ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Xanter Bayden atasının səhhəti ilə bağlı son məlumatları paylaşıb.
Bizim.Media xəbər verir ki, o, "BBC News" telekanalına verdiyi müsahibədə 83 yaşlı eks-prezidentin əziyyət çəkdiyi xərçəng xəstəliyinin sümüklərinə və digər orqanlarına yayıldığını (metastaz verdiyini), bunun güclü ağrılara səbəb olduğunu və ümumi vəziyyətini ağırlaşdırdığını bildirib.
"Bu, çox çətindir. Onun necə əziyyət çəkdiyini görmək olduqca kədərlidir", — deyə Xanter etiraf edib.
Xatırladaq ki, 2025-ci ildə Co Baydenə sümük toxumasına metastaz vermiş aqressiv prostat xərçəngi diaqnozu qoyulub.
Bizim.Media