İlham Əliyev: “Biz öz vəzifəmizi tamamlamışıq, əraziləri azad etmişik”

“Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki, işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindeni qəbul edərkən deyib.

 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul etdi - FOTO


Onun sözlərinə görə, həqiqətən də işlərin miqyası böyük olacaq:

“Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq.

Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər.

Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq.

Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik”.

Azərbaycan prezidenti qeyd edib ki, rəsmi Bakı BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra edib:

“Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

6-cı övladları motosikletlə xəstəxanaya çatdıqdan sonra dünyaya gəldi - VİDEO

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

Bu BÜRCLƏR fasilə verib istirahət etməlidir

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

Türkiyə-Azərbaycan Universitetinə İLK REKTOR təyin edildi

Türkiyə-Azərbaycan Universitetinə İLK REKTOR təyin edildi

Xaçmazda 86 il əvvəl tikilmiş qəzalı bina yenilənir - FOTO

Xaçmazda 86 il əvvəl tikilmiş qəzalı bina yenilənir - FOTO

Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO

Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO

Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

Bakıda 35 milyonluq park salınır

Bakıda 35 milyonluq park salınır

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı – FOTO

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola saldı – FOTO

Şəhid övladı VƏFAT ETDİ

Şəhid övladı VƏFAT ETDİ

Bakıdan Parisə ETİRAZ: "Fransanın məhkəmə sistemimizə müdaxiləsi qəbuledilməzdir"

Bakıdan Parisə ETİRAZ: "Fransanın məhkəmə sistemimizə müdaxiləsi qəbuledilməzdir"

Tiktoker "Murad Sadə" həbs edildi

Tiktoker "Murad Sadə" həbs edildi

Əraqçi Kallasla danışarkən: “Xəzərdəki gəmi hücumuna reaksiya verin!”

Əraqçi Kallasla danışarkən: “Xəzərdəki gəmi hücumuna reaksiya verin!”

Moskvada rusiyalı milyarder HƏBS EDİLDİ

Moskvada rusiyalı milyarder HƏBS EDİLDİ

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi – İcra başçısı yerində tanış oldu - FOTO

“Telegram"da bu elanlara daxil olanların pulları oğurlandı - Kiberpolisdən əməliyyat - VİDEO

“Telegram"da bu elanlara daxil olanların pulları oğurlandı - Kiberpolisdən əməliyyat - VİDEO

Sabah Bakının bu ərazilərində qaz kəsiləcək

Sabah Bakının bu ərazilərində qaz kəsiləcək

İranın ABŞ bazalarına ballistik raketlə hücum etdiyi ANLAR - VİDEO

İranın ABŞ bazalarına ballistik raketlə hücum etdiyi ANLAR - VİDEO

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Bakıda dələduzluq edib qaçan şəxs Ukraynadan ekstradisiya olunur

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Livan Prezidenti Türkiyədə səfərdədir - FOTO/VİDEO

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

“Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

Yevlaxda 12 yaşlı qızın bədəninə armatur batdı

End of content

No more pages to load

RADİO