Alman gənc ailəsi ilə mübahisə edib “səyahət”ə çıxdı - Qazaxda həbs olundu

Gürcüstandan Azərbaycana qeyri-qanuni yolla daxil olmuş Almaniya vətəndaşı V.S həbs edilib.

Bizim.Media xəbər verir ki, Qazax Rayon Məhkəməsinin hökmü ilə 2005-ci il təvəllüdlü şəxsə 4 ay həbs cəzası verilib.

Məlum olub ki, Almaniya vətəndaşı olan macərapərəst gənc ötən ilin noyabrında Gürcüstandan qeyri-qanuni yolla Qazaxın kəndlərindən birinə keçib. Az sonra o, sərhədçilər tərəfindən saxlanılıb.

Barəsində Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə iş açılan V.S ifadəsində bildirib ki, dünya ölkələrinə səyahət etməyi planlaşdırıbmış:

“2005-ci ildə ildə Almaniya Federativ Respublikasının Bautzen şəhərində anadan olmuşam. Subayam, əvvəllər fermada mexanik işləmişəm. Ailəmlə - atam, anam və yaşda məndən balaca iki qardaşımla birlikdə Almaniyanın Bautzen şəhərinin Jiedlitz kəndində yaşayıram. Atamla anam həmin kənddə yerləşən özümüzə məxsus restoranda işləyirlər.

Mən işləmədiyim üçün tez-tez atamla aramızda mübahisələr olurdu. Sonuncu dəfə atam məndən işləmədiyim üçün evi tərk etməyimi istədi. Həm buna görə, həm Türkiyə, Gürcüstan, Azərbaycan, Nepal və digər başqa ölkələri gəzmək, həm də gürcüstanlı sevdiyim qızı görmək üçün avtobusa bilet alaraq Münhen şəhərindən Bolqarıstanın Sofiya şəhərinə getdim.

Orada bir gün meşədə qaldıqdan sonra yolda tanımadığım yük avtomobilinə yaxınlaşıb məni Türkiyəyə aparmağını xahiş etdim. Həmin yük avtomobili ilə bir gün yol getdikdən sonra Türkiyənin Çorlu şəhərinə çatdım. Həmin şəhərdə də yolda avtostop edəndən sonra İstanbul şəhərinə getdim. Daha sonra İstanbul - Tbilisi aviareysinə bilet alaraq Tbilisiyə uçdum, üç gün burada küçədə qaldım.

Oradakı insanlardan və mobil telefonda olan xəritədən istifadə edərək piyada yola düşərək iki gün yol gəldikdən sonra Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsinə yaxınlaşdım. Orada mənə Azərbaycana keçməyin mümkün olmadığını bildirdilər. Daha sonra dağlıq ərazilərlə Azərbaycan istiqamətində yolumu davam etdirdim, təxminən 10-12 saat yol getdikdən sonra adını bilmədiyim kəndə çatdım. Qarşıma çıxan şəxsdən yemək və gecə qalmaq üçün yer soruşdum. Qısa müddətdən sonra sərhədçilər tərəfindən saxlanıldım”.

Qeyd edək ki, məhkəmə prosesi fevralın 11-də başa çatıb. Cəzasının bitməsindən sonra V.S-in Azərbaycandan deportasiya edilməsi gözlənilir. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

"Kim belə fikir çatdırırsa, yalandır"

"Kim belə fikir çatdırırsa, yalandır"

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Masazırda “Mercedes Vito” YANDI

Masazırda “Mercedes Vito” YANDI

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

End of content

No more pages to load

RADİO