ABŞ-ın “demokratiya çubuğu” - Bu dəfə də sehir yarada bilmədi

Martın 30-da ABŞ-da “Demokratiya sammiti” keçiriləcək. Amma çox maraqlıdır ki, sammit öz dırnaqarası demokratiyası ilə bu dəfə də başlamamışdan əvvəl hamını təcübləndirib. Ağ Evin xoşuna gəlməyən dövlətlər və şəxslər toplantıya dəvət almayıb. 

Məsələn, heç kimə aydın deyil ki, “Demokratiya sammiti” NATO çərçivəsində dünyanı ən vacib nöqtələrdə fəlakətlərdən qoruyan Türkiyədən niyə çəkinir? Yaxud, Macaristanın günahı nədir? 

Vaşinqtonun nəzərincə, Mozambik, Tanzaniya, Qonduras, Qambiya “demokratiya sammiti” ndə iştirak kriteriyasına cavab verir, Türkiyə yox? 

Bütün bunlar onu göstərir ki, seçim zamanı kriteriya kimi demokratiya yox, konyuktura, siyasi məqsədəuyğunluq əsas götürülür, ona görə də müstəqil siyasət yürüdən dövlətlər dəvət almırlar.

Aİ üzvü olan Macarıstan, NATO üzrə müttəfiq Türkiyə də məhz bu səbəbdən sammitə dəvət almayıblar.

Elə Azərbaycan da. 30 ilə əsas ağası ABŞ olan BMT-nin həll edə bilmədiyi problem 44 gündə öz gücünə həll edən Azərbaycan amerikanların fikrincə, çərçivəyə yenə də düşə bilməyib. Amma işğalçılıq siyasəti yürüdən, Xocalı soyqırımını törədən Ermənistan demokratikləşmədə olimpə qalxıb. Təbii ki, gülməlidir. 

Başqa bir tərəfdən, ABŞ hansı əsasla Ermənistanı demokratik ölkə hesab edir? Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı ötən həftə açıqlanmış hesabatında deyilir ki, 2022-ci ilin aprel-iyul aylarında Ermənistanda keçirilən etiraz aksiyaları qəddarlıqla yatırılıb.

Ümumilikdə 2100-dən çox etirazçı saxlanılıb. Polis həm etirazçılara, həm də aksiyaları işıqlandıran KİV nümayəndələrinə qarşı sərt davranıb.

Ölkənin siyasi partiyalarının və məhkəmə orqanlarının nümayəndələri təqiblərə və həbslərə məruz qalıblar. Siyasi səbəblərdən bir sıra vətəndaşların Ermənistana girişinə qadağa qoyulub. Bu hallar onu göstərir ki, Ermənistan hakimiyyəti demokratik dəyərlərə məhəl qoymur. Buna baxmayaraq, bu ölkə “Demokratiya sammiti”nə dəvət edilir. Onu da qeyd edək ki, tədbirin əsas təşkilatçısı USAİD və onun ermənipərəst rəhbəri Samanta Poverdir. Təşkilatçılar arasında Azərbaycanda “inqilab” arzusunda olan NED də var.  Məsələ təbii ki, aydındır. 

Ziddiyyət təşkil edən başqa bir MƏQAM: Tədbirə dəvət edilənlərin siyahısı göstərir ki, ABŞ yenə də Cənubi Qafqazda ayrı-seçkiliyə yol verir.

Belə ki, sammitə Azərbaycan dəvət edilməyib, Ermənistan və Gürcüstan isə baş nazir yox, prezident səviyyəsində dəvət alıb. Bu, əslində Cənubi Qafqazı bölmək və ayırıcı xətlər çəkmək siyasətidir. İkinci bir tərəfdən, ölkəmizin tədbirə dəvət edilməməsi dini baxımdan da Cənubi Qafqazda ayrı-seçkiliyin tətbiq edildiyinin göstəricisidir. Ermənistan və Gürcüstan xristian ölkəsi olduğundan onların tədbirdə iştirakına yaşıl işıq yandırılır, amma Azərbaycan müsəlman ölkəsi olduğundan ona münasibətdə qərəzli mövqe sərgilənir.

Əslində demokratiya ABŞ-ın əlində siyasi təzyiq alətinə çevrilib və bunu Bizim.Media-ya politoloq Cümşüd Nuriyev də beləcə şərh edib:

“Azərbaycan öz milli maraqlarına uyğun müstəqil siyasət yürütdüyündən ABŞ ölkəmizi sammitə dəvət etməyib. Burada aydın olmayan heç nə yoxdur, Bakı öz xalqının maraqlarına uyğun olan siyasət aparır, ona görə də bu Vaşinqtonun xoşuna gəlmir. Azərbaycan Qafqazda demokratik dəyərlərə daha çox üstünlük verən yeganə ölkədir. Amma ABŞ üçün məhz onun maraqalarına üstünlük verən dövlətlər demokratik dövlətlər hesab edilir. Onun nəticəsidir ki, sammitə Türkiyə və Azərbaycan dəvət olunmayıb”.  

Ekspertin sözlərinə görə, Paşinyan kimi işğalçı dövlətin başçısını və Gürcüstan baş naziri deyil, prezidentinin dəvət edilməsi isə ABŞ-ın həyata keçirəcəyi Qafqaz siyasətilə bağlıdır:

“Ermənistanı Rusiyanın əleyhinə getməsi üçün dəvət ediblər. Qərb üçün yeni müharibə ocağı lazımdır. Bu fonda ikinci cəbhə üçün ən uğurlu variant Qafqazdır”. 

