İranın daha bir İYRƏNC PLANI – Tehranın Ermənistanı silahlandırmasının PƏRDƏARXASI

Azərbaycanla münasibətlərin gərginləşməsi fonunda son günlərdə İran mətbuatında Ermənistanın hərbi potensialının gücləndirilməsi məsələsi tez-tez ortaya atılır.

Digər tərəfdən, iranlı ekspertlər, ölkəmizə qarşı yönələn təhdidlərə rəğmən, Azərbaycanla mümkün müharibə ehtimalını da istisna edirlər. 

Bəllidir ki, 44 günlük müharibədən sonra Ermənistanın hərbi potensialının gücləndirilməsində bir sıra ölkələrlə yanaşı, İran da mühüm rol oynayır. Tehran müharibədən sonra regionda yaranan geosiyasi vəziyyətlə barışmaq istəmir. Bu fonda da hər vəchlə çalışır ki, Azərbaycanın mövqeləri güclənməsin. İranın son zamanlar Azərbaycanla münasibətlərdə gərginliyin artmasına doğru atdığı addımları da məhz buna hesablanıb. 

Hələ bu ilin fevralında Ermənistan və İranın Azərbaycana qarşı hərbi təxribata hazırlaşdığı bildirilirdi. Həmin dövrdə İran mətbuatda yayılan xəbərlərə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 nəfərlik qrupu təxribat məqsədi üçün ayrılıb. 

Keçən ilin oktyabrında isə molla rejiminin Ermənistana gizli şəkildə İran istehsalı olan 600 raket kompleksi göndərdiyi barədə məlumat verilmişdi. Məlumatda bildirilirdi ki, bundan əlavə SEPAH Ermənistana 500 ədəd “Dehlavieh” tank əleyhinə idarə olunan raket kompleksi və 100 ədəd “Almas” tank əleyhinə raket kompleksi bağışlayıb. Bütün bunlar onu göstərir ki, İran rejimi Ermənistanın yenidən hərbi cəhətdən güclənməsində maraqlıdır. 

Bu isə Tehranın Azərbaycana qarşı Ermənistan üzərindən planlar hazırlaması ehtimalını gündəmə gətirib.

Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri bildirib ki, Tehranın məqsədi Ermənistandan istifadə edərək onu Azərbaycana qarşı qaldırmaq, bununla da ölkəmizi zəiflətməyə çalışmaqdan ibarətdir:

“Ermənistanın silahlandırılması Azərbaycana qarşı İrəvanın bir güc amili olaraq ortaya qoyulması deməkdir. İran əksər müharibələrdə proksi, muzdlu qüvvələrdən istifadə etməklə prosesdə dolayısı ilə iştirak edib. Yəməndə, Suriya, İraq və Livanda dəfələrlə bunun şahidi olmuşuq. İranın Ermənistanı silahlandırması, onlara dəstək verməsi də təxminən bu siyasətin tərkib hissəsidir. Onların məqsədi Ermənistandan istifadə edərək, Azərbaycana qarşı mübarizə aparmaq, ölkəmizi zəiflətməyə çalışmaqdan ibarətdir. Çünki Azərbaycanın və Türkiyənin regionda güclənməsi bütövlükdə türk dünyasının güclənməsi anlamına gəlir ki, bu da İranın yuxusunu qarışdırır”.

Politoloqun fikrincə, İran mətbuatında Ermənistanın hərbi potensialının gücləndirilməsi məsələsinin ortaya atılması əslində Azərbaycana təzyiq xarakteri daşıyır:  

“Çünki bu gün İranın etdiyi daha çox təbliğat xarakterlidir. Molla rejimi məhz bu cür təbliğat üzərindən qorxu yaratmaqla ölkəmizə təzyiq etmək istəyir. İran yalan dövlətidir, xarici siyasəti də yalan üzərində qurulub. O baxımdan İran mətbuatında yazılanları ciddi qəbul etmək lazım deyil. Tehranın etdiyi sözdən o tərəfə keçmir. İranın Azərbaycanla birbaşa hərbi toqquşmaya girməsi molla rejiminin məhv olması və parçalanmış Azərbaycanın bütövləşməsinə gedən yoldur”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

İranın səfiri Çexiya XİN-ə çağırıldı

İranın səfiri Çexiya XİN-ə çağırıldı

Yeni təmayül tədris modelli məktəblərin ali məktəbə qəbul nəticələri açıqlandı

Yeni təmayül tədris modelli məktəblərin ali məktəbə qəbul nəticələri açıqlandı

"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başladı - FOTO - CANLI

"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başladı - FOTO - CANLI

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi - VİDEO

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi - VİDEO

Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

Millimiz dünya çempionatını 8 medalla başa vurdu

Millimiz dünya çempionatını 8 medalla başa vurdu

İmam Əlinin atı, Koroğlunun qalasının olduğu Səfərəliyev rayonu - Azərbaycanın harasındadır?

İmam Əlinin atı, Koroğlunun qalasının olduğu Səfərəliyev rayonu - Azərbaycanın harasındadır?

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Qazaxıstan Qəzzaya qoşun göndərəcək

Qazaxıstan Qəzzaya qoşun göndərəcək

Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək - FOTO

Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək - FOTO

İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Buğda qiymətləri yüksəldi – Dünya narahatdır

Buğda qiymətləri yüksəldi – Dünya narahatdır

Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul etdi - FOTO

Hövsanda açıq ərazi YANIR

Hövsanda açıq ərazi YANIR

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

End of content

No more pages to load

RADİO