Əli Əsədov Özbəkistanın Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

İyulun 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovla görüşüb.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən xəbərə görə, əvvəlcə hökumət başçılarının keçirdikləri təkbətək danışıqlarda ikitərəfli gündəliyə daxil olan aktual məsələlər müzakirə edilib. Sonra baş nazirlərin görüşü iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Görüş zamanı qeyd olunub ki, iki ölkə arasında ikitərəfli əlaqələrin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub.
Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Özbəkistanda tədbirlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ifadə olunub. Məmnunluq hissi ilə vurğulanıb ki, bu gün dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin birgə səyləri sayəsində Azərbaycan-Özbəkistan əlaqələri hərtərəfli inkişaf edən strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Tərəflər bildiriblər ki, Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər.

Ə.Əsədov Özbəkistana cari ildə Türk Dövlətləri Təşkilatında bu ölkənin sədrliyi dövründə uğurlar diləyib.

Qeyd olunub ki, dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər və daimi təmaslar ikitərəfli əlaqələrin möhkəmlənməsində əsas rol oynayır. Bu kontekstdə ötən il çox məhsuldar olub. Azərbaycan Prezidenti üç dəfə Özbəkistana səfər edib.

“Sanballı sənədlər paketinin imzalanması ilə əlamətdar olan dövlət səfəri daha mühüm olub. Dövlət başçıları tərəfindən imzalanan strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib”, -deyə Ə.Əsədov qeyd edib.

Həmçinin Prezident Şavkat Mirziyoyevin cari ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin əhəmiyyəti qeyd olunub.
Hazırda hökumətlərin xətti ilə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinə hazırlıq işləri tam sürətlə davam edir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı üzrə aparılan irimiqyaslı işlər haqqında ətraflı məlumat verilib. Bu kontekstdə Özbəkistan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində 960 şagird yerlik məktəbin tikintisi üzrə təşəbbüsünə görə minnətdarlıq ifadə olunub.

Tərəflər Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığa dair Birgə Hökumətlərarası komissiyanın iyulun 18-də Şuşada keçirilən iclasının əhəmiyyətini qeyd ediblər. Onlar ümidvar olduqlarını bildiriblər ki, iclasın yekunlarına dair əldə olunan qərarlar Azərbaycan-Özbəkistan qarşılılıqlı faydalı əməkdaşlığının möhkəmlənməsinə kömək edəcək.

Hökumət başçıları,, həmçinin iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığı yüksək qiymətləndirib, 2022-ci ilin yekunlarına dair təxminən 64 faiz artan əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasından məmnunluq ifadə ediblər.
Tərəflər investisiya qarşılıqlı fəaliyyətinin yaxşı dinamikasını vurğulayıb və dünən Şuşada Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması ilə bağlı təsis sənədlərinin imzalanmasının əhəmiyyətini qeyd ediblər. Birgə İnvestisiya Fondunun yaradılması investisiya əməkdaşlığının möhkəmlənməsi üçün əlavə stimul kimi qiymətləndirilib.

Özbəkistan tərəfinə Azərbaycanda olan əlverişli investisiya mühiti barədə məlumat verilib.

Hökumət başçıları nəqliyyat-tranzit sahəsində əməkdaşlığın perspektivlərini müsbət qiymətləndiriblər. Ötən il iki ölkə arasında yükdaşımaların ümumi həcmi 65 faizdən də çox artıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) əhəmiyyəti xüsusi qeyd olunub.

Tərəflər, həmçinin sənaye kooperasiyasını, pambıqçılıq və ipəkçilik sahələrində əməkdaşlığın inkişafının müsbət olduğunu qeyd ediblər. Energetika sahəsində fəal qarşılıqlı fəaliyyətin olduğu vurğulanıb. Ötən il Azərbaycan v Özbəkistan arasında energetika sektorunda əməkdaşlığa dair yol xəritəsi imzalanıb.

