Payız gəlir, qiymətlər dəyişir - Süfrəmizdə ucuzluq, yoxsa bahalaşma olacaq?

Artıq avqustun son həftəsindəyik. Payızın gəlişi ilə yeni növdə meyvə və tərəvəzlərin yığımı başlayır, bu da bazarlardakı çeşidləri  dəyişir. Mövsümlə əlaqədar bəzi yerli məhsulların qiymətində ucuzlaşma gözlənilsə də, mövsümü bitən məhsullarda bahalaşma baş verəcək. Bir tərəfdən, heyvandarlıq sektorundakı tənzimləmələrin də qiymətlərə  necə təsir edəcəyi maraqlıdır.

Bizim.Media mövzuyla əlaqədar iqtisadçı Elçin Rəşidovun fikirlərini öyrənib.

O ilk olaraq, payızda satışa çıxarılacaq  kənd təsərrüfatı məhsullarından və qiymətlərindən danışıb:

"Payız mövsümünün gəlişi ilə daxili bazarda bir sıra meyvə və tərəvəz növlərinin bolluğu gözlənilir. Üzümün bəzi növləri iyul və avqust aylarında yetişsə də, yerli sortların böyük əksəriyyəti, eləcə də bir çox digər meyvələr məhz sentyabr ayında toplanır.

Mövsümi ardıcıllığa uyğun olaraq, ilk nar sentyabrda bazara çıxır və satışı qış dövrünə qədər davam edir. Oktyabrda feyxoa və kivi, noyabrda isə heyva və xurma yığımına başlanılır. Oktyabr məhsullarının satışı noyabr, hətta dekabr aylarınadək sürür.

Havanın soyumasıyla başlaması ilə yerkökü, çuğundur və  balqabaq kimi tərəvəzlər də yetişir. Kartof və soğana gəldikdə, Cəlilabadda əkilən erkən kartof apreldə, digər bəzi sortlar avqustda toplansa da, dağlıq ərazilərdə əkilən dəmyə kartof və soğan sentyabrda bazara çıxarılır. Eyni zamanda kələm, gül kələmi və brokkoli kimi tərəvəzlər də bu dövrdə bollaşır".

"Bəzi tərəvəzlər ucuzlaşacaq, bəziləri isə bahalaşacaq".

"Təklifin artması hesabına sentyabrın ilk həftələrindən etibarən üzüm, alma, armud və mövsümi tərəvəzlərin qiymətində ucuzlaşma müşahidə olunacaq. Bu, hər il təkrar olunan təbii mövsümi tendensiyadır. Lakin məhsulun bazara çıxması avtomatik olaraq bütün qiymətlərin düşməsi anlamına gəlmir. İxrac potensialı yüksək olan məhsulların böyük hissəsi xarici bazarlara yönəldildiyi üçün onların daxili qiymətlərində kəskin enmə baş verməyə bilər.

Eyni zamanda, yay mövsümünə aid bostan məhsulları, eləcə də şaftalı və gavalı kimi meyvələr artıq tükəndiyi üçün onların qiyməti yüksələcək.  Pomidor, xiyar və bibər kimi tərəvəzlərin də istehsalı azaldıqca qiymətlərində artım olacaq".

Elçin Rəşidov təkcə meyvə-tərəvəz yox, heyvandarlıq məhsullarının qiymətlərində gözlənilən dəyişikliklərdən də danışıb:

"Yumurta istehsalı yazda pik həddə çatır, yayda azalır, payızda isə yenidən bir qədər bərpa olunur. Bu səbəbdən payız aylarında heyvandarlıq məhsullarının qiymətində ya sabitləşmə, ya da cüzi azalma olacağı ehtimal edilir",-deyə müsahibimiz qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Hövsanda hər yay eyni KABUS – Dəfələrlə təmir olunan elektrik niyə dayanıqlı deyil?

Hövsanda hər yay eyni KABUS – Dəfələrlə təmir olunan elektrik niyə dayanıqlı deyil?

Bülbüloğlunun yeni xanımı tanınmış rəqqasə imiş – Foto

Bülbüloğlunun yeni xanımı tanınmış rəqqasə imiş – Foto

Binəqədidə güclü yanğın – Ölən var – VİDEO

Binəqədidə güclü yanğın – Ölən var – VİDEO

“Bizim immiqrantlara ehtiyacımız var”

“Bizim immiqrantlara ehtiyacımız var”

Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB

Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB

Netanyahudan sərt addım:Qüdsdə təxliyə başladı

Netanyahudan sərt addım:Qüdsdə təxliyə başladı

Bu universitetdə erməni dili tədris ediləcək – RƏSMİ

Bu universitetdə erməni dili tədris ediləcək – RƏSMİ

Pakistanda xəstəxana yandı - 15 körpə həyatını itirdi

Pakistanda xəstəxana yandı - 15 körpə həyatını itirdi

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ukrayna "Wildberries"in daha bir logistika mərkəzini vurdu – VİDEO

Ukrayna "Wildberries"in daha bir logistika mərkəzini vurdu – VİDEO

Avtomobil nəhənglərindən vida qərarı: 11 məşhur modelin istehsalı tamamilə dayandırılır – SİYAHI

Avtomobil nəhənglərindən vida qərarı: 11 məşhur modelin istehsalı tamamilə dayandırılır – SİYAHI

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Aftandil İsrafilovun villası satışa çıxarıldı - Fantastik məbləğ

Aftandil İsrafilovun villası satışa çıxarıldı - Fantastik məbləğ

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

ABŞ immiqrasiya vizaları üçün müraciətlərə baxılmasını DAYANDIRDI

ABŞ immiqrasiya vizaları üçün müraciətlərə baxılmasını DAYANDIRDI

Payız gəlir, qiymətlər dəyişir - Süfrəmizdə ucuzluq, yoxsa bahalaşma olacaq?

Payız gəlir, qiymətlər dəyişir - Süfrəmizdə ucuzluq, yoxsa bahalaşma olacaq?

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın – Fotosu

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın – Fotosu

610 bal topladı, universitetə qəbul olmadı

610 bal topladı, universitetə qəbul olmadı

Temperatur 8 dərəcə enəcək – Güclü külək, yağış... – XƏBƏRDARLIQ

Temperatur 8 dərəcə enəcək – Güclü külək, yağış... – XƏBƏRDARLIQ

80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir

80 yaşlı əfsanə vəfat etdi – ölkədə bayraqlar bir həftə yarıya endirilir

“Sabah”ın ilk potensial rəqibləri bilindi: dünya nəhəngi… – FOTO

“Sabah”ın ilk potensial rəqibləri bilindi: dünya nəhəngi… – FOTO

Köçəryanın oğlu həbs olundu

Köçəryanın oğlu həbs olundu

Dövlət qurumlarında işə düzəlmək üçün mütləq DİM-də imtahan vermək lazımdır? - AÇIQLAMA

Dövlət qurumlarında işə düzəlmək üçün mütləq DİM-də imtahan vermək lazımdır? - AÇIQLAMA

End of content

No more pages to load

RADİO