Sofiyada Azərbaycan qazının tədarükünə dair MEMORANDUM İMZALANDI - FOTO-VİDEO

Bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.

Mərasimdə həmçinin, Azərbaycan energetika naziri Pərviz Şahbazov, Bolqarıstan energetika naziri Rosen Xristov, Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniya energetika naziri Vircil Daniyel Popesku, Slovakiya iqtisadiyyat naziri Karel Hirman və “Bulgartransgas” şirkətinin icraçı direktoru Vladimir Malinov iştirak ediblər.

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Bolqarıstana səfər edib - FOTO/VİDEO


Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Xristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar.

Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir.

Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU

Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU

Ağ Ev: İranla heç bir danışıq aparılmır

Ağ Ev: İranla heç bir danışıq aparılmır

Dünyada ən çox yeyilən ət bəlli oldu

Dünyada ən çox yeyilən ət bəlli oldu

Rusiyalı müğənni Dima Bilanın nəvələri dünyaya gəlib - FOTO

Rusiyalı müğənni Dima Bilanın nəvələri dünyaya gəlib - FOTO

BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq - VİDEO

BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq - VİDEO

Sabah 3 rayonun bir hissəsi qazsız qalacaq

Sabah 3 rayonun bir hissəsi qazsız qalacaq

İspaniyada Tunc dövrünün məşhur xəzinəsi oğurlandı - FOTO

İspaniyada Tunc dövrünün məşhur xəzinəsi oğurlandı - FOTO

Bərdədə AĞIR QƏZA – Yaralılar var

Bərdədə AĞIR QƏZA – Yaralılar var

Bakıda saray kimi villa ŞOK qiymətə satışa çıxarıldı- FOTO

Bakıda saray kimi villa ŞOK qiymətə satışa çıxarıldı- FOTO

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi KƏSKİN AZALIB

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi KƏSKİN AZALIB

TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO

TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO

Milli Kibertəhlükəsizlik Agentliyində yeni- Təyinatlar

Milli Kibertəhlükəsizlik Agentliyində yeni- Təyinatlar

İctimai şəxslərin şəxsi həyatı niyə fəaliyyətlərindən daha çox maraq doğurur?

İctimai şəxslərin şəxsi həyatı niyə fəaliyyətlərindən daha çox maraq doğurur?

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Məşhur musiqi qrupu dağıldı

Məşhur musiqi qrupu dağıldı

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO