“Vashinqton Post”un ABSURD YANAŞMASI – Qarabağ məsələsinin Qubad İbadoğluna NƏ AİDİYYƏTİ?

Aİ-nin ardınca ABŞ da dözümsüzlüyünü büruzə verdi. Azərbaycanın müstəqil siyasəti, milli  və dövləti maraqlar üçün göstərilən qətiyyət Ağ Evdəkiləri də ciddi narahat etməyə başlayıb. Çünki, Azərbaycanın müstəqil və uğurlu siyasəti qlobal güclərin, o cümlədən də ABŞ-ın maraqlarına qətiyyən uyğun deyil. 

Xüsusilə də Qarabağ məsələsində Azərbaycanın prinsipial mövqeyi, status məsələsinin heç zaman müzakirə mövzusu olmayacağı ilə bağlı fikirləri Qərbi əməlli-başlı narahat edib. 

Qərbin ənənəvi təzyiq metodları işə düşür

ABŞ tərəfindən Azərbaycana qarşı ənənəvi metod - insan haqları mövzusu masaya gətirilib. Bu dəfə mövzu bir qədər konkretdir. Mövzu Qubad İbadoğludur. Vaşinqton bu günlərdə Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunaraq saxlanılan Qubad İbadoğlunun müdafiəsinə qalxıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qubad İbadoğlu barədə qərar verildi - Məhkəmə


Belə ki, ABŞ Dövlət Departamentinin qeyri-rəsmi mətbuat orqanı sayılan “Vaşinqton Post” qəzetində ötən gün Qubad İbadoğlu ilə bağlı məqalə dərc olunub. Məqalədə Azərbaycanla bağlı yalan-yanlış fikirlər səsləndirilməklə paralel, Qubad İbadoğlu ədalət mücəməsi kimi göylərə qaldırılıb.

Guya bu adam Azərbaycandakı bəzi məmurların xaricdəki qeyri-şəffaf bank əməliyyatlarını ifşa etdiyi üçün həbs edilib.

Lakin nəşr nədənsə Qubad İbadoğlunun ittiham olunduğu konkret maddələr üzrə heç bir fikir bildirməyib. Əkisinə, Azərbaycan hakimiyyətinin ünvanına əsassız iftira və ittihamlar səsləndirərək Qubad İbadoğluna qarşı səslənən ittihamları absurd adlandırıb, onun qeyd-şərtsiz və həmən azad olunması istənilib.

“Vaşinqton Post” demokratiyanın, yoxsa böyük güclərin yanında dayanıb?

Dünyaya demokratiya dərsi keçən bir ölkənin və özünü söz, fikir azadlığının flaqmanı adlandıran “Vaşinqton Post” qəzetinin bu cür yanaşması sadəcə təəssüf doğurur. Çünki, məqalədəki fikirlər və çağırışlar birbaşa Azərbaycanın suveren huquqlarına hörmətsizlikdir. Bu cür çağırışlar həm də Azərbaycanın daxili işinə qarışmaqdır. 

ABŞ-da sabiq prezident Donalt Tramp barəsində gündə bir qurama cinayət işi açılır, o müxtəlif cinayət əməllərində günahlandırılır.

Belə bir vəziyyətdə hansısa ölkənin Trampın müdafiəsinə qalxması və səsləndirilən ittihamların çox yanlış olduğunu söyləmək nə qədər yersizdirsə, Qubad İbadoğlunun həbsi barədə ABŞ nəşrinin fikirləri də bir o qədər məsuliyyətsiz və qərəzlidir. Bu birbaşa istintaqın gedişinə yox, ölkəyə təzyiqdir. Belə bir hüququ “Vaşinqton Post” nəşrinə kimin və nə zaman verdiyi isə bəlli deyil.

Nəşr niyə tələsir?

Normalda nəşr istintaqın gedişatını izləməli və məhkəmənin son qərarından sonra fikir bildirməli idi. Lakin, dünyaya ağıl öyrədən bir qəzetin bu etiket və hüquq qaydalarını gözləməyərək təzyiq dilində danışması çox təəccüblüdür.

Bəs, başqaların mövqeyinə, digər ölkələrin qanunlarına sayğı harada qaldı?!

Nəşrin hüquq mühafizə orqanlarından yox, Azərbaycanın siyasi rəhbərliyindən Qubad İbadoğlunun qeyd-şərtsiz azad olunması tələbi birbaşa beynəlxalq hüquqa tüpürməkdir. Guya ki, Qubad İbadoğlu hansısa əyri-yolun yolçusu yox, birbaşa ABŞ-ın ən ləyaqətli vətəndaşıdır. 
Hələlik istintaq davam edir, işin necə yekunlaşacağı isə bilinmir.

Bildiyimiz isə odur ki, Qubad İbadoğlu cinayət şübhəlisidir. Və buna görə də saxlanılıb. Onun hansı cəza alacağı isə ancaq istintaq və məhkəmə prosesi yekunlaşdıqdan sonra bilinəcək. Bütün bunlara rəğmən ABŞ-ın aparıcı nəşrinin  hadisələri qabaqlaması və Qubad İbadoğlunun vəkili kimi çıxış etməsi sadəcə təəssüf doğurur.

ABŞ-dan anoloqsuz təzyiq metodları

Qəribədir ki, nəşr Qubad İbadoğlunun tezliklə azad olunması üçün Ağ Evdəkilərə çağırış edir. Bütün təzyiq vasitələrindən istifadə etmək zərurətindən danışan qəzet hətta Azərbaycanla Ermənistan arasında gedən danışıqlar prosesində Qubad İbadoğlunun azad olunması məsələsinin də bir şərt kimi irəli sürülməsini tövsiyə edir. 

