“Azərbaycan Ordusu lokal antiterror tədbirləri zamanı dəqiq silahlarla yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib”.
Bizim.Media xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov jurnalistlərə açıqlaması zamanı deyib.
O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri 24 saatdan az müddətdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib:
“Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqları və qanunsuz erməni silahlı birləşmələri ilə razılıq əldə edilib.
Razılığa əsasən, hazırda qeyri-qanuni birləşmələrin tərk-silah edilməsi prosesi həyata keçirilir. Eyni zamanda, Azərbaycan Ordusu tərəfindən ərazinin minalardan təmizlənməsi işləri aparılır”.
Bizim.Media