İlham Əliyev və İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyini gəzdilər - FOTO/VİDEO

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş nazir İrakli Qaribaşvili Qəbələ Qida Şəhərciyində də olublar. 

Bizim.Media xəbər verir ki, Qəbələ Qida Şəhərciyinin Baş direktoru Fuad Babayev Azərbaycan Prezidentinə və Gürcüstanın Baş nazirinə məlumat verdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Gürcüstan liderləri Qəbələdə “ASAN xidmət“ mərkəzində OLUBLAR - FOTO-YENİLƏNİB


Qeyd olundu ki, 16 hektar ərazidə yerləşən Qəbələ Qida Şəhərciyinin nəzdindəki konserv zavodu qabaqcıl Avropa texnologiyaları ilə təchiz edilib.

Zavod meyvə şirəsi, limonad, qazlı və qazsız içkilər, soyuq çay və konsentrat istehsalı sahələrindən ibarətdir. Buradakı 13 istehsal xəttində 6 növ qablaşdırmada 130 adda məhsul istehsal edilir. Müəssisə ildə 360 min ton hazır məhsul istehsalı gücünə malikdir. 

Saatda 10 min litr dolum sistemi vasitəsilə plastik qablaşdırmada meyvə tərkibli içkilər və soyuq çay, şirə və nektar istehsalı xətti isə saatda 20 min litr meyvə şirəsi və konsentrat istehsal etmə imkanına malikdir. Digər xətdə isə saatda 35 min litr hazır limonad və digər qazlı sərinləşdirici içkilər, qazlı və qazsız su istehsal olunur. 
Müəssisədə qablaşdırma mərhələsindən əvvəl müəyyən reseptlər əsasında hazırlanmış tərkiblər laboratoriyada yoxlanılır və təsdiqləndikdən sonra istehsala göndərilir.

Burada bütün istehsal prosesi tam avtomatlaşdırılıb. Qəbələ konserv zavodunda istehsal olunan məhsullar bir çox xarici ölkələrə ixrac edilir. 

Məlumat verildi ki, kartof emalı müəssisəsində iki istehsal xətti fəaliyyət göstərir. Burada yarımfabrikat dondurulmuş kartof və kartof çipsi istehsal olunur. Yarımfabrikat dondurulmuş kartof istehsalı xəttinin hazır məhsul buraxılışı gücü saatda 2 ton təşkil edir.

Çips istehsalı xəttinin gücü isə saatda bir ton hazır məhsuldur. Hər iki istehsal xətti tam avtomatlaşdırılmış sistem üzrə çalışır. Qəbələ rayonunda şirkətə məxsus olan 200 hektar ərazidə ildə 10 min tondan çox kartof yetişdirilir ki, bu da istehsal müəssisəsinin illik xammal tələbatını tam ödəyir.
Kartof emalı müəssisəsinin istehsal etdiyi məhsullar ölkəmizdə təqdim olunmaqla yanaşı, bir sıra xarici ölkələrə də ixrac edilir.

Sahələrdən yığılan kartof 6 min kvadratmetrlik ilkin soyuducu anbara yerləşdirilir. Müəssisədə, həmçinin keyfiyyətə nəzarət laboratoriyaları fəaliyyət göstərir. İstehsala göndərilməzdən əvvəl məhsulun fiziki-kimyəvi göstəriciləri yoxlanılır.
 

















Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

İranın səfiri Çexiya XİN-ə çağırıldı

İranın səfiri Çexiya XİN-ə çağırıldı

Yeni təmayül tədris modelli məktəblərin ali məktəbə qəbul nəticələri açıqlandı

Yeni təmayül tədris modelli məktəblərin ali məktəbə qəbul nəticələri açıqlandı

"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başladı - FOTO - CANLI

"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başladı - FOTO - CANLI

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi - VİDEO

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi - VİDEO

Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

Millimiz dünya çempionatını 8 medalla başa vurdu

Millimiz dünya çempionatını 8 medalla başa vurdu

İmam Əlinin atı, Koroğlunun qalasının olduğu Səfərəliyev rayonu - Azərbaycanın harasındadır?

İmam Əlinin atı, Koroğlunun qalasının olduğu Səfərəliyev rayonu - Azərbaycanın harasındadır?

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Qazaxıstan Qəzzaya qoşun göndərəcək

Qazaxıstan Qəzzaya qoşun göndərəcək

Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək - FOTO

Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək - FOTO

İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Buğda qiymətləri yüksəldi – Dünya narahatdır

Buğda qiymətləri yüksəldi – Dünya narahatdır

Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul etdi - FOTO

Hövsanda açıq ərazi YANIR

Hövsanda açıq ərazi YANIR

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

End of content

No more pages to load

RADİO