Bərdədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Meşəçilik adlanan ərazisində qeydə alınıb.
“Changan” markalı avtomobil idarəetmədən çıxaraq yaşayış evinə çırpılıb. Nəticədə üç nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır
Bizim.Media, Qarabağ bürosu