İlham Əliyev: “20 illik prezidentliyim dövründə söylədiyim hər bir sözə görə məsuliyyət daşıya bilərəm”

“Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Çinin televiziya kanalına MÜSAHİBƏ VERDİ - FOTO 


“Biz yalan vədlərə əsaslanan çox sayda siyasi və ya seçki kampaniyaları görmüşük. Lakin bu, uğura gətirib çıxarmayıb, uğur yalnız müvəqqəti olub. Çünki insanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər. Mən hər zaman görülmüş işi nümayiş etdirməyi üstün tuturam və hər zaman planlarımızla bağlı insanlarla məsləhətləşirəm. Mənim Azərbaycan cəmiyyəti ilə çox açıq kommunikasiya kanalım var”, - deyə dövlətimizin başçısı vurğulayıb. 

“Mən hər il regionlara təxminən 30-40 səfər edirəm və insanları hansı problemlərin narahat etdiyi, nələrin həll edilməli olması ilə, nə etməli olduğumuzla maraqlanıram.

Bu, enerji təhlükəsizliyi, nəqliyyat kimi qlobal layihələrin bir hissəsidir, insanların gündəlik həyatıdır. İnsanların daha yaxşı yaşamalarını təmin etmək üçün müxtəlif alətlərin olduğunu qeyd edən Azərbaycan Prezidenti deyib: “İlk növbədə, siz xalqınızla dürüst davranmalısınız və onda onlar sizi dəstəkləyəcəklər, sizə etibar edəcəklər. Başladığımız bütün proqramlarımıza gəlincə, onların hamısı icra olunub. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb”, - deyə İlham Əliyev qeyd edib. 

Dövlətimizin başçısı əlavə edib ki, 20 illik prezidentliyi dövründə söylədiyi hər bir sözə görə məsuliyyət daşıya bilər:

“Millətimizin əldə etdiyi ən böyük nəticələrdən biri işğal altındakı ərazilərin iki il əvvəl azad edilməsi oldu. Bu, həm də tarixi nailiyyət idi, bəlkə də ən mühüm tarixi nailiyyət”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkələrdə kişilər xəyanət etmir? - Araşdırma

Bu ölkələrdə kişilər xəyanət etmir? - Araşdırma

Özünü “pis ana“ adlandırdı

Özünü “pis ana“ adlandırdı

Bəzi insanlar əsəbiləşəndə niyə ağlayırlar?

Bəzi insanlar əsəbiləşəndə niyə ağlayırlar?

“Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” – VİDEO

“Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” – VİDEO

Dünyada 2,2 milyard insanın görmə problemi var

Dünyada 2,2 milyard insanın görmə problemi var

Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz

Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

Misir Mərdanovla bağlı VACİB DETAL - FOTO

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq – FOTO

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq – FOTO

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

Salahın gəlişi ilə "Trabzonspor"da REKORD

Sözləri ürəyində qaldı, cinayət işi açıldı - Qaxda gənc oğlanın sevgi BƏLASI

Sözləri ürəyində qaldı, cinayət işi açıldı - Qaxda gənc oğlanın sevgi BƏLASI

“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq”

“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq”

Türkiyə köhnə silahlarını Ukraynaya ötürür - ABŞ-dən icazə istədi

Türkiyə köhnə silahlarını Ukraynaya ötürür - ABŞ-dən icazə istədi

Tramp xüsusi elçilərini Kiyev və Moskvaya göndərir - TARİX

Tramp xüsusi elçilərini Kiyev və Moskvaya göndərir - TARİX

Pezeşkianın sözləri İrandakı böhranı üzə çıxardı: “Bizi öldürəcəklər...”

Pezeşkianın sözləri İrandakı böhranı üzə çıxardı: “Bizi öldürəcəklər...”

Zelenski: “Ukrayna Donbası tərk edən deyil”

Zelenski: “Ukrayna Donbası tərk edən deyil”

Klinton Tramp haqqında təəccübləndirən FAKTI SÖYLƏDİ

Klinton Tramp haqqında təəccübləndirən FAKTI SÖYLƏDİ

İran Şimali Koreyadan silah aldığını açıqladı

İran Şimali Koreyadan silah aldığını açıqladı

Safurə həyat yoldaşı ilə görüntülərini paylaşdı – VİDEO

Safurə həyat yoldaşı ilə görüntülərini paylaşdı – VİDEO

Ağdam və Qırmızı Bazarda konsert keçirildi - FOTO

Ağdam və Qırmızı Bazarda konsert keçirildi - FOTO

Prezident: “Azərbaycan-ABŞ əlaqələri ən yüksək zirvədə qərarlaşıb”

Prezident: “Azərbaycan-ABŞ əlaqələri ən yüksək zirvədə qərarlaşıb”

Argentinada milyarderlər nüvə müharibəsinə qarşı BUNKER TİKİRLƏR

Argentinada milyarderlər nüvə müharibəsinə qarşı BUNKER TİKİRLƏR

Baydenin oğlu xərçəngin atasının sümüklərinə yayıldığını açıqladı

Baydenin oğlu xərçəngin atasının sümüklərinə yayıldığını açıqladı

Saray qəsəbəsində qəza: 4 avtomobil toqquşdu - FOTO

Saray qəsəbəsində qəza: 4 avtomobil toqquşdu - FOTO

Goranboyda evdən gənc qızın meyiti tapıldı

Goranboyda evdən gənc qızın meyiti tapıldı

End of content

No more pages to load

RADİO