Prezidentin Fransa barədə çıxışı Türkiyə KİV-lərində - FOTO 

Türkiyənin aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda keçirilən Zirvə görüşündəki çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid etməsini geniş işıqlandırıb.

Bizim.Media xəbər verir ki, qardaş ölkənin “Anadolu” agentliyində yayımlanan “Prezident Əliyev Fransanın müstəmləkəçilik siyasətini davam etdirməsinə sərt etirazını bildirdi” sərlövhəli məqalədə Azərbaycan Prezidentinin çıxışında dünyada neokolonializm meyillərinin artdığını vurğulayaraq, Fransanı sərt tənqid etdiyi qeyd olunub.

Yazıda Prezident İlham Əliyevin çıxışında suverenlik və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə hallarının artdığını, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilmədiyini, yaxud ikili standartlarla həyata keçirildiyini bildirdiyi vurğulanıb.
“TRT Haber” kanalında yer alan “Prezident Əliyevdən Fransaya ultimatum: Soyqırımlar üçün üzr istə, o adalardan çıx” sərlövhəli yazıda dövlətimizin başçısının Qarabağın otuzillik işğalı dövründə Ermənistanı açıq şəkildə dəstəkləyən Fransaya çağırış etdiyi bildirilib, Azərbaycan Prezidentinin “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq.

Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır” ifadələri oxucuların diqqətinə çatdırılıb.

“Azərbaycan Prezidenti İlham Əliyev qanlı müstəmləkə cinayətləri və soyqırımı əməllərinə görə Fransaya çağırış etdi”, - dövlətimizin başçısının Qoşulmama Hərəkatının Zirvə görüşündəki çıxışına dair “Yeni Şafak“ qəzetində dərc edilən məqalə oxuculara bu sərlövhə ilə təqdim olunub.

Yazıda vurğulanıb ki, Prezident İlham Əliyev Fransadan müstəmləkə cinayətlərinə və törətdiyi soyqırımlarına görə üzr istəməsini tələb edib.

“Milad” qəzetində yayımlanan xəbərdə də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündəki açılış nitqində Fransaya sərt etirazını bildirdiyi vurğulanıb.

Yazıda Prezident Əliyevin çıxışından “Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” ifadələri sitat gətirilib.

“Ensonhaber.com” saytı Prezident İlham Əliyevin Fransanın müstəmləkə cinayətləri və soyqırımı əməllərinə görə üzr istəməsi barədə tələbinin bu ölkənin Prezidenti Emmanuel Makronun Afrika ölkələrinə səfərə başladığı dövrə təsadüf etməsinə diqqət çəkib.
Dövlətimizin başçısının “Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir” fikrinin sitat gətirildiyi məqalədə bildirilib ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləyib.

Türkiyənin “Yeni akit”, “Sondakika.com” və digər KİV-lərində yayımlanan xəbərlərdə də Prezident İlham Əliyevin Fransanın müstəmləkə və soyqırımı cinayətlərinə görə üzr istəməsi və cavab verməsinin vacibliyi barədə fikirləri geniş işıqlandırılıb.

Qardaş ölkə mətbuatında dərc olunan məqalələrdə Azərbaycan Prezidentinin dünya düzəninin yenidən formalaşmaqda olması, “Soyuq müharibə”nin sona çatmasından bəri dünyada ən ciddi Şərq-Qərb qarşıdurmasının yaşanması, habelə BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyi və Qoşulmama Hərəkatının Təhlükəsizlik Şurasında təmsil olunması barədə fikirlərinə də geniş yer verilib.

Bundan başqa, xəbərlərdə Türkiyədə və Suriyada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsinin Prezident İlham Əliyevin təklifi ilə Zirvə görüşünün iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildiyi, yaralananların tezliklə şəfa tapmasının arzulandığı da vurğulanıb.

Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xulian Alvares: "Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik"

Xulian Alvares: "Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik"

Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO

Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO

Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir

Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir

İlham Əliyev: “Ancaq özümüzə və dövlətə güvənməliyik”

İlham Əliyev: “Ancaq özümüzə və dövlətə güvənməliyik”

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu

Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

Prezidentdən rusiyalı qonağa: “Aleksey, sən də çox ehtiyatlı ol” – VİDEO

Prezidentdən rusiyalı qonağa: “Aleksey, sən də çox ehtiyatlı ol” – VİDEO

İlham Əliyev: “Biz geosiyasi intriqaların qurbanı olmadıq” - VİDEO

İlham Əliyev: “Biz geosiyasi intriqaların qurbanı olmadıq” - VİDEO

Dələduzluğa qarşı kraudfandinq qaydaları sərtləşdirilir

Dələduzluğa qarşı kraudfandinq qaydaları sərtləşdirilir

Prezident: “Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib”

Prezident: “Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib”

İlham Əliyev Azərbaycan üçün əsas potensial riski AÇIQLADI - VİDEO

İlham Əliyev Azərbaycan üçün əsas potensial riski AÇIQLADI - VİDEO

"Kraudfandinq" əvəzinə yeni ad TƏKLİF olundu

"Kraudfandinq" əvəzinə yeni ad TƏKLİF olundu

Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO

Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO

Bakıda piyadalar qəzaya səbəb oldu: Motosiklet sürücüsü xəsarət aldı - ANBAAN VİDEO

Bakıda piyadalar qəzaya səbəb oldu: Motosiklet sürücüsü xəsarət aldı - ANBAAN VİDEO

Solovyovdan Kseniya Sobçaka SENSASİON İTTİHAMLAR – VİDEO

Solovyovdan Kseniya Sobçaka SENSASİON İTTİHAMLAR – VİDEO

DİN xəbərdar edir: Saxta keçidlərə daxil olmayın

DİN xəbərdar edir: Saxta keçidlərə daxil olmayın

Ukrayna qışadək Putinə təzyiqi gücləndirməyə çalışır — “Politico”

Ukrayna qışadək Putinə təzyiqi gücləndirməyə çalışır — “Politico”

Senator Qremin ölümü Rusiya mediasına lağa qoyuldu - VİDEO

Senator Qremin ölümü Rusiya mediasına lağa qoyuldu - VİDEO

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ - VİDEO

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ - VİDEO

İlham Əliyevdən SÜLH MESAJI - VİDEO

İlham Əliyevdən SÜLH MESAJI - VİDEO

Prezident: “Biz bunu kitablarda oxumuruq, real həyatda görürük”

Prezident: “Biz bunu kitablarda oxumuruq, real həyatda görürük”

Ukraynaya atılan Rusiya dronu Moldovada partladı - FOTO

Ukraynaya atılan Rusiya dronu Moldovada partladı - FOTO

Buzovna çimərliyində qadın boğuldu

Buzovna çimərliyində qadın boğuldu

Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən yıxıldı

Bakıda 2 yaşlı körpə 3-cü mərtəbədən yıxıldı

End of content

No more pages to load

RADİO