İraq Kürdüstan Regionunun başçısı Heydər Əliyev Mərkəzi ilə tanış olub - FOTO 

Azərbaycana işgüzar səfəri çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Heydər Əliyev Mərkəzi ilə tanış olub. 

Bizim.Media xəbər verir ki, Mərkəzin direktorunun birinci müavini Fərqan Novruzov qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib. 

Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir. 

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Mərkəzdəki muzeydə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsindəki avtomobillərlə tanış olub. 

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi qonaqda böyük maraq doğurub. 

Neçirvan Bərzani “Azərbaycan inciləri” sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir.

Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər. 
“Mini Azərbaycan” sərgisi ilə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələrinin və bir sıra müasir binaların maketləri nümayiş etdirilir. 

Qonaq “Azərbaycan xalçası - ilmələrin rəqsi” adlı kolleksiya ilə də tanış olub. Həmçinin qonağa “Heydər Əliyev–100” instalyasiyası barədə məlumat verilib. 

Heydər Əliyev Mərkəzinin Auditorium zalı ilə tanış olan qonağa məlumat verilib ki, burada müxtəlif tədbirlər - konfranslar, simpoziumlar, forumlar keçirilir, konsertlər təşkil olunur. 
Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayını AÇIQLADI

Pentaqon İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayını AÇIQLADI

Xırdalanda gəlin qayınanasını döydü — Səbəb

Xırdalanda gəlin qayınanasını döydü — Səbəb

Lukaşenko: "Sizin fədakarlığınız heyranlıq doğurur"

Lukaşenko: "Sizin fədakarlığınız heyranlıq doğurur"

Göygöldə iki avtomobil toqquşdu - Ölən var

Göygöldə iki avtomobil toqquşdu - Ölən var

Anar Bayramov Cəlilabad RMX-ə baş həkim TƏYİN ETDİ

Anar Bayramov Cəlilabad RMX-ə baş həkim TƏYİN ETDİ

Vladimir Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ

Vladimir Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ

Novxanıda avtomobil marketə çırpıldı – VİDEO

Novxanıda avtomobil marketə çırpıldı – VİDEO

Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq - FOTO

Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq - FOTO

Ermənistan MN-dən hərbçinin ölümü ilə bağlı açıqlama: “Orduya aidiyyatı yoxdur”

Ermənistan MN-dən hərbçinin ölümü ilə bağlı açıqlama: “Orduya aidiyyatı yoxdur”

Bu yağları alarkən diqqətli olun: Təhlükəli maddələr aşkarlandı

Bu yağları alarkən diqqətli olun: Təhlükəli maddələr aşkarlandı

Elgiz Əkbər bu verilişlə qayıdır – VİDEO

Elgiz Əkbər bu verilişlə qayıdır – VİDEO

Gədəbəydə qətl: 51 yaşlı kişi həmkəndlisini öldürdü

Gədəbəydə qətl: 51 yaşlı kişi həmkəndlisini öldürdü

Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı

Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı

İrandan növbəti HƏDƏ: "Sərhədi keçsəniz, bazalarınız vurulacaq"

İrandan növbəti HƏDƏ: "Sərhədi keçsəniz, bazalarınız vurulacaq"

Lənkəranda qadın keçmiş ərini telefonla döydü - Uşağa görə...

Lənkəranda qadın keçmiş ərini telefonla döydü - Uşağa görə...

Azərbaycanda təbii artım və doğum əmsalları aşağı düşdü - RƏQƏMLƏR

Azərbaycanda təbii artım və doğum əmsalları aşağı düşdü - RƏQƏMLƏR

Arzuolunmaz İran səfiri Livandan yaşayış icazəsi istədi

Arzuolunmaz İran səfiri Livandan yaşayış icazəsi istədi

“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu

“Qarabağ” daha 2 futbolçu alır – Razılıq əldə olundu

Ailə baxa bilmir, müəssisəyə də yerləşdirilmir - Yaşlı insanlar kimə etibar edilməlidir?

Ailə baxa bilmir, müəssisəyə də yerləşdirilmir - Yaşlı insanlar kimə etibar edilməlidir?

İran Hörmüz boğazı ilə bağlı şərtlərini AÇIQLADI

İran Hörmüz boğazı ilə bağlı şərtlərini AÇIQLADI

Arəstə Baxışovanın övladı xarici universitetlərdə təhsil almaq şansı QAZANDI

Arəstə Baxışovanın övladı xarici universitetlərdə təhsil almaq şansı QAZANDI

Tramp Hörmüz boğazının minalardan tam təmizləndiyini ELAN ETDİ

Tramp Hörmüz boğazının minalardan tam təmizləndiyini ELAN ETDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük GÖNDƏRİLDİ

Elxan Mütəllimova DOST Agentliyində yüksək vəzifə verildi

Elxan Mütəllimova DOST Agentliyində yüksək vəzifə verildi

End of content

No more pages to load

RADİO