Dahilərin əksəriyyətində bu xəstəlik VAR - Niyə qadınlarda özünü fərqli büruzə verir?

Autizm müasir dövrdə çox rast gəlinən və valideynlərin kabusuna çevrilmiş bir səssiz xəstəlikdir.

Çünki özünü dərhal büruzə vermir. Düzdür, onu xəstəlikdən çox fərqindəlik kimi təsnifatlandıranlar da az deyil, amma istənilən halda ciddi və uzun müddətli müalicə tələb edən bir prosesdir. Nəticə isə ən yaxşı halda 90 faiz alınır.
 

Burda maraqlı bir məqam var: araşdırmalar göstərir ki, autizm diaqnozu oğlan uşaqlarında qızlara nisbətən daha tez-tez qoyulur. Statistik məlumatlara görə, autizm oğlanlarda qızlara nisbətən təxminən 3-4 dəfə daha çox rast gəlinir. Bu fərq uzun illər alimlərin diqqət mərkəzində olub və müxtəlif elmi izahlar irəli sürülüb.


Bəs bu fərqin səbəbi nədir?

Uşaq psixiatrı Dəyanət Vəliyevin Bizim.Media-ya açıqlamasına görə, bu fərqə təkcə bioloji deyil, həm də psixoloji baxımdan yanaşmaq lazımdır.

Məsələ burasındadır ki, autizmlə əlaqəli bir çox gen X xromosomu ilə bağlıdır:

“Oğlanlarda bir X xromosomu var (XY), qızlarda isə iki X (XX). Qızlarda ikinci X müəyyən qədər qoruyucu təsir göstərir. Başqa fərziyyəyə görə ananın hamiləlik dövründə yüksək testosteron səviyyəsindən qaynaqlanmasıdır. Oğlanlarda onsuz da bu hormon səviyyəsi təbii olaraq yüksəkdir. Bir az da anadan keçməklə hiperyüksəklik  autizm riskini artıra bilər”.

Həkim bildirir ki, qızlarda həm də autizm əlamətləri çox vaxt daha yüngül formada özünü göstərir.

“Bunun bir səbəbi də qızların mühitə tez adaptasiya olmasıdır. Onlar hər şeylə maraqlanan xarakterdə olduğu üçün özlərini təcrid etmirlər. Başqalarının, xüsusən də xoşlarına gələn böyüklərin davranışlarını təqlid etməyə daha meylli olurlar. Bir növ, maskalanma qabiliyyətləri var. Buna görə də çox vaxt qız uşağına ya gec diaqnoz qoyulur  ya da ümumiyyətlə diaqnoz qoyulmur”.
 

Qeyd edək ki, autizm ilk dəfə 1943-cü ildə aşkarlanıb, xəstəlik siyahısına salınıb. Sonrakı illərdə özünəqapalı, göz təması qurmayan, adı çəkiləndə eşitməyən bu uşaqların əslində çox zəkalı, istedadlı olduğu üzə çıxır. Hətta gələcək dahilərin məhz autizm keçmişinin olduğunu iddia edənlər də var.


Autizmin digər növündə isə hiperaktiv, yerində dayana bilməyən, çoxhərəkətli, təkrarçılıq, hadisələrə fərqli reaksiya müşahidələri var. Başqa sözlə, autizm spektr effektlidir, yəni müxtəlif dərəcələri, halları mövcuddur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

"Kim belə fikir çatdırırsa, yalandır"

"Kim belə fikir çatdırırsa, yalandır"

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Masazırda “Mercedes Vito” YANDI

Masazırda “Mercedes Vito” YANDI

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

End of content

No more pages to load

RADİO