“Ermənistan bəyanatın icrasından boyun qaçırmaq istəsə nə olacaq?” - Prezidentdən CAVAB

Dövlət başçısı atəşkəs və üçtərəfli bəyanatın icrası ilə bağlı diqqəti Prezident Putinin cavabına yönəldib:

“Ona sual verildi ki, Ermənistan bu bəyanatın icrasından boyun qaçırmaq istəsə nə olacaq? O da dedi ki, bu, Ermənistan üçün sui-qəsd olacaqdır. Mən də bu məsələdə Prezident Putinlə tamamilə razıyam”.

İlham Əliyev deyib ki, bununla bağlı müəyyən narahatlıq var:

“Üç ölkənin - Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinləri arasında üçtərəfli görüşlər keçirilir. Artıq iki belə görüş olmuşdur. Üçüncü belə bir görüş Moskva şəhərində sabaha planlaşdırılmışdır. Ancaq mənə hələ də məruzə edilməyib ki, bu görüş Ermənistan tərəfindən təxirə salınıbmı.

 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev 4 dildə, 4 saatlıq mətbuat konfransı ilə dünya rekordun qırdı - Türkiyə mətbuatı


Yəni bu, təxirə salınsa da, anlaşılan olacaqdır. Ancaq yenə də bu, Ermənistanda gələcəkdə baş verəcək hadisələrdən, oradakı siyasi mübarizənin nəticələrindən asılı olacaqdır. Amma bu, bizim planlarımıza təsir edə bilməz.

“Artıq bizim regionun gələcəyi ilə bağlı aydın fikrimiz var. Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvürümüz var. Ona görə də Ermənistan burada hər hansı bir mənfi addım atmağa cəhd etməməlidir.

 

Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir. Azərbaycan bu regionun tərkib hissəsi olmuşdur, hər zaman uğurlu əməkdaşlığın nümunəsi olmuşdur”.


Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları mövcuddur.

Bununla yanaşı, Türkiyə-İran-Rusiya arasında əməkdaşlıq formatı da var. Ermənistan yeganə ölkədir ki, onlarda belə bir əməkdaşlıq formatı mövcud deyil.

Yəni biz, bu regionun məsuliyyətli ölkəsiyik. Müəyyən geriləmələr, müəyyən təxirə salınmış tədbirlər ola bilər.

Ancaq ümumiyyətlə, mən hesab edirəm ki, Ermənistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan buna böyük mənada təsir edə bilməz və etməməlidir də”,- deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ərə getdiklərim evə çörək almırdı, qalsın ki, mənə maşın alsınlar"

"Ərə getdiklərim evə çörək almırdı, qalsın ki, mənə maşın alsınlar"

Bakıda su xəttində qəza: Maşınlar suyun altında qaldı – VİDEO

Bakıda su xəttində qəza: Maşınlar suyun altında qaldı – VİDEO

Ölkə üzrə pensiyalar nə vaxt ödəniləcək?

Ölkə üzrə pensiyalar nə vaxt ödəniləcək?

Elvin Cəfərquliyev: “Paltardəyişmə otağında uşaqlarla danışdıq ki...”

Elvin Cəfərquliyev: “Paltardəyişmə otağında uşaqlarla danışdıq ki...”

Dahilərin əksəriyyətində bu xəstəlik VAR - Niyə qadınlarda özünü fərqli büruzə verir?

Dahilərin əksəriyyətində bu xəstəlik VAR - Niyə qadınlarda özünü fərqli büruzə verir?

Dünyəvi məktəb mühiti: “Valideyn belə uşaqların hüquqlarını məhdudlaşdıra bilməz”

Dünyəvi məktəb mühiti: “Valideyn belə uşaqların hüquqlarını məhdudlaşdıra bilməz”

Ərzaq bazarında yoxlama: Sahibkar cəzalandırıldı – FOTO/VİDEO

Ərzaq bazarında yoxlama: Sahibkar cəzalandırıldı – FOTO/VİDEO

Avropa Liqası: "Fənərbağça" İngiltərə klubunu qəbul edəcək

Avropa Liqası: "Fənərbağça" İngiltərə klubunu qəbul edəcək

Yaşayış binası çökdü - 6 ölü, 12 yaralı var – VİDEO

Yaşayış binası çökdü - 6 ölü, 12 yaralı var – VİDEO

Ərəstun Orucluya HÖKM OXUNDU

Ərəstun Orucluya HÖKM OXUNDU

Alman gənc ailəsi ilə mübahisə edib “səyahət”ə çıxdı - Qazaxda həbs olundu

Alman gənc ailəsi ilə mübahisə edib “səyahət”ə çıxdı - Qazaxda həbs olundu

“Azərsilah"ın zavodunda qəza - Xəsarət alan varmı?

“Azərsilah"ın zavodunda qəza - Xəsarət alan varmı?

Sankt-Peterburqda Azərbaycan vətəndaşlarına daha bir QADAĞA QOYULDU

Sankt-Peterburqda Azərbaycan vətəndaşlarına daha bir QADAĞA QOYULDU

Nənəsinin qarajından 653 min dollar tapdı

Nənəsinin qarajından 653 min dollar tapdı

İrandan ABŞ-a qarşı GÖZLƏNİLMƏZ ADDIM – Müharibə BAŞLAYIR?

İrandan ABŞ-a qarşı GÖZLƏNİLMƏZ ADDIM – Müharibə BAŞLAYIR?

Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır – TARİX AÇIQLANDI

Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır – TARİX AÇIQLANDI

KİV: "ABŞ bu həftəsonu İrana zərbə endirə bilər"

KİV: "ABŞ bu həftəsonu İrana zərbə endirə bilər"

Qızılın qiyməti yenidən 5 000 dolları ötdü

Qızılın qiyməti yenidən 5 000 dolları ötdü

Şoyqudan İrəvana xəbərdarlıq: Dəmir yolu sisteminiz Rusiyasız bir anda sıradan çıxar - FOTO

Şoyqudan İrəvana xəbərdarlıq: Dəmir yolu sisteminiz Rusiyasız bir anda sıradan çıxar - FOTO

Polis valideynlərə çağırış etdi – VİDEO

Polis valideynlərə çağırış etdi – VİDEO

İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən AZAD EDİLDİ – SİYAHI

İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən AZAD EDİLDİ – SİYAHI

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Rusiyada neft bazası yanır - VİDEO

Rusiyada neft bazası yanır - VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

End of content

No more pages to load

RADİO