Nazirdən əsir götürülən hərbçilərimizlə bağlı mühüm AÇIQLAMA

"Hesab edirik ki, Ermənistanın hərbçilərimizi saxlaması əldə olunmuş razılaşmaya uyğun olaraq, etimad quruculuğuna növbəti bir zərbədir". 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. 

Nazir hərbçilərin Ermənistan-Azərbaycan sərhədini çətin hava şəraiti səbəbindən keçdiklərini diqqətə çatdıraraq, məsələnin həm ikitərəfli, həm də digər görüşlərdə müzakirə edildiyini qeyd edib. 

“Ermənistan tərəfindən həmin hərbçilər saxlanılaraq onlara cinayət işi açılıb. Hansı ki biri ilə bağlı artıq hökm oxunub: 11 il yarımlıq məhbusluğu barədə qərar qəbul olunub. İlk növbədə onu qeyd etmək istəyirəm ki, Ermənistan tərəfi ilə ikitərəfli görüşlər zamanı, eyni zamanda, beynəlxalq vasitəçilər, həmçinin digər dövlətlərin nümayəndələri ilə görüşlər zamanı biz hər kəsin bu məsələyə diqqətini cəlb etdik.

Bu hadisənin tamamilə bundan əvvəlki razılaşmaların pozuntusu kimi qəbul edilməsini və Ermənistana bu istiqamətdə təsir edilməsinin vacibliyini gündəmə gətirdik.

Çünki bildiyiniz kimi, son müddət ərzində iki ölkə arasında belə bir razılaşma var idi ki, sərhəd xəttini səhvən keçən hərbçilərin geri qaytarılması vacibdir və bu, tərəflər arasında bir etimad quruculuğu tədbiri kimi dəyərləndirilə bilər.
Və məhz bu razılaşmanın nəticəsi olaraq, Azərbaycan tərəfi ümumilikdə 10-dan artıq erməni hərbçisini və mülki şəxsini geri qaytarmışdır. Bu, hesab edirik ki, Ermənistan tərəfindən atılan addım əldə olunmuş razılaşmaya uyğun olaraq, etimad quruculuğuna növbəti bir zərbədir. Hesab edirik ki, bu çox yanlış inkişafdır, çox təhlükəli inkişafdır. Və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir siqaret ömürdən nə qədər aparır? - Alimlər rəqəmi açıqladı

Bir siqaret ömürdən nə qədər aparır? - Alimlər rəqəmi açıqladı

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Hövsanda hər yay eyni KABUS – Dəfələrlə təmir olunan elektrik niyə dayanıqlı deyil?

Hövsanda hər yay eyni KABUS – Dəfələrlə təmir olunan elektrik niyə dayanıqlı deyil?

Bülbüloğlunun yeni xanımı tanınmış rəqqasə imiş – Foto

Bülbüloğlunun yeni xanımı tanınmış rəqqasə imiş – Foto

Binəqədidə güclü yanğın – Ölən var – VİDEO

Binəqədidə güclü yanğın – Ölən var – VİDEO

“Bizim immiqrantlara ehtiyacımız var”

“Bizim immiqrantlara ehtiyacımız var”

Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB

Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB

Netanyahudan sərt addım:Qüdsdə təxliyə başladı

Netanyahudan sərt addım:Qüdsdə təxliyə başladı

Bu universitetdə erməni dili tədris ediləcək – RƏSMİ

Bu universitetdə erməni dili tədris ediləcək – RƏSMİ

Pakistanda xəstəxana yandı - 15 körpə həyatını itirdi

Pakistanda xəstəxana yandı - 15 körpə həyatını itirdi

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ukrayna "Wildberries"in daha bir logistika mərkəzini vurdu – VİDEO

Ukrayna "Wildberries"in daha bir logistika mərkəzini vurdu – VİDEO

Avtomobil nəhənglərindən vida qərarı: 11 məşhur modelin istehsalı tamamilə dayandırılır – SİYAHI

Avtomobil nəhənglərindən vida qərarı: 11 məşhur modelin istehsalı tamamilə dayandırılır – SİYAHI

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Aftandil İsrafilovun villası satışa çıxarıldı - Fantastik məbləğ

Aftandil İsrafilovun villası satışa çıxarıldı - Fantastik məbləğ

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

ABŞ immiqrasiya vizaları üçün müraciətlərə baxılmasını DAYANDIRDI

ABŞ immiqrasiya vizaları üçün müraciətlərə baxılmasını DAYANDIRDI

Payız gəlir, qiymətlər dəyişir - Süfrəmizdə ucuzluq, yoxsa bahalaşma olacaq?

Payız gəlir, qiymətlər dəyişir - Süfrəmizdə ucuzluq, yoxsa bahalaşma olacaq?

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın – Fotosu

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın – Fotosu

610 bal topladı, universitetə qəbul olmadı

610 bal topladı, universitetə qəbul olmadı

Temperatur 8 dərəcə enəcək – Güclü külək, yağış... – XƏBƏRDARLIQ

Temperatur 8 dərəcə enəcək – Güclü külək, yağış... – XƏBƏRDARLIQ

80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir

80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir

“Sabah”ın ilk potensial rəqibləri bilindi: dünya nəhəngi… – FOTO

“Sabah”ın ilk potensial rəqibləri bilindi: dünya nəhəngi… – FOTO

Köçəryanın oğlu həbs olundu

Köçəryanın oğlu həbs olundu

End of content

No more pages to load

RADİO