Ombudsmanın Ermənistandan TƏLƏBİ: \"Əsgərlərimiz tez bir zamanda azad olunsun\"

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinin qanunsuz olaraq azadlıqdan məhrum edilmələrinə etiraz edib.

Ombudsman Aparatından Bizim.Media-ya verilən məlumatda qeyd edib ki, 2023-cü il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan Ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanda qurulmuş saxta “məhkəmə prosesi”ni və Aqşin Bəbirovun qanunsuz olaraq azadlıqdan məhrum edilməsini kəskin şəkildə pisləyirik.

İştirakçısı olduğu beynəlxalq sənədlərdə təsbit olunmuş normalara zidd olaraq azərbaycanlı hərbi qulluqçuları qəddarcasına işgəncələrə məruz qoyan Ermənistan indi də qondarma "məhkəmə prosesi" təşkil etməklə, beynəlxalq və prosessual normaları kobud şəkildə pozaraq onları qanunsuz olaraq azadlıqdan məhrum edib.

Daha əvvəl Ermənistanda hərbi qulluqçularımızın qanunsuz həbsi ilə əlaqədar tərəfimizdən beynəlxalq və regional təşkilatlara müraciət edilmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun qeyri-insani rəftara və zorakılığa məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotoların araşdırılması tələb olunmuş, bu məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlanmışdır.

Ermənistan tərəfindən keçirilmiş qondarma “məhkəmə prosesi”ndə verilmiş “qərarı” ədalətsiz hesab edir, azadlıq hüququnun kobud pozulmasına səbəb olan bu qərarın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu bildirir, əsgərlərimizin tez bir zamanda azad olunmasını tələb edirik.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bütün beynəlxalq ictimaiyyəti əsirlikdə olan hərbçilərimizin tezliklə azad edilməsi üçün Ermənistana ciddi təsir və təzyiq göstərilməsinə, beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn tədbirlərin görülməsinə dəvət edirəm.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

End of content

No more pages to load

RADİO