İrəvan Azərbaycan və Ermənistan ekspertlərinin Ankarada görüşmək təklifini qəbul etməyib

"Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2019-cu ildə yarandığı ilk gündən etibarən Ermənistanla Azərbaycan arasında sülhün təşviq olunması üçün qətiyyətli nümayiş etdirib. Hələ 44 günlük müharibədən əvvəl BMTM müxtəlif kanallar vasitəsilə erməni həmkarlarına sülh mesajını çatdırmağa çalışıb, onları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində birgə işləməyə dəvət edib".

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən bildirilib.

Qeyd olunub ki,Azərbaycan hökumətinin illərlə apardığı təşəbbüslərə bənzər və paralel şəkildə BMTM göstərdiyi səylər Ermənistan tərəfinin "Track 1.5" diplomatiyasında iştirakdan imtina etməsi səbəbindən uğursuzluqla nəticələnib.

Diplomatik səylərin uğursuz olmasından sonra Azərbaycan hökuməti işğal olunmuş əraziləri hərbi yollarla azad etməli olub və 44 günlük müharibədə mühüm qələbə qazanıb.

BMTM sülh gündəliyinə sadiqdir və münaqişənin həlli nəticəsində yaranmış imkanları yüksək qiymətləndirir. Mərkəz Ermənistan və Azərbaycan arasında sülh səylərinə töhfə vermək məqsədi ilə Ermənistanın "Orbeli" Mərkəzi kimi həmkar təşkilatlarla təmaslar qurmaq və "Track 1.5" diplomatiyasının mümkün alətlərindən və potensialından istifadə etmək cəhdlərini davam etdirib.

Bu məqsədlə, BMTM ortaq beynəlxalq tərəfdaşlardan gələn vasitəçilik təkliflərini yüksək qiymətləndirir və bundan yararlanmağa çalışır.

"Lakin təəssüf ki, erməni həmkarlar dəfələrlə beynəlxalq tərəfdaşların təklif etdiyi görüş imkanlarından imtina ediblər. Məsələn, 2022-ci ilin avqust və noyabr aylarında Cenevrədə və həmin il noyabrın ortalarında Moskvada erməni tərəfi görüş üçün əvvəlcədən razılaşdırılmış tarixə bir neçə gün qalmış iştirakdan imtina edib.
Erməni tərəfi bu ilin aprelində Ankarada görüşmək üçün edilən son cəhdi də tədbirdən bir neçə gün əvvəl rədd edib. Bu cür məsuliyyətsiz münasibətlə Ermənistan hökuməti və beyin mərkəzləri ortaq beynəlxalq tərəfdaşlarımızın bütün səylərini və resurslarını heçə sayıb və iki ölkə arasında dialoqa ciddi yanaşmadığını nümayiş etdirib.

Ermənistan hökuməti davamlı sülhün əldə olunması prosesini ləngitmək və paralel istiqamətlərdəki səyləri pozmaq məqsədilə ermənilərin qurbana çevrilməsi iddiaları, təhlükəsizlik təhdidləri və ya "blokada" kimi müxtəlif mövzulardan istifadə edir.

BMTM erməni həmkarlarının bu yanaşmasını sülh səyləri üçün çox zərərli hesab edir və təəssüflə bildirir ki, Ermənistan tərəfi ardıcıl və substantiv təmaslardan yayınır, bu tərəflər arasında gərginliyi artırır və ümumilikdə iki cəmiyyət arasında sülh və barışığa mane olur", - mərkəzdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hövsanda açıq ərazi YANIR

Hövsanda açıq ərazi YANIR

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU

Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU

Ağ Ev: İranla heç bir danışıq aparılmır

Ağ Ev: İranla heç bir danışıq aparılmır

Dünyada ən çox yeyilən ət bəlli oldu

Dünyada ən çox yeyilən ət bəlli oldu

Rusiyalı müğənni Dima Bilanın nəvələri dünyaya gəlib - FOTO

Rusiyalı müğənni Dima Bilanın nəvələri dünyaya gəlib - FOTO

BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq - VİDEO

BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq - VİDEO

Sabah 3 rayonun bir hissəsi qazsız qalacaq

Sabah 3 rayonun bir hissəsi qazsız qalacaq

İspaniyada Tunc dövrünün məşhur xəzinəsi oğurlandı - FOTO

İspaniyada Tunc dövrünün məşhur xəzinəsi oğurlandı - FOTO

Bərdədə AĞIR QƏZA – Yaralılar var

Bərdədə AĞIR QƏZA – Yaralılar var

Bakıda saray kimi villa ŞOK qiymətə satışa çıxarıldı- FOTO

Bakıda saray kimi villa ŞOK qiymətə satışa çıxarıldı- FOTO

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi KƏSKİN AZALIB

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi KƏSKİN AZALIB

TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO

TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO

Milli Kibertəhlükəsizlik Agentliyində yeni- Təyinatlar

Milli Kibertəhlükəsizlik Agentliyində yeni- Təyinatlar

İctimai şəxslərin şəxsi həyatı niyə fəaliyyətlərindən daha çox maraq doğurur?

İctimai şəxslərin şəxsi həyatı niyə fəaliyyətlərindən daha çox maraq doğurur?

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Məşhur musiqi qrupu dağıldı

Məşhur musiqi qrupu dağıldı

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

End of content

No more pages to load

RADİO