“Azərbaycan Laçın yolunda təhlükəsiz hərəkətə zəmanət verir” - RƏSMİ 

“Hər kəs Xankəndi-Laçın yolunda keçirilən aksiya barədə maraqlanır, narahatlığını ifadə edir. Bir sıra xarici ölkələrdən bəlli çağırışlar olur. Ermənistan tərəfi orada blokada təsəvvürü yaratmağa çalışır”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir diqqətə çatdırıb ki, dövlətimizin mövqeyi açıqdır və Azərbaycan tərəfi əlindən gələni edir:

“Etirazçıların da humanitar fəlakət yaratmaq niyyəti və məqsədi yoxdur. Bütün nəqliyyat vasitələri maneəsiz şəkildə keçirlər. Eyni zamanda, ehtiyacı olan insanlar da oradan çıxarılır və ya gəlir. Məsuliyyətli dövlət olaraq humanitar böhranın qarşısının alınması üçün atılan addımlar barədə məlumat veririk. Kontekstdən çıxarılmış hansısa fakt barədə müzakirə aparmaq doğru yanaşma deyil. İnsanların niyə etiraz etməsinin sadə cavabı var. Əsas hədəf Azərbaycanın təbii sərvətlərinin talanması, ekoloji fəlakətlərin dayandırılmasıdır. Azərbaycan dövləti təbii sərvətlərin talanmasının qarşısını almaq üçün bir ilə yaxındır danışıqlar aparırdı”.

Ceyhun Bayramov onu da əlavə edib ki, Azərbaycan dövləti Laçın yolunda təhlükəsiz hərəkətə zəmanət verir:

“Üçtərəfli Bəyanatda konkret olaraq üç məqsəd göstərilib. Bu isə insanların, yükləyin və nəqliyyat vasitələrinin keçididir. Burada dördüncü məqsəd yoxdur. Azərbaycanın öhdəliyi var ki, Laçın yolundan təhlükəsiz keçidi təmin etsin. Lakin o yolla silah-sursat və minaların daşınması yolverilməzdir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkələrdə kişilər xəyanət etmir? - Araşdırma

Bu ölkələrdə kişilər xəyanət etmir? - Araşdırma

Özünü “pis ana“ adlandırdı

Özünü “pis ana“ adlandırdı

Bəzi insanlar əsəbiləşəndə niyə ağlayırlar?

Bəzi insanlar əsəbiləşəndə niyə ağlayırlar?

“Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” – VİDEO

“Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” – VİDEO

Dünyada 2,2 milyard insanın görmə problemi var

Dünyada 2,2 milyard insanın görmə problemi var

Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq – FOTO

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq – FOTO

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

Sözləri ürəyində qaldı, cinayət işi açıldı - Qaxda gənc oğlanın sevgi BƏLASI

Sözləri ürəyində qaldı, cinayət işi açıldı - Qaxda gənc oğlanın sevgi BƏLASI

“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq”

“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq”

Türkiyə köhnə silahlarını Ukraynaya ötürür - ABŞ-dən icazə istədi

Türkiyə köhnə silahlarını Ukraynaya ötürür - ABŞ-dən icazə istədi

Tramp xüsusi elçilərini Kiyev və Moskvaya göndərir - TARİX

Tramp xüsusi elçilərini Kiyev və Moskvaya göndərir - TARİX

Pezeşkianın sözləri İrandakı böhranı üzə çıxardı: “Bizi öldürəcəklər...”

Pezeşkianın sözləri İrandakı böhranı üzə çıxardı: “Bizi öldürəcəklər...”

Zelenski: “Ukrayna Donbası tərk edən deyil”

Zelenski: “Ukrayna Donbası tərk edən deyil”

Klinton Tramp haqqında təəccübləndirən FAKTI SÖYLƏDİ

Klinton Tramp haqqında təəccübləndirən FAKTI SÖYLƏDİ

İran Şimali Koreyadan silah aldığını açıqladı

İran Şimali Koreyadan silah aldığını açıqladı

Safurə həyat yoldaşı ilə görüntülərini paylaşdı – VİDEO

Safurə həyat yoldaşı ilə görüntülərini paylaşdı – VİDEO

Ağdam və Qırmızı Bazarda konsert keçirildi - FOTO

Ağdam və Qırmızı Bazarda konsert keçirildi - FOTO

Prezident: “Azərbaycan-ABŞ əlaqələri ən yüksək zirvədə qərarlaşıb”

Prezident: “Azərbaycan-ABŞ əlaqələri ən yüksək zirvədə qərarlaşıb”

Argentinada milyarderlər nüvə müharibəsinə qarşı BUNKER TİKİRLƏR

Argentinada milyarderlər nüvə müharibəsinə qarşı BUNKER TİKİRLƏR

Baydenin oğlu xərçəngin atasının sümüklərinə yayıldığını açıqladı

Baydenin oğlu xərçəngin atasının sümüklərinə yayıldığını açıqladı

Saray qəsəbəsində qəza: 4 avtomobil toqquşdu - FOTO

Saray qəsəbəsində qəza: 4 avtomobil toqquşdu - FOTO

Goranboyda evdən gənc qızın meyiti tapıldı

Goranboyda evdən gənc qızın meyiti tapıldı

End of content

No more pages to load

RADİO