İlham Əliyev “Ana harayı” abidəsini ziyarət etdi - YENİLƏNİB - VİDEO

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
 

MÖVZU İLƏ BAĞLI:

"Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edirik" - Mehriban Əliyeva


Xocalı soyqırımından 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca dünyasını dəyişdi.

1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi.

Xocalı faciəsi təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir.

Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib.

Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi.

2020-ci ildə baş verən Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi.

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda su xəttində qəza: Maşınlar suyun altında qaldı – VİDEO

Bakıda su xəttində qəza: Maşınlar suyun altında qaldı – VİDEO

Ölkə üzrə pensiyalar nə vaxt ödəniləcək?

Ölkə üzrə pensiyalar nə vaxt ödəniləcək?

Elvin Cəfərquliyev: “Paltardəyişmə otağında uşaqlarla danışdıq ki...”

Elvin Cəfərquliyev: “Paltardəyişmə otağında uşaqlarla danışdıq ki...”

Dahilərin əksəriyyətində bu xəstəlik VAR - Niyə qadınlarda özünü fərqli büruzə verir?

Dahilərin əksəriyyətində bu xəstəlik VAR - Niyə qadınlarda özünü fərqli büruzə verir?

Dünyəvi məktəb mühiti: “Valideyn belə uşaqların hüquqlarını məhdudlaşdıra bilməz”

Dünyəvi məktəb mühiti: “Valideyn belə uşaqların hüquqlarını məhdudlaşdıra bilməz”

Ərzaq bazarında yoxlama: Sahibkar cəzalandırıldı – FOTO/VİDEO

Ərzaq bazarında yoxlama: Sahibkar cəzalandırıldı – FOTO/VİDEO

Avropa Liqası: "Fənərbağça" İngiltərə klubunu qəbul edəcək

Avropa Liqası: "Fənərbağça" İngiltərə klubunu qəbul edəcək

Yaşayış binası çökdü - 6 ölü, 12 yaralı var – VİDEO

Yaşayış binası çökdü - 6 ölü, 12 yaralı var – VİDEO

Ərəstun Orucluya HÖKM OXUNDU

Ərəstun Orucluya HÖKM OXUNDU

Alman gənc ailəsi ilə mübahisə edib “səyahət”ə çıxdı - Qazaxda həbs olundu

Alman gənc ailəsi ilə mübahisə edib “səyahət”ə çıxdı - Qazaxda həbs olundu

“Azərsilah"ın zavodunda qəza - Xəsarət alan varmı?

“Azərsilah"ın zavodunda qəza - Xəsarət alan varmı?

Sankt-Peterburqda Azərbaycan vətəndaşlarına daha bir QADAĞA QOYULDU

Sankt-Peterburqda Azərbaycan vətəndaşlarına daha bir QADAĞA QOYULDU

Nənəsinin qarajından 653 min dollar tapdı

Nənəsinin qarajından 653 min dollar tapdı

İrandan ABŞ-a qarşı GÖZLƏNİLMƏZ ADDIM – Müharibə BAŞLAYIR?

İrandan ABŞ-a qarşı GÖZLƏNİLMƏZ ADDIM – Müharibə BAŞLAYIR?

Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır – TARİX AÇIQLANDI

Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır – TARİX AÇIQLANDI

KİV: "ABŞ bu həftəsonu İrana zərbə endirə bilər"

KİV: "ABŞ bu həftəsonu İrana zərbə endirə bilər"

Qızılın qiyməti yenidən 5 000 dolları ötdü

Qızılın qiyməti yenidən 5 000 dolları ötdü

Şoyqudan İrəvana xəbərdarlıq: Dəmir yolu sisteminiz Rusiyasız bir anda sıradan çıxar - FOTO

Şoyqudan İrəvana xəbərdarlıq: Dəmir yolu sisteminiz Rusiyasız bir anda sıradan çıxar - FOTO

Polis valideynlərə çağırış etdi – VİDEO

Polis valideynlərə çağırış etdi – VİDEO

İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən AZAD EDİLDİ – SİYAHI

İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən AZAD EDİLDİ – SİYAHI

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Rusiyada neft bazası yanır - VİDEO

Rusiyada neft bazası yanır - VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Yaxasını açdı, 1 milyon qazandı - Foto

Yaxasını açdı, 1 milyon qazandı - Foto

End of content

No more pages to load

RADİO