Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü başa çatdı - FOTO 

Martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünün bağlanış sessiyası keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilən bağlanış sessiyasında çıxış edən Yeni Kaledoniyanın müstəqillik uğrunda Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi müstəqil hərəkatının nümayəndəsi Forrest Mikael Jozept Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakın yaratdığı fürsətdən istifadə edərək Fransanın müstəmləkəçi mövqeyini qınadığını bəyan edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qoşulmama Hərəkatının Bakı Sammiti nələrlə yadda qaldı?


Bildirib ki, COVID-19 pandemiyasına baxmayaraq, 2021-ci ilin dekabrında Yeni Kaledoniya Fransanın təzyiqi ilə adada üçüncü referendumun keçirilməsinə məcbur oldu.

O, müstəmləkəsizləşdirmə komitəsinin fəaliyyətinin bir hissəsi olaraq yaşayan əhalinin tam suverenliyini bərpa etmələri üçün dialoqa şərait yaradılmasının əhəmiyyətini vurğulayıb.

“Bildiyiniz kimi, Sakit Okean regionu həm də dünyanın böyük dövlətləri üçün geostrateji bölgədir.

Ölkəmizin vəziyyəti haqqında dünya ölkələrini məlumatlandırmağa davam etmək baxımından Qoşulmama Hərəkatı bizim üçün vacib platformadır. Ümid edirik ki, gün gələcək və Yeni Kaledoniya yenidən öz suverenliyinə və müstəqilliyinə qovuşacaq”, - deyən Forrest Mikael Jozept Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyini yüksək qiymətləndirdiklərini qeyd edib.

Digər çıxış edənlər - Meksikanın Azərbaycandakı səfiri Maria Viktoriya Romero Kabalyero, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Olga Algayerova, Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi, Etimad Tədbirləri üzrə Konfransın (CICA) Baş katibi Kairat Sarybay, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə COVID-19 pandemiyasının insanlara çoxtərəfli əməkdaşlıqların əhəmiyyətini nümayiş etdirdiyini bildiriblər. Qeyd olunub ki, bütün dövlətlər birgə əməkdaşlıqla dayanıqlılığı təmin edə bilər. Bu səbəbdən Qoşulmama Hərəkatı belə qlobal məsələlərin müzakirəsi üçün əlverişli platformadır.

Həmçinin qeyd olunub ki, pandemiya miqrantlar və köçkünlərlə bağlı bərabərsizliyi daha da dərinləşdirib, onlar üçün ciddi problemlər yaradıb. Bundan əlavə, dünya əhalisinin üçdəbiri hələ də COVID-19 vaksininin ilk dozasını qəbul etməyib.
Diqqətə çatdırıb ki, dünya gələcəkdə yeni pandemiyaların olmasından sığortalanmayıb, ona görə də insanlar gələcəkdə potensial pandemiyalara və onun yarada biləcəyi çətinliklərə hazır olmalıdırlar.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanın sədrliyi müddətində Hərəkat bir çox yeniliklərə addım atıb. Natiqlər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndiriblər.

Sonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sammit iştirakçılarına dərin minnətdarlığını bildirərək qeyd edib ki, tarixindən, siyasətindən və mədəniyyətindən asılı olmayaraq, Hərəkat üzvləri eyni prinsiplər ətrafında birləşiblər.

Nazir vurğulayıb ki, bu Sammit həmrəylik, əməkdaşlıq və multilateralizmin əsl nümunəsinə çevrilib. Sammit çərçivəsində ikitərəfli gündəlikdə duran məsələlər üzrə səmərəli görüşlər keçirilib və müzakirələr aparılıb.

C.Bayramov, həmçinin vurğulayıb ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan beynəlxalq gündəmdəki bir sıra aktual məsələlərin həllində liderlik nümayiş etdirib.

Onun sözlərinə görə, Azərbaycanın təşkilatda sədrlik müddəti bu il başa çatsa da, ölkənin Qoşulmama Hərəkatına yardımı və onunla əməkdaşlığı fəal şəkildə davam edəcək.
Bununla da Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polşa Ukraynaya "Patriot" sistemləri üçün doqquza qədər raket verib

Polşa Ukraynaya "Patriot" sistemləri üçün doqquza qədər raket verib

Xulian Alvares: "Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik"

Xulian Alvares: "Messinin yenidən dünya çempionu olması üçün əlimizdən gələni edəcəyik"

Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO

Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO

Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir

Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir

İlham Əliyev: “Ancaq özümüzə və dövlətə güvənməliyik”

İlham Əliyev: “Ancaq özümüzə və dövlətə güvənməliyik”

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu

Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu

Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

Azərbaycan Prezidenti: “Əgər nəyəsə yardım etmək imkanımız varsa, bunu mütləq edirik”

Prezidentdən rusiyalı qonağa: “Aleksey, sən də çox ehtiyatlı ol” – VİDEO

Prezidentdən rusiyalı qonağa: “Aleksey, sən də çox ehtiyatlı ol” – VİDEO

İlham Əliyev: “Biz geosiyasi intriqaların qurbanı olmadıq” - VİDEO

İlham Əliyev: “Biz geosiyasi intriqaların qurbanı olmadıq” - VİDEO

Dələduzluğa qarşı kraudfandinq qaydaları sərtləşdirilir

Dələduzluğa qarşı kraudfandinq qaydaları sərtləşdirilir

Prezident: “Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib”

Prezident: “Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib”

İlham Əliyev Azərbaycan üçün əsas potensial riski AÇIQLADI - VİDEO

İlham Əliyev Azərbaycan üçün əsas potensial riski AÇIQLADI - VİDEO

"Kraudfandinq" əvəzinə yeni ad TƏKLİF olundu

"Kraudfandinq" əvəzinə yeni ad TƏKLİF olundu

Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO

Emin Məmmədxanlı vəzifəsindən azad edildi - FOTO

Bakıda piyadalar qəzaya səbəb oldu: Motosiklet sürücüsü xəsarət aldı - ANBAAN VİDEO

Bakıda piyadalar qəzaya səbəb oldu: Motosiklet sürücüsü xəsarət aldı - ANBAAN VİDEO

Solovyovdan Kseniya Sobçaka SENSASİON İTTİHAMLAR – VİDEO

Solovyovdan Kseniya Sobçaka SENSASİON İTTİHAMLAR – VİDEO

DİN xəbərdar edir: Saxta keçidlərə daxil olmayın

DİN xəbərdar edir: Saxta keçidlərə daxil olmayın

Ukrayna qışadək Putinə təzyiqi gücləndirməyə çalışır — “Politico”

Ukrayna qışadək Putinə təzyiqi gücləndirməyə çalışır — “Politico”

Senator Qremin ölümü Rusiya mediasına lağa qoyuldu - VİDEO

Senator Qremin ölümü Rusiya mediasına lağa qoyuldu - VİDEO

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ - VİDEO

İlham Əliyevdən qonşu ölkələrə ÇAĞIRIŞ - VİDEO

İlham Əliyevdən SÜLH MESAJI - VİDEO

İlham Əliyevdən SÜLH MESAJI - VİDEO

Prezident: “Biz bunu kitablarda oxumuruq, real həyatda görürük”

Prezident: “Biz bunu kitablarda oxumuruq, real həyatda görürük”

Ukraynaya atılan Rusiya dronu Moldovada partladı - FOTO

Ukraynaya atılan Rusiya dronu Moldovada partladı - FOTO

Buzovna çimərliyində qadın boğuldu

Buzovna çimərliyində qadın boğuldu

End of content

No more pages to load

RADİO