ABŞ-ın tanınmış təşkilatı Azərbaycanla bağlı yenə qərəzli hesabat yaydı

“Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Human Rights Watch” təşkilatı “Azərbaycan: Dağlıq Qarabağda mülkilərin hüquqlarını təmin et” adlı hesabat yayıb. İnsan hüquqları ilə məşğul olduğu söylənən təşkilatların bu mövzuda hesabat yayması ilk baxışdan normal görünə bilər. Sözügedən hesabatda olan kobud səhvləri və şişirtmələri bu qəbildən olan təşkilatların insan hüquqlarına həssaslığı ilə izah etmək olardı. Lakin “Human Rights Watch”-un açıq-aşkar qərəzli və ayrı-seçkili yanaşması onun bütün bu fəaliyyətini tamamilə sual altına alır”.

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbi Azərbaycan İcması iki beynəlxalq təşkilatı əməkdaşlığa DƏVƏT ETDİ


Qeyd olunub ki, “Human Rights Watch” bir dəfə də olsun Ermənistandan azərbaycanlıların zorla qovulmasına münasibət bildirməyib.

Hüquqlarımızın Ermənistan tərəfindən pozulmasına münasibət bildirməsi və qayıdış hüququmuza dəstək verməsi xahişi ilə təşkilata bir neçə dəfə, sonuncu dəfə 12 avqust 2023-cü il tarixində göndərdiyimiz müraciət cavabsız qalıb:

“Human Rights Watch” sözügedən hesabatında bir tərəfdən Azərbaycan Respublikasından Qarabağı tərk etmək istəyən ermənilərə ölkədən çıxmaq üçün şərait yaratmağa tələb edir və digər tərəfdən dərhal onların qayıdış hüquqlarını xatırladır. Belə olan təqdirdə, “Human Rights Watch”-dan soruşmaq istərdik ki, niyə 30 ildə bir dəfə də olsun Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını yada salmayıb?

Bu bariz qərəz və ayrı-seçkilik onu sübut edir ki, “HumanRights Watch”-ın insan hüquqları ilə əlaqəsi yoxdur və bu təşkilat sadəcə müəyyən dairələrin əlində ucuz siyasi vasitədir.
Biz “Human Rights Watch” təşkilatından azərbaycanlılara qarşı etnik və dini zəmində ayrı-seçkiliyə son qoymağı, Azərbaycanın Qarabağ bölgəsində aparılan re-inteqrasiyaya mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz yurd-yuvalarına geri qayıtmasına dəstək verməyi tələb edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sülh danışıqlarında “HİZBULLAH DÜYÜNÜ” – Necə ÇÖZÜLƏCƏK?

Sülh danışıqlarında “HİZBULLAH DÜYÜNÜ” – Necə ÇÖZÜLƏCƏK?

“Hizbullah” lideri: “Müqavimət son nəfəsədək davam edəcək”

“Hizbullah” lideri: “Müqavimət son nəfəsədək davam edəcək”

Yağıntı intensivləşəcək, sel keçəcək – XƏBƏRDARLIQ

Yağıntı intensivləşəcək, sel keçəcək – XƏBƏRDARLIQ

15-yə yaxın meyitin orqanı başqasına həyat verib

15-yə yaxın meyitin orqanı başqasına həyat verib

Vüsal Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Vüsal Şilderin qətlinin sifarişçisi 13 il sonra Azərbaycana EKSTRADİSİYA EDİLDİ

Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO

Bakıda Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir – FOTO/VİDEO

Dövlət Komitəsi: Qədirov qardaşlarının iddiaları əsassızdır

Dövlət Komitəsi: Qədirov qardaşlarının iddiaları əsassızdır

Putinin reytinqi aşağı düşdü

Putinin reytinqi aşağı düşdü

Yazıçılar Birliyində CANLANMA - Bu dəfə kimlərə xəbərdarlıq ediləcək?

Yazıçılar Birliyində CANLANMA - Bu dəfə kimlərə xəbərdarlıq ediləcək?

"Ərə getmədən öncə 9-dan gec evdə olma ixtiyarım yox idi"

"Ərə getmədən öncə 9-dan gec evdə olma ixtiyarım yox idi"

İranda əhaliyə yod həbləri paylanıb

İranda əhaliyə yod həbləri paylanıb

33 ildir dərsə qayıqla gedib-gəlir – VİDEO

33 ildir dərsə qayıqla gedib-gəlir – VİDEO

Safuradan Aygün Kazımova ilə bağlı ETİRAF: “Həmişə deyərdi ki, “o, mənim davamçımdır”” - VİDEO

Safuradan Aygün Kazımova ilə bağlı ETİRAF: “Həmişə deyərdi ki, “o, mənim davamçımdır”” - VİDEO

Azərbaycanlı Rusiyada məşhur kinostudiyanı aldı

Azərbaycanlı Rusiyada məşhur kinostudiyanı aldı

“Atəşkəs qərarını Müctəba Xamenei verib”

“Atəşkəs qərarını Müctəba Xamenei verib”

Rza Cəfərov Avropa klublarının TRANSFER HƏDƏFİNDƏ

Rza Cəfərov Avropa klublarının TRANSFER HƏDƏFİNDƏ

İranda bu məhdudiyyət 42 gündür davam edir - FOTO

İranda bu məhdudiyyət 42 gündür davam edir - FOTO

MEDİA: “Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır”

MEDİA: “Azərbaycandan Körfəz ölkələri istiqamətində raketlərin buraxılması ilə bağlı xəbərlər əsassızdır”

Ararat Mirzoyan: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

Ararat Mirzoyan: “Tramp marşrutu”nun inşasına üçüncü ölkələr də cəlb ediləcək

İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ

İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ

Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi Çingiz Qədimov və Elşad Məmmədov KİMDİR? – DOSYE

Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi Çingiz Qədimov və Elşad Məmmədov KİMDİR? – DOSYE

Prezident bu şəxsləri təltif etdi - ADLAR

Prezident bu şəxsləri təltif etdi - ADLAR

Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir – VİDEO

Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir – VİDEO

Deputatdan SƏRT TƏNQİD: “Haqqında cinayət işi açılan şəxsə TƏBİB-də vəzifə verilib”

Deputatdan SƏRT TƏNQİD: “Haqqında cinayət işi açılan şəxsə TƏBİB-də vəzifə verilib”

End of content

No more pages to load

RADİO