Baş nazirlər, həmçinin bərpa olunan enerji mənbələri sahəsində yaxşı imkanlar yarandığını bildirib, habelə kənd təsərrüfatı, mədəni-humanitar, təhsil, səhiyyə və digər sahələrdə məhsuldar əməkdaşlıqdan məmnunluq ifadə ediblər.
Sonra Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov çıxış ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xırdalanda gəlin qayınanasını döydü — Səbəb

Xırdalanda gəlin qayınanasını döydü — Səbəb

Lukaşenko: "Sizin fədakarlığınız heyranlıq doğurur"

Lukaşenko: "Sizin fədakarlığınız heyranlıq doğurur"

Göygöldə iki avtomobil toqquşdu - Ölən var

Göygöldə iki avtomobil toqquşdu - Ölən var

Anar Bayramov Cəlilabad RMX-ə baş həkim TƏYİN ETDİ

Anar Bayramov Cəlilabad RMX-ə baş həkim TƏYİN ETDİ

Vladimir Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ

Vladimir Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ

Novxanıda avtomobil marketə çırpıldı – VİDEO

Novxanıda avtomobil marketə çırpıldı – VİDEO

Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq - FOTO

Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq - FOTO

Ermənistan MN-dən hərbçinin ölümü ilə bağlı açıqlama: “Orduya aidiyyatı yoxdur”

Ermənistan MN-dən hərbçinin ölümü ilə bağlı açıqlama: “Orduya aidiyyatı yoxdur”

Bu yağları alarkən diqqətli olun: Təhlükəli maddələr aşkarlandı

Bu yağları alarkən diqqətli olun: Təhlükəli maddələr aşkarlandı

Elgiz Əkbər bu verilişlə qayıdır – VİDEO

Elgiz Əkbər bu verilişlə qayıdır – VİDEO

Gədəbəydə qətl: 51 yaşlı kişi həmkəndlisini öldürdü

Gədəbəydə qətl: 51 yaşlı kişi həmkəndlisini öldürdü

Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı

Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı

İrandan növbəti HƏDƏ: "Sərhədi keçsəniz, bazalarınız vurulacaq"

İrandan növbəti HƏDƏ: "Sərhədi keçsəniz, bazalarınız vurulacaq"

Lənkəranda qadın keçmiş ərini telefonla döydü - Uşağa görə...

Lənkəranda qadın keçmiş ərini telefonla döydü - Uşağa görə...

Azərbaycanda təbii artım və doğum əmsalları aşağı düşdü - RƏQƏMLƏR

Azərbaycanda təbii artım və doğum əmsalları aşağı düşdü - RƏQƏMLƏR

Arzuolunmaz İran səfiri Livandan yaşayış icazəsi istədi

Arzuolunmaz İran səfiri Livandan yaşayış icazəsi istədi

“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu

“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu

Ailə baxa bilmir, müəssisəyə də yerləşdirilmir - Yaşlı insanlar kimə etibar edilməlidir?

Ailə baxa bilmir, müəssisəyə də yerləşdirilmir - Yaşlı insanlar kimə etibar edilməlidir?

İran Hörmüz boğazı ilə bağlı şərtlərini AÇIQLADI

İran Hörmüz boğazı ilə bağlı şərtlərini AÇIQLADI

Arəstə Baxışovanın övladı xarici universitetlərdə təhsil almaq şansı QAZANDI

Arəstə Baxışovanın övladı xarici universitetlərdə təhsil almaq şansı QAZANDI

Tramp Hörmüz boğazının minalardan tam təmizləndiyini ELAN ETDİ

Tramp Hörmüz boğazının minalardan tam təmizləndiyini ELAN ETDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük GÖNDƏRİLDİ

Elxan Mütəllimova DOST Agentliyində yüksək vəzifə verildi

Elxan Mütəllimova DOST Agentliyində yüksək vəzifə verildi

Erməni hərbçi evində asılmış vəziyyətdə tapıldı

Erməni hərbçi evində asılmış vəziyyətdə tapıldı

End of content

No more pages to load

RADİO