Putinin Laçın və Kəlbəcəri Ermənistana vermək planı necə İFLASA UĞRAYIB? – SENSASİON DETALLAR

Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi haqqında sensasion açıqlamalar verib.

Amma ən böyük sensasiya Putinin Rusiyanın bu onilliklər ərzində Ermənistana arxa durmasını və ermənilərin işğalçılıq siyasətinə birbaşa dəstəyini etiraf etməsidir.

Rusiya prezidenti etiraf edir ki, Rusiya nizamlanma üçün öz variantlarını irəli sürüb:
 

MÖVZU İLƏ BAĞLI:

Putin etiraf etdi: "Kəlbəcəri və Laçını ermənilərə verəcəkdik" - VİDEO


“Ermənistan birinci müharibədən sonra Qarabağla yanaşı işğal etdiyi 7 rayona da nəzarət edirdi. Biz Azərbaycanla elə razılığa gəlməyi təklif etdik ki, iki rayon (Kəlbəcər və Laçın) və bütün Qarabağ faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı”. 

Bədnam etiraf

Göründüyü kimi rəsmi Moskva Azərbaycanın ərazi bütövlüyünün və suveren hüquqlarının Ermənistan tərəfindən pozulmasına dəstək verib. Üstəlik Azərbaycan ərazilərinin qanunsuz zəbtinə Kreml hüquqi don geyindirməyə də çalışıb. 

Bu fikirlər bir daha sübut edir ki, rəsmi Moskva sona qədər Ermənistanın işğalçılıq siyasətini dəstəkləyib. Və bu işğalın yekunu olaraq Azərbaycanın 15 faiz ərazisinin Ermənistana birləşdirilməsinə sona qədər çalışıb. 
Lakin, təklif olunan bu bədnam planlar heç zaman Azərbaycan tərəfindən qəbul edilməyib. Zaman-zaman Rusiya və Qərb Azərbaycana öz ərazilərini işğaldan azad etmək üçün müharibəyə başlamasına hər vasitə ilə əngəl olub. ATƏT-in bədnam Minsk qrupu müharibəyə başlamamaq üçün Azərbaycana çeşidli vədlər verib. Nəticədə, erməni işğalı 30 ilədək davam edib. 

Maraqlısı isə, Ermənistanın bu təklifdən belə imtina etməsidir. Bunun da səbəbi aydındır. Ermənistan özünü qalib tərəf kimi aparır, uydurduqları “məğlubedilməz ordu” mifinə özləri də inanırdı.

Bəs, bu planlar necə iflasa uğradı?

Rusiya başda olmaqla vasitəçilərin qurduqları planlar artıq puça çıxıb. Bu çirkin oyunları iflasa uğradan isə heç şübhəsiz, İlham Əliyev oldu. Prezident heç vaxt ölkəmizin bir qarış torpağından belə imtina etməyib. Böyük güclərin oyunları, Azərbaycan əleyhinə planları, Ermənistanın status-kvonu qorumaq cəhdlərinə baxmayaraq İlham Əliyev qətiyyətli mövqeyi ilə regionda yeni reallıq formalaşdırdı.

30 illik nəticəsiz danışıqların ardından, Azərbaycan 44 gün ərzində ərazi bütövlüyünü bərpa etdi. 

44 günlük müharibə sayəsində İlham Əliyev təkcə Ermənistanın işğalçılıq siyasətinə son qoymadı, həm də Rusiya və Qərbin məkrli planlarını pozdu. Bu məqamsa onu sübut edir ki, son 30 ildə Azərbaycan Ermənistanla yox, bütövlükdə Rusiya və Qərblə müharibə şəraitində olub.

Artıq nəinki Laçın, Kəlbəcər, heç Xankəndinin taleyi də müzakirə mövzusu deyil. Azərbaycan həm Laçını, həm də Kəlbəcəri bir güllə belə atmadan 30 illik işğaldan azad etdi. 

35 illik münaqişənin əsas mərkəzi olan Qarabağın dağlıq hissəsi də artıq həm Ermənistan, həm də Kəlbəcəri, Laçını ermənilərə hədiyyə etmək planları quran Rusiya tərəfindən Azərbaycan ərazisi kimi tanınıb.

İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi manevrləri nəticəsində bu ərazilərimizin də tamamilə Azərbaycanın yurisdiksiyasına keçməsinə isə az qalıb...

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəsrin hədiyyələrini nümayiş etdirdi - VİDEO

Nəsrin hədiyyələrini nümayiş etdirdi - VİDEO

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

End of content

No more pages to load

RADİO