Həmsöhbətimizə görə, bu cür yanaşma həm də xristian təəssübkeşliyindən qaynaqlanır: 

“Bütün dünya bilir ki, Azərbaycan tolerant ölkədir. Qərbə isə bu sərf etmir. Qərbdə islamofobiya, türkfobiya hökm sürür. ABŞ uğursuz addımlarını dini müstəviyə keçirir. Lakin bu da ona uğur gətirməyəcək. Məsələyə dini müstəvi baxımdan yanaşması Vaşinqtonun düzgün siyasət yürütməməsilə bağlıdır”. 

Türkiyəyə münasibətdə ayrı-seçkilik isə ekspertə görə bu ölkədə mayın 14-də olacaq seçkilərlə bağlıdır:

“ABŞ Türkiyə cəmiyyətinə Ərdoğanın guya qeyri-demokratik olduğu mesajını vermək istəyir. Amma bu keçməyəcək, türk xalqı yaxşını pisdən ayırd etməyi bacarır. Əslində, əsl demokratik adam elə Ərdoğandır, çünki bütün qiyaslarda təcavüzün cavabını verir, sözünün də kəsəri var”.

Sonda həmsöhbətimiz qeyd etdi ki, əslində bu elə ABŞ-ın artıq ideoloji çökməyə yuvarlandığına dəlalət edir:   

“Tədbirə belə yanaşma, ölkələrə münasibətdə ayrı-seçkiliyə yol verməsi ABŞ-ın zəifliyinin göstəricisidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! NATO qoşunları Ukraynaya daxil OLACAQ

SON DƏQİQƏ! NATO qoşunları Ukraynaya daxil OLACAQ

Epşteyn adasından sağ çıxan qadından dəhşətli AÇIQLAMA – FOTO

Epşteyn adasından sağ çıxan qadından dəhşətli AÇIQLAMA – FOTO

Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanıldı

Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanıldı

Millimizin sabiq üzvü bölgə klubundan AYRILDI

Millimizin sabiq üzvü bölgə klubundan AYRILDI

Maskın transgender qızı Epşteyn işi ilə bağlı iddiaları təsdiqlədi

Maskın transgender qızı Epşteyn işi ilə bağlı iddiaları təsdiqlədi

Bazarlarda DURĞUNLUQ – Alıcılar niyə gözə dəymir?

Bazarlarda DURĞUNLUQ – Alıcılar niyə gözə dəymir?

Daha gec qocalmaq istəyirsiniz? - Bu qidalar köməyinizə çatacaq

Daha gec qocalmaq istəyirsiniz? - Bu qidalar köməyinizə çatacaq

Kiberpolisdən ƏMƏLİYYAT – Aşağı faizli kredit adı ilə 400 minlik dələduzluq edən şəxslər SAXLANILDI – VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT – Aşağı faizli kredit adı ilə 400 minlik dələduzluq edən şəxslər SAXLANILDI – VİDEO

Şuşanın ən yaşlı sakini vəfat etdi - FOTO

Şuşanın ən yaşlı sakini vəfat etdi - FOTO

Epşteynin Rusiya kəşfiyyatı ilə əlaqələri ÜZƏ ÇIXDI – Məşhurları “bal tələsi”nə necə salıb? – FOTO

Epşteynin Rusiya kəşfiyyatı ilə əlaqələri ÜZƏ ÇIXDI – Məşhurları “bal tələsi”nə necə salıb? – FOTO

Mikayılovu əvəzləyən şəxs bu məşhurun oğludur – FOTO

Mikayılovu əvəzləyən şəxs bu məşhurun oğludur – FOTO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım – FOTO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım – FOTO

Norveç parlamenti monarxiyanın saxlanılmasına səs verdi

Norveç parlamenti monarxiyanın saxlanılmasına səs verdi

Gələn ildən Çin avtomobillərində bunlar olmayacaq – YENİ QADAĞA

Gələn ildən Çin avtomobillərində bunlar olmayacaq – YENİ QADAĞA

Ermənistan vətəndaşlarının məhkəməsi bu tarixdə DAVAM ETDİRİLƏCƏK

Ermənistan vətəndaşlarının məhkəməsi bu tarixdə DAVAM ETDİRİLƏCƏK

Şəfahət İmranovun yerinə - O təyin edildi

Şəfahət İmranovun yerinə - O təyin edildi

Rusiyanın hücum planı İFLASA UĞRADI – Ukrayna müharibəsində GÖZLƏNİLMƏZ YENİLİK

Rusiyanın hücum planı İFLASA UĞRADI – Ukrayna müharibəsində GÖZLƏNİLMƏZ YENİLİK

Nazir direktoru işdən çıxardı - FOTO

Nazir direktoru işdən çıxardı - FOTO

Qusarda böyük OBYEKT yandı: Hostel, kafe, avtoyuma...

Qusarda böyük OBYEKT yandı: Hostel, kafe, avtoyuma...

Eks-icra başçısının oğlundan Rumıniyada 40 villa alması xəbərlərinə REAKSİYA

Eks-icra başçısının oğlundan Rumıniyada 40 villa alması xəbərlərinə REAKSİYA

“Qarabağ”ın rəqibi kapitanı ilə YOLLARINI AYIRDI

“Qarabağ”ın rəqibi kapitanı ilə YOLLARINI AYIRDI

İspaniya 16 yaşdan aşağı uşaqlara sosial şəbəkələri qadağan edəcək

İspaniya 16 yaşdan aşağı uşaqlara sosial şəbəkələri qadağan edəcək

Bakıda evdə YANĞIN – YENİLƏNİB/VİDEO

Bakıda evdə YANĞIN – YENİLƏNİB/VİDEO

Əhaliyə şad xəbər: 700 mindən çox vətəndaşın maaşı artacaq

Əhaliyə şad xəbər: 700 mindən çox vətəndaşın maaşı artacaq

End of content

No more pages to load

RADİO