Azərbaycan və Gürcüstan liderləri Qəbələdə “ASAN xidmət“ mərkəzinə baş çəkdilər - FOTO/VİDEO-YENİLƏNİB

Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ regional “ASAN xidmət“ mərkəzində olublar. 

Bizim.Media xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəzin fəaliyyəti ilə bağlı məlumat verdi. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü başlayıb - FOTO


Prezident İlham Əliyevin iştirakı ilə 2016-ci ilin avqustun 10-da açılışı olan Mərkəz müvafiq sahələr üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərir. Yeddi illik fəaliyyəti dövründə regional mərkəzə ümumilikdə bir milyona yaxın vətəndaş müraciəti daxil olub.

Eyni zamanda, səyyar “ASAN xidmət” avtobusu vasitəsilə 220 mindən çox vətəndaş müraciəti qəbul edilib. Burada gündəlik orta müraciət sayı 1000-ə yaxındır. 

Qəbələ regional “ASAN xidmət” mərkəzində indiyədək 673 könüllü fəaliyyət göstərib. Ötən dövr ərzində könüllülərin iştirakı ilə müxtəlif sosial layihələr, teatr tamaşaları, idman yarışları, intellektual oyunlar, xeyriyyə aksiyaları, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub. 

Tanışlıq zamanı “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən bəhs edən videoçarx göstərilib. Qeyd olunub ki, hazırda 24 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.

Onlardan 7-si Bakıda, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. 
“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir. “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq”, “Azərsu” və “Azəriqaz” tərəfindən 55 növ xidmət göstərilir.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 624 mindən çox vətəndaşın 61 milyona yaxın müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faizdir. 

Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan bəri 2 milyon 773 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. 

Məlumat verilib ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 30 mindən çox könüllü gənc qoşulub. Bu günədək 3300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub. 
Həmçinin bildirilib ki, Dövlət Agentliyi öz fəaliyyəti çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb. Bundan başqa, bir neçə ölkədən “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda danışıqlar davam etdirilir. 

Sonda Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə “ABAD-çı ailə” tərəfindən hazırlanmış əl sənətkarlığı məhsulu hədiyyə olunub. 
 



















Bizim.Media


***17:44

Aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ şəhəri ilə tanış edilib.

Bizim.Media xəbər verir ki, sonra Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri Qəbələ regional “ASAN xidmət“ mərkəzində olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

İranın səfiri Çexiya XİN-ə çağırıldı

İranın səfiri Çexiya XİN-ə çağırıldı

Yeni təmayül tədris modelli məktəblərin ali məktəbə qəbul nəticələri açıqlandı

Yeni təmayül tədris modelli məktəblərin ali məktəbə qəbul nəticələri açıqlandı

"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başladı - FOTO - CANLI

"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başladı - FOTO - CANLI

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi - VİDEO

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi - VİDEO

Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

Millimiz dünya çempionatını 8 medalla başa vurdu

Millimiz dünya çempionatını 8 medalla başa vurdu

İmam Əlinin atı, Koroğlunun qalasının olduğu Səfərəliyev rayonu - Azərbaycanın harasındadır?

İmam Əlinin atı, Koroğlunun qalasının olduğu Səfərəliyev rayonu - Azərbaycanın harasındadır?

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Qazaxıstan Qəzzaya qoşun göndərəcək

Qazaxıstan Qəzzaya qoşun göndərəcək

Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək - FOTO

Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək - FOTO

İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Buğda qiymətləri yüksəldi – Dünya narahatdır

Buğda qiymətləri yüksəldi – Dünya narahatdır

Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul etdi - FOTO

Hövsanda açıq ərazi YANIR

Hövsanda açıq ərazi YANIR

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

End of content

No more pages to load

RADİO