Soruşmaq lazımdır ki, ay “Vaşinqton Post” sülh danışıqlarına Qubad İbadoğlunun həbsinin uzaqdan-yaxından hansı dəxli var? 

Gülməli də olsa nəşr ABŞ rəsmilərinə Qubad İbadoğlunun azad olunması üçün digər təzyiq vasitəsini də təklif edir. Nəşr yazır ki, ABŞ rəsmi Bakının Qarabağdakı etnik ermənilərə qarşı həyata keçirdiyi “blokada” siyasətinə görə Azərbaycana qarşı təzyiqləri daha da artırmalıdır. Qəzetə görə hətta Yevlaxda gözlənilən erməni icması ilə görüşdə də Qubad İbadoğlunun azad olunmasını bir tələb kimi irəli sürmək olar. 

Əslində, “Vaşinqton Post” qəzetinin bu mövqeyi ABŞ-ın “demokratiyası”nın əsl mahiyyətini açıb göstərir. Söz, fikir azadlığı, demokratiya və s. yalnız söz yığnağıdır. Bu sözlər böyük güclərin, o cümlədən ABŞ-ın əlində bir qamçıdır. Bu qamçı ilə ABŞ və Aİ zaman-zaman bir çox ölkələri cəzalandırıb. İndi də böyük güclər Azərbaycanı ənənəvi metodlarla cəzalandırmaq istəyir.

Azərbaycanın müstəqil siyasəti kimləri narahat edir?

Azərbaycanın müstəqil siyasəti, qətiyyətli mövqeyi böyük güclərin xoşuna gəlmir. Azərbaycanın Qarabağdakı uğurları və vəziyyətin artıq yekun mərhələyə qədəm qoyması fonunda Qərbdə Azərbaycana qarşı qısqanclıq meyilləri yaradıb.

Buna görə də Azərbaycana qarşı fərqli təzyiq rıçaqları və resursları işə salınıb. Bir tərəfdən bəzi Qərb dövlətləri Ermənistana açıq şəkildə dəstək verir, digər tərəfdən ölkəmizdəki anti-milli qüvvələrdən istifadə edərək Azərbaycana qarşı “sanksiya” tələb edir, hətta mövzunu BMT səviyyəsində qaldırmağa cəhd göstərirlər.

Göründüyü kimi, Qubad İbadoğlu barədə “Vaşinqton Post” qəzetinin əl-ayağa düşməsi də bu çirkin oyunun tərkib hissəsidir.

Lakin, həm ABŞ, həm də bəzi Avropa dölətləri bir məsələni unudurlar ki, artıq dövr dəyişib. Azərbaycanla hədə dilində danışmağın vaxtı keçib...

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Filmlər gerçəkmiş: Ucqar kənddə tapılan vampir məzarları alimləri şoka saldı - FOTO

Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi -VİDEO

Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi -VİDEO

Bakıda gecə klubunda baş verən yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Bakıda gecə klubunda baş verən yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Gənclikdəki Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi MƏHDUDLAŞDIRILDI

Gənclikdəki Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi MƏHDUDLAŞDIRILDI

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Restoranların sobada toyuğa çəkdiyi o “gizli sous”

Uşağa avtomobil verməyin cəzası var – Valideynlərə XƏBƏRDARLIQ

Uşağa avtomobil verməyin cəzası var – Valideynlərə XƏBƏRDARLIQ

Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?

Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?

"Azəripək" "Azərxalça"ya birləşdirildi – FƏRMAN

"Azəripək" "Azərxalça"ya birləşdirildi – FƏRMAN

Formula 1-lə bağlı viza prosedurları sadələşdirilir – SƏRƏNCAM

Formula 1-lə bağlı viza prosedurları sadələşdirilir – SƏRƏNCAM

Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən PROTEST VERDİ

Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən PROTEST VERDİ

“Toyota Camry”nin piyada keçidində vurub öldürdüyü Samirin FOTOSU

“Toyota Camry”nin piyada keçidində vurub öldürdüyü Samirin FOTOSU

Kilosu 100 manata olan “At əti” — Bazara nə vaxt açıq şəkildə çıxarıla bilər?

Kilosu 100 manata olan “At əti” — Bazara nə vaxt açıq şəkildə çıxarıla bilər?

Növbəti üç gün ərzində temperatur kəskin enəcək – XƏBƏRDARLIQ

Növbəti üç gün ərzində temperatur kəskin enəcək – XƏBƏRDARLIQ

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Bu şəhid övladları tələbə oldular- Adlar

Bu şəhid övladları tələbə oldular- Adlar

Zelenski İlham Əliyevə təşəkkür etdi – FOTO

Zelenski İlham Əliyevə təşəkkür etdi – FOTO

İkinci dəfə ata oldu

İkinci dəfə ata oldu

Azərbaycanda nikahdankənar doğulan uşaqların SAYI AÇIQLANDI

Azərbaycanda nikahdankənar doğulan uşaqların SAYI AÇIQLANDI

9-dan 6-ya işləmək dəyişə bilər, bəs 40 saat?– Nazirlikdən CAVAB

9-dan 6-ya işləmək dəyişə bilər, bəs 40 saat?– Nazirlikdən CAVAB

Xəstəxanalarda növbələr onlayn olacaq - Sistem hansı tibb müəssisələrində tətbiq edilir?

Xəstəxanalarda növbələr onlayn olacaq - Sistem hansı tibb müəssisələrində tətbiq edilir?

“Matroskin” dondurmasında uyğunsuzluq aşkarlandı – FOTO

“Matroskin” dondurmasında uyğunsuzluq aşkarlandı – FOTO

Xuraman Şuşalı 10 kiloqram arıqladı –Video

Xuraman Şuşalı 10 kiloqram arıqladı –Video

End of content

No more pages to load

RADİO