İlham Əliyev Gürcüstan parlamentinin sədrini qəbul edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilini qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib və parlamentlərarası əlaqələr sahəsində səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu bildirib.

Prezident İlham Əliyev Şalva Papuaşvilinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakının əlaqələrimizin genişlənməsi baxımından önəmini qeyd edib.

Dövlətimizin başçısı özünün Gürcüstana səfərini, Gürcüstanın Baş nazirinin isə Azərbaycana səfərini məmnunluqla xatırladıb və bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar çox ətraflı müzakirələrin aparıldığını qeyd edib.

Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın və Gürcüstanın üzləşdiyi problemlərə toxundu, birgə layihələrin icrasının əhəmiyyətini vurğulayıb. Bu xüsusda ilk layihə kimi Bakı-Supsa neft boru kəmərinin reallaşdırıldığını diqqətə çatdırıb və bundan sonra digər layihələrin də uğurla həyata keçirildiyini deyib.

Bu gün ölkələrimizin bu layihələrin icrası sayəsində enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqları vurğulanıb. Həmçinin Orta Dəhliz vasitəsilə nəqliyyat imkanlarının artırılmasında Azərbaycanla Gürcüstanın əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Şalva Papuaşvili Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdən şərəf hissi keçirdiklərini bildirib. Qonaq Ümummilli Liderin Azərbaycanın hərtərəfli inkişafındakı rolunu vurğulayaraq, eyni zamanda, məhz onun rəhbərliyi ilə strateji layihələrin həyata keçirildiyini qeyd edib. Gürcüstan parlamentinin sədri vurğulayıb ki, vaxtilə Ulu Öndərin atdığı müdrik addımlar Azərbaycanın gələcəyi üçün böyük önəm daşıyır. O, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması işində şəxsən Azərbaycan Prezidentinin roluna görə minnətdarlığını bildirib.

Qonaq ölkələrimizin həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunub. Bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Qara dənizin dibi ilə elektrik xəttinin çəkilişi layihəsini, həmçinin Azərbaycanla olan tərəfdaşlarla birlikdə Qara dənizin dibi ilə sualtı fiber-optik kabel xətti kimi irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd edib.

Şalva Papuaşvili Azərbaycanın və xalqımızın Gürcüstan üçün çətin dövrlərdə ölkəsinin ərazi bütövlüyünü dəstəklədiyini yüksək qiymətləndirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı və…

Arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı və…

Makronun da adı Epşteyn sənədlərində hallandı: Fransa ayağa qalxdı

Makronun da adı Epşteyn sənədlərində hallandı: Fransa ayağa qalxdı

Gənc həmkarlarla inkişafa doğru” tədbiri keçirildi – FOTO

Gənc həmkarlarla inkişafa doğru” tədbiri keçirildi – FOTO

Baltalanan yeniyetmələrin qohumu: "Zərbədən qızın beyni dağılıb" – VİDEO

Baltalanan yeniyetmələrin qohumu: "Zərbədən qızın beyni dağılıb" – VİDEO

“Hər şeyi darmadağın etdilər” - Namiq Qaraçuxurlu - Video

“Hər şeyi darmadağın etdilər” - Namiq Qaraçuxurlu - Video

Ağsuda DAVA qanla bitdi – Saxlanılan var

Ağsuda DAVA qanla bitdi – Saxlanılan var

Trampdan qonaqlara: “Burada nifrət etdiyim o qədər adam var ki...”

Trampdan qonaqlara: “Burada nifrət etdiyim o qədər adam var ki...”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Ceffri Epşteyn işi: Sənədlər “insan əti yeyilməsi” iddialarını yenidən gündəmə gətirdi

Ceffri Epşteyn işi: Sənədlər “insan əti yeyilməsi” iddialarını yenidən gündəmə gətirdi

Lənkəranda 45 yaşlı kişi öz evində YANDI

Lənkəranda 45 yaşlı kişi öz evində YANDI

Mehriban Əliyeva: “Əminəm ki, Azərbaycan gəncləri öz uğurları ilə xalqımızı daim sevindirəcək” – FOTO

Mehriban Əliyeva: “Əminəm ki, Azərbaycan gəncləri öz uğurları ilə xalqımızı daim sevindirəcək” – FOTO

Fevralda neçə gün evdəyik?

Fevralda neçə gün evdəyik?

İlham Əliyevdən Gənclər Günü ilə bağlı PAYLAŞIM – FOTO

İlham Əliyevdən Gənclər Günü ilə bağlı PAYLAŞIM – FOTO

Bu gündən BU BÜRCLƏRİN həyatı dəyişir

Bu gündən BU BÜRCLƏRİN həyatı dəyişir

İctimai nəqliyyatda güzəştlər bu şəxslərə şamil ediləcək – Açıqlama

İctimai nəqliyyatda güzəştlər bu şəxslərə şamil ediləcək – Açıqlama

“Bitcoin”in qiyməti 75 min dollardan aşağı düşdü

“Bitcoin”in qiyməti 75 min dollardan aşağı düşdü

Bu çayları əsla almayın: Bir fincan çayda 15 plastik parça

Bu çayları əsla almayın: Bir fincan çayda 15 plastik parça

Yeni metro stansiyası olan yerlərdə mənzillər BAHALAŞACAQ - VİDEO

Yeni metro stansiyası olan yerlərdə mənzillər BAHALAŞACAQ - VİDEO

“Makler”lərin böyük yalanı ÜZƏ ÇIXDI: Görün necə aldadırmışlar... - FOTO

“Makler”lərin böyük yalanı ÜZƏ ÇIXDI: Görün necə aldadırmışlar... - FOTO

Qızıl kəskin UCUZLAŞDI - SON QİYMƏT

Qızıl kəskin UCUZLAŞDI - SON QİYMƏT

Almaniyada avtoyuma: həmyerlimizə elə şərtlər qoyuldu ki...

Almaniyada avtoyuma: həmyerlimizə elə şərtlər qoyuldu ki...

Dollarla bağlı HƏYƏCANLI XƏBƏR – Devalvasiya qapıda?

Dollarla bağlı HƏYƏCANLI XƏBƏR – Devalvasiya qapıda?

Məktəblərdə qış tətili BAŞA ÇATDI

Məktəblərdə qış tətili BAŞA ÇATDI

Bu gün Gənclər Günüdür

Bu gün Gənclər Günüdür

End of content

No more pages to load

RADİO