Şarl Mişel: “Sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır” - FOTO

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.

Bizim.Media xəbər verir ki, Şarl Mişel açıqlamasında deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Şarl Mişel əsir düşən iki hərbçimizin azad ediləcəyi ANONSUNU VERDİ


“Axşamınız xeyir, xanımlar və cənablar. Bu gün biz böyük məmnuniyyətlə Prezident Əliyevi və baş nazir Paşinyanı Brüsseldə təşkil olunmuş beşinci görüşdə qəbul etdik. Bizim fikir mübadiləmiz səmimi, açıq və nəticəyönümlü idi. Əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi. Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər.

Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır.
Sərhəd məsələlərində biz irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər.

Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.

Bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb.

Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.

Humanitar məsələlərə gəldikdə, qarşıdakı həftələr ərzində saxlanılan daha çox şəxslər azad ediləcəkdir. Öz tərəfimdən onu vurğuladım ki, sadəcə, yolunu azan və qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı anlaşmanın təmin olunması davam etdirilməlidir.

Biz, həmçinin itkin düşmüş şəxslərin taleyi ilə bağlı və minaların təmizlənməsi işinin sürətləndirilməsinin vacibliyinə dair müzakirələr apardıq.

Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar müzakirələri davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində həmin əhalinin hüquq və təhlükəsizliyinin təmin olunması ilə bağlı müsbət gündəliyin formalaşdırılmasına dəvət etdim.

Mən, həmçinin Bakının bu əhali ilə şəffaf və konstruktiv dialoq aparması zərurəti məsələsini qaldırdım. İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir.

Avropa İttifaqının gizli gündəliyi yoxdur. Bizim yeganə məqsədimiz Azərbaycana və Ermənistana əhatəli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə dəstək verməyə hazırıq.

Biz Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəldik. Liderlər növbəti dəfə Brüsseldə iyul ayında görüşəcəklər. Artıq bəyan etdiyimiz kimi, biz yenidən yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şolts ilə Kişinyovda keçiriləcək 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində görüşəcəyik.
Mən, həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində daha bir belə görüşə dəvət etmək niyyətindəyəm”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı və…

Arvadının telefonunda yad kişiyə aid fotoşəkil tapdı və…

Makronun da adı Epşteyn sənədlərində hallandı: Fransa ayağa qalxdı

Makronun da adı Epşteyn sənədlərində hallandı: Fransa ayağa qalxdı

Gənc həmkarlarla inkişafa doğru” tədbiri keçirildi – FOTO

Gənc həmkarlarla inkişafa doğru” tədbiri keçirildi – FOTO

Baltalanan yeniyetmələrin qohumu: "Zərbədən qızın beyni dağılıb" – VİDEO

Baltalanan yeniyetmələrin qohumu: "Zərbədən qızın beyni dağılıb" – VİDEO

“Hər şeyi darmadağın etdilər” - Namiq Qaraçuxurlu - Video

“Hər şeyi darmadağın etdilər” - Namiq Qaraçuxurlu - Video

Ağsuda DAVA qanla bitdi – Saxlanılan var

Ağsuda DAVA qanla bitdi – Saxlanılan var

Trampdan qonaqlara: “Burada nifrət etdiyim o qədər adam var ki...”

Trampdan qonaqlara: “Burada nifrət etdiyim o qədər adam var ki...”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Ceffri Epşteyn işi: Sənədlər “insan əti yeyilməsi” iddialarını yenidən gündəmə gətirdi

Ceffri Epşteyn işi: Sənədlər “insan əti yeyilməsi” iddialarını yenidən gündəmə gətirdi

Lənkəranda 45 yaşlı kişi öz evində YANDI

Lənkəranda 45 yaşlı kişi öz evində YANDI

Mehriban Əliyeva: “Əminəm ki, Azərbaycan gəncləri öz uğurları ilə xalqımızı daim sevindirəcək” – FOTO

Mehriban Əliyeva: “Əminəm ki, Azərbaycan gəncləri öz uğurları ilə xalqımızı daim sevindirəcək” – FOTO

Fevralda neçə gün evdəyik?

Fevralda neçə gün evdəyik?

İlham Əliyevdən Gənclər Günü ilə bağlı PAYLAŞIM – FOTO

İlham Əliyevdən Gənclər Günü ilə bağlı PAYLAŞIM – FOTO

Bu gündən BU BÜRCLƏRİN həyatı dəyişir

Bu gündən BU BÜRCLƏRİN həyatı dəyişir

İctimai nəqliyyatda güzəştlər bu şəxslərə şamil ediləcək – Açıqlama

İctimai nəqliyyatda güzəştlər bu şəxslərə şamil ediləcək – Açıqlama

“Bitcoin”in qiyməti 75 min dollardan aşağı düşdü

“Bitcoin”in qiyməti 75 min dollardan aşağı düşdü

Bu çayları əsla almayın: Bir fincan çayda 15 plastik parça

Bu çayları əsla almayın: Bir fincan çayda 15 plastik parça

Yeni metro stansiyası olan yerlərdə mənzillər BAHALAŞACAQ - VİDEO

Yeni metro stansiyası olan yerlərdə mənzillər BAHALAŞACAQ - VİDEO

“Makler”lərin böyük yalanı ÜZƏ ÇIXDI: Görün necə aldadırmışlar... - FOTO

“Makler”lərin böyük yalanı ÜZƏ ÇIXDI: Görün necə aldadırmışlar... - FOTO

Qızıl kəskin UCUZLAŞDI - SON QİYMƏT

Qızıl kəskin UCUZLAŞDI - SON QİYMƏT

Almaniyada avtoyuma: həmyerlimizə elə şərtlər qoyuldu ki...

Almaniyada avtoyuma: həmyerlimizə elə şərtlər qoyuldu ki...

Dollarla bağlı HƏYƏCANLI XƏBƏR – Devalvasiya qapıda?

Dollarla bağlı HƏYƏCANLI XƏBƏR – Devalvasiya qapıda?

Məktəblərdə qış tətili BAŞA ÇATDI

Məktəblərdə qış tətili BAŞA ÇATDI

Bu gün Gənclər Günüdür

Bu gün Gənclər Günüdür

End of content

No more pages to load

RADİO