Kəlbəcərdə “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışı olub - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına stansiyalarda görülən işlər barədə məlumat verildi. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və birinci xanım Kəlbəcər rayonuna GETDİLƏR


Bildirildi ki, Kəlbəcər rayonunun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. 

Qeyd edək ki, 2022-ci ilin iyununda Prezident İlham Əliyevin tikinti işlərinin gedişinə baxış keçirdiyi bu elektrik stansiyaları ən müasir avadanlıqla təchiz olunub. Ərazidə iqlim və relyefin sərt olmağına baxmayaraq, tikinti işləri cədvəldən əvvəl başa çatdırılıb. 

Burada çayın 50 faiz təminatı nəzərə alınmaqla ekoloji normanın saxlanılması üçün derivasiya boruları subasardan hündür hissədə quraşdırılıb. Həmçinin sel suları nəzərə alınaraq 1750 metr mütləq yüksəklikdə yerləşən idarəolunan baş suqəbuledici qurğu tikilib, eləcə də 7 kilometr uzunluğunda derivasiya boruları yenidən çəkilib. 

“Çıraq-1” və “Çıraq-2” stansiyalarının hər biri üçün maşın zalı tikilib, Avropanın aparıcı şirkətlərinin istehsalı olan müasir ekoturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb.

“Çıraq-1” Kiçik Su Elektrik Stansiyasının ərazisində yeni 110 kV-luq açıq paylayıcı qurğu inşa edilib. 35 kilometr uzunluğunda 35 kV-luq “İstisu” elektrik verilişi xətti yenidən qurularaq yeni yarımstansiyaya qoşulub, optik kabel xətti çəkilib.

Bu yarımstansiya “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” Kiçik Su Elektrik stansiyalarında istehsal edilən elektrik enerjisinin ölkənin enerjisisteminə ötürülməsi üçün qovşaq funksiyasını daşıyır. Eynilə 3,6 meqavat gücündə “Çıraq-2” Su Elektrik Stansiyasının da baş suqəbuledici qurğu, 3 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub.

Stansiyada bir ədəd Avropa istehsalı olan yaşıl sertifikatlı müasir ekoturbin, generator, idarəetmə və avtomatika panelləri quraşdırılıb.

“Çıraq-1” və “Çıraq-2” stansiyaları enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Hər iki stansiyada ümumilikdə il ərzində 35 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunacaq. 
Prezident İlham Əliyev “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarını işə saldı. 

Qeyd edildi ki, “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” Kiçik Su Elektrik stansiyalarından əlavə, bu günə kimi Kəlbəcər rayonunda 4,4 meqavat gücündə “Kəlbəcər-1”, 6,3 meqavat gücündə “Qamışlı” və 3,4 meqavat gücündə “Meydan” Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib.

Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb. Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq. 
 











Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sloveniyada işləmək istəyənlərə yeni İŞ imkanı - 200-dən çox vakansiya

Sloveniyada işləmək istəyənlərə yeni İŞ imkanı - 200-dən çox vakansiya

Zədələnmiş pulu harada dəyişmək olar?

Zədələnmiş pulu harada dəyişmək olar?

Hava Limanında ƏMƏLİYYAT – Bağdaddan gələn yükdə görün nə tapıldı – FOTO

Hava Limanında ƏMƏLİYYAT – Bağdaddan gələn yükdə görün nə tapıldı – FOTO

Avrasiyanın yeni ƏMƏKDAŞLIQ XƏRİTƏSİ – Azərbaycandan Özbəkistana uzanan QARDAŞLIQ KÖRPÜSÜ

Avrasiyanın yeni ƏMƏKDAŞLIQ XƏRİTƏSİ – Azərbaycandan Özbəkistana uzanan QARDAŞLIQ KÖRPÜSÜ

Komitənin yeni Aparat rəhbəri kimdir? -DOSYE

Komitənin yeni Aparat rəhbəri kimdir? -DOSYE

Ən itaətkar bürclər BUNLARDIR

Ən itaətkar bürclər BUNLARDIR

Bu gün yeni restoranının açılışı olacaqdı - Qəzada həyatını itirdi

Bu gün yeni restoranının açılışı olacaqdı - Qəzada həyatını itirdi

“Hadrut fatehi”nin xanımı da tələbə oldu – FOTO

“Hadrut fatehi”nin xanımı da tələbə oldu – FOTO

Bakıda DƏHŞƏT - 8 yaşlı uşaq “reşotka”nın arasında boğularaq HƏYATINI İTİRDİ

Bakıda DƏHŞƏT - 8 yaşlı uşaq “reşotka”nın arasında boğularaq HƏYATINI İTİRDİ

Qruplar üzrə neçə plan yeri BOŞ qaldı? – Rəqəmlər AÇIQLANDI – CƏDVƏL

Qruplar üzrə neçə plan yeri BOŞ qaldı? – Rəqəmlər AÇIQLANDI – CƏDVƏL

Köçəryana qarşı CİNAYƏT İŞİ – Hansı maddələrlə ittiham olunduğu AÇIQLANDI

Köçəryana qarşı CİNAYƏT İŞİ – Hansı maddələrlə ittiham olunduğu AÇIQLANDI

Qaxda REKORD NƏTİCƏ - İki sinfin bütün məzunları tələbə adını qazandı – FOTO

Qaxda REKORD NƏTİCƏ - İki sinfin bütün məzunları tələbə adını qazandı – FOTO

Metro sərnişinlərinin NƏZƏRİNƏ – İş qrafiki dəyişir

Metro sərnişinlərinin NƏZƏRİNƏ – İş qrafiki dəyişir

Robert Köçəryan belə saxlanıldı – ANBAAN VİDEO

Robert Köçəryan belə saxlanıldı – ANBAAN VİDEO

Prezident və birinci xanım Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi – VİDEO

Prezident və birinci xanım Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi – VİDEO

Dünyanı isidir, iqtisadiyyatı “soyudur” – Bəzi məhsulların bahalaşması GÜNDƏMDƏ

Dünyanı isidir, iqtisadiyyatı “soyudur” – Bəzi məhsulların bahalaşması GÜNDƏMDƏ

Tovuzda AĞIR QƏZA – Yaralılar var

Tovuzda AĞIR QƏZA – Yaralılar var

Elçibəyin qardaşı qızının evi əlindən alındı- FOTO

Elçibəyin qardaşı qızının evi əlindən alındı- FOTO

Köçəryanın arvadının mağazalarında AXTARIŞ APARILIR - VİDEO

Köçəryanın arvadının mağazalarında AXTARIŞ APARILIR - VİDEO

Teymur Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİN EDİLDİ

Teymur Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİN EDİLDİ

Ukraynada qadınlar da səfərbərliyə cəlb olunur? – FOTO/VİDEO

Ukraynada qadınlar da səfərbərliyə cəlb olunur? – FOTO/VİDEO

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

Şəhid yoldaşı ali məktəbə qəbul oldu -FOTO

Şəhid yoldaşı ali məktəbə qəbul oldu -FOTO

72 yaşlı motosikletçi qəzada həyatını itirdi

72 yaşlı motosikletçi qəzada həyatını itirdi

End of content

No more pages to load

RADİO