ABŞ-nin sabiq dövlət katibi və ilk seçkilərdə Amerika liderinin rəqibi olmuş Hillari Klinton bildirib ki, ABŞ Prezidenti Donald Trampı Nobel mükafatından daha çox rusiyalı həmkarı Vladimir Putinlə münasibətlər maraqlandırır.
Bizim.Media xəbər verir ki, bu barədə o, "Pivot" podkastında danışıb.
Siyasətçi qeyd edib ki, əgər hazırkı Amerika lideri Ukrayna üçün yaxşı bir sülh sazişinə nail olarsa, onu bu mükafata namizəd göstərməyə hazırdır.
"Mən bütün səbəbləri bilmirəm, amma bilirsiniz, o, Putinin rəğbətini qazanmağı hətta Nobel Sülh Mükafatından da çox istəyir", — deyə eks-dövlət katibi vurğulayıb.
Bizim.Media