfə kimlərə xəbərdarlıq ediləcək?

Yazıçılar Birliyində CANLANMA - Bu dəfə kimlərə xəbərdarlıq ediləcək?

"Ərə getmədən öncə 9-dan gec evdə olma ixtiyarım yox idi"

"Ərə getmədən öncə 9-dan gec evdə olma ixtiyarım yox idi"

İranda əhaliyə yod həbləri paylanıb

İranda əhaliyə yod həbləri paylanıb

33 ildir dərsə qayıqla gedib-gəlir – VİDEO

33 ildir dərsə qayıqla gedib-gəlir – VİDEO

Safuradan Aygün Kazımova ilə bağlı ETİRAF: “Həmişə deyərdi ki, “o, mənim davamçımdır”” - VİDEO

Safuradan Aygün Kazımova ilə bağlı ETİRAF: “Həmişə deyərdi ki, “o, mənim davamçımdır”” - VİDEO

Azərbaycanlı Rusiyada məşhur kinostudiyanı aldı

Azərbaycanlı Rusiyada məşhur kinostudiyanı aldı

“Atəşkəs qərarını Müctəba Xamenei verib”

“Atəşkəs qərarını Müctəba Xamenei verib”

Rza Cəfərov Avropa klublarının TRANSFER HƏDƏFİNDƏ

Rza Cəfərov Avropa klublarının TRANSFER HƏDƏFİNDƏ

İranda bu məhdudiyyət 42 gündür davam edir - FOTO

İranda bu məhdudiyyət 42 gündür davam edir - FOTO

MEDİA: “Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır”

MEDİA: “Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır”

Ararat Mirzoyan: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

Ararat Mirzoyan: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ

İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ

Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi Çingiz Qədimov və Elşad Məmmədov KİMDİR? – DOSYE

Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi Çingiz Qədimov və Elşad Məmmədov KİMDİR? – DOSYE

Prezident bu şəxsləri təltif etdi - ADLAR

Prezident bu şəxsləri təltif etdi - ADLAR

Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir – VİDEO

Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir – VİDEO

Deputatdan SƏRT TƏNQİD: “Haqqında cinayət işi açılan şəxsə TƏBİB-də vəzifə verilib”

Deputatdan SƏRT TƏNQİD: “Haqqında cinayət işi açılan şəxsə TƏBİB-də vəzifə verilib”

End of content

No more pages to load

RADİO