Sabah Azərbaycanda və dünyanın bir çox ölkələrində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı tədbirlər keçiriləcək. “Şəhidlər Xiyabanı”nda anım tədbirinə hazırlıqlar başa çatıb, ərazidə müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılıb.
Bizim.Media xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün Şəhidlər Xiyabanına gələrək şəhidlərin xatirəsini anıb və qəbrlərinin üstünə gül dəstələri düzüb.
Bu barədə o, özünün Tvitter səhifəsində yazıb:
“İsrail səfirlərinin konfransını başa vurandan sonra Azərbaycan xalqı ilə Qara Yanvarı qeyd etmək üçün Bakıdakı Şəhidlər Xiyabanına getdik”.
Bizim.